Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

31 MART - AZƏRBAYCANLILARIN KÜTLƏVİ SOYQIRIMI.


Mart soyqırımı və ya Mart hadisələri1918-ci ilin 30 mart3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş on minlərlə insan itkin düşmüşdür. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının ordenləri.


Azərbaycan Respublikasının ordenləri
Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən (1991) sonra dövlətin orden və medallarının təsis edilməsi haqqında hökumətin 1992-ci il 10 noyabr tarixli Qanunu, həmin Qanuna dəyişiklik və əlavələr edilməsi barədə 1993-ci il dekabr tarixli Qanunu, həmçinin 2003-cü il 7 noyabr, 2005-ci il 22 aprel və 2007-ci il 12 mart tarixli qanunları ilə aşağıdakı ordenlər təsis edilib: "Heydər Əliyev" ordeni, "İstiqlal" ordeni, "Şah İsmayıl" ordeni, "Azərbaycan bayrağı" ordeni, "Şöhrət" ordeni, "Vətənə xidmətə görə" ordeni, "Şərəf" ordeni və "Dostluq" ordeni.