Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

MƏKTƏBİMİZİN ŞƏHİDLƏRİ.


                                 ORUCOV  BAYRAM  ƏZİZAĞA oğlu.

22 mart 1973-cü ildə Abşeron rayonunun Şurabad kəndində anadan olmuşdur.1 sentyabr 1980-cı ildə internat məktəbin 1-ci sinifinə qəbul olunmuşdur.1988-ci ildə 8-ci sinifi bitirdikdən sonra tikintidə işə düzəlmişdir.Könüllü olaraq Qarabağ müharibəsinə getmişdir.15 avqust 1994-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

                               
                            
                         MUSAYEV  MƏHƏMMƏD  HÜMBƏT  oğlu.


26 yanvar 1974-cü ildə Ağdam rayonunda anadan olmuşdur.1 sentyabr 1981-ci ildə internat məktəbin 1-ci sinifinə qəbul olunmuşdur.1991-ci ildə internat məktəbi bitirmişdir.1992-ci il martın ayının 19-da Qarabağ uğrunda gedən döyüşlərə yollanıb.Ağdərənin Qıçan,Qazançı və Sıxravənd kəndləri uğrunda gedən döyüşlərdə şəhid olub.


                     HƏSƏNOV  VÜQAR  QABİL  oğlu.
1973-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.1 sentyabr 1980-cı ildə internat məktəbinə qəbul olunmuşdur.1989-cu ildə 9-cu sinifi bitirib.1992-ci idə ordu sıralarına çağrılıb.1992-ci ildə şəhid olmuşdur.Məzarı Sumqayıt şəhər Şəhidlər xiyabanındadır.


                              QƏMBƏROV  HABİL  BALASOLTAN  oğlu.
1976-cı ildə Quba rayonunun Qrız kəndində anadan olmuşdur.3-cü sinifə qədər öz məktəblərində,4-cü sinifdən isə internat məktəbində oxumuşdur.1993-cü ildə məktəbi bitirmişdir.1994-cü ildə hərbi xidmətə çağrılmış və Tərtər rayonunda döyüşlərdə iştirak etmişdir.1995-ci ildə qəhrəmancasına şəhid olmuşdur.

                             VETERANLARLA GÖRÜŞ.


Sumqayıt şəhər Fars-ingilis dilləri təmayüllü tam orta internat məktəbində Veteranlarla görüş geçirilmişdir.


                                             

QARABAĞ VETERANLARI İLƏ GÖRÜŞ.








4 dekabr 2014-cü il tarixində Sumqayıt şəhər Fars-ingilis dilləri təmayüllü tam orta məktəbində hərbi-vətənpərvərlik tədbirləri çərçivəsində  Qarabağ müharibəsi veteranları ilə görüş keçirilmişdir.Görüşdə  əvvəlcə məktəbin şagirdləri vətənpərvərlik ruhunda mahnılar oxudular,şeirlər söylədilər.Sonra Azərbaycan istehsalı olan silahlar barəsində kinofilm və məktəbin hərbi paradda iştirakı barəsində slayd-şou izlənildi.Sonda söz veteranlara verildi.Çıxış edən natiqlər öz xatirələrindən danışdılar və tədbiri təşkil etdiklərinə görə məktəbin müəllim və şagird heyətinə öz təşəkkürlərini bildirdilər.
  Həmçinin "N" saylı hərbi hissədən, məktəbimizin məzunu olmuş İmanov Vəzir Nazir oğlunun nümunəvi xidmət etdiyi barədə daxil olmuş təşəkkür məktubu tədbir iştirakçılarının nəzərinə çatdırıldı.     Qeyd edək ki,tədbirdə Sumqayıt şəhər təhsil şöbəsinin GÇH metodisti İlham Mirzəliyev,veteranlar Mayor Elxan Qurbanov, Kapitan Bəhruz Eyyubov və Kapitan Samir Hacıyev iştirak etmişlər.Tədbir Sumqayıt şəhər təhsil şöbəsi tərəfindən yüksək qiymətləndirilmiş və bu ənənənin digər məktəblərdə də mütamadi olaraq təşkil olunması tövsiyyə olunmuşdur. 

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI.

1992-ci il.
  1. Seyidov Məhərrəm Mirəziz oğlu (ölümündən sonra) — 06.06.1992
  2. İlham Müzəffər oğlu Əliyev (ölümündən sonra) — 06.06.1992
  3. Yuri Petroviç Kovalyov (ölümündən sonra) — 06.06.1992
  4. Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov (ölümündən sonra) — 06.06.1992
  5. Əlif Lətif oğlu Hacıyev (ölümündən sonra) — 06.06.1992
  6. Səfəralı Qurban oğlu Məmmədov (ölümündən sonra) — 06.06.1992
  7. Yusif Əliyusif oğlu Əliyev (ölümündən sonra) — 06.06.1992
  8. Vüqar Tofiq oğlu Hüseynov (ölümündən sonra) — 06.06.1992
  9. Nofəl Zahid oğlu Quliyev (ölümündən sonra) — 06.06.1992
  10. Mehdi Yusif oğlu Abbasov (ölümündən sonra) — 06.06.1992
  11. Valeh Əlirza oğlu Müslümov (ölümündən sonra) — 06.06.1992