Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!
Показаны сообщения с ярлыком TƏHSİL və HƏRBİ XƏBƏRLƏR. Показать все сообщения
Показаны сообщения с ярлыком TƏHSİL və HƏRBİ XƏBƏRLƏR. Показать все сообщения

Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 26 avqust 2001-ci il

Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı hörmətli cənab Hüseyn Qıvrıqoğlu! Türkiyə Cümhuriyyətindən Azərbaycana qonaq gəlmiş hörmətli generallar, zabitlər, dostlar!

Azərbaycan Ali Hərbi Məktəbinin hörmətli müəllim-professor heyəti!
Azərbaycan Ali Hərbi Məktəbinin ilk məzunları və bütün kursantları!
Hörmətli xanımlar və cənablar!
Bu gün müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verir. Azərbaycanın Ali Hərbi Məktəbi son illər təkmilləşərək, inkişaf edərək, nəhayət, özünün ilk məzunlarını buraxır. Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan ordusu böyük gənc zabit korpusu ilə tamamlanır. Bunlar hamısı son on il içərisində Azərbaycanın müstəqilliyi naminə, dövlətçiliyi naminə, Azərbaycanın qüvvətlənməsi naminə görülən görkəmli işlərdən biridir.
Ordu quruculuğu asan iş deyildir. Müstəqillik əldə etmiş hər bir ölkə, azadlığa çıxmış hər bir xalq öz dövlətinin bütün təsisatlarını yaradır. Məlumdur ki, ötən illərdə müstəqil Azərbaycan bütün bu təsisatları yaradıbdır. Müstəqil dövlət kimi, hüquqi-demokratik dünyəvi dövlət kimi Azərbaycan artıq öz hakimiyyət orqanlarını yaradıb, onlar səmərəli fəaliyyət göstərir və Azərbaycanın müstəqilliyinin inkişaf etməsi üçün, dövlətçiliyinin möhkəmlənməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirirlər.
Bu sırada görülən bütün işlərdən ordu quruculuğu ən çətin, ən mürəkkəb bir sahədir. Əgər nəzərə alsaq ki, Azərbaycan on il bundan öncə dövlət müstəqilliyini əldə edəndə Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq üçün müharibə edirdi və onun mütəşəkkil hərbi hissələri, ordusu yox idi, onda, təsəvvür etmək olar ki, bu illərdə Azərbaycanda ordu quruculuğu sahəsində nə qədər böyük, ağır və çətin yol keçmişik.

Gənclərin çağırışaqədərki hazırlığından fəal dərs nümunəsi


Böyütmək üçün seçinFənn:  Gənclərin    çağırışaqədərki  hazırlığı
Sinif:  10
Mövzu: Kalaşnikov avtomatının (AK-74) quruluşu və təyinatı.
Standart: 2.2.1.Atıcı silahları  və onların taktiki-texniki göstəriciləri barədə təqdimatlar edir.
Məqsəd:
* AK 74-ün təyinatını aydınlaşdırır;
* Taktiki-texniki göstəriciləri barədə məlumat verir;
* Hissələrini sadalayır;
İnteqrasiya: Fizika 2.2.1., Kimya 2.1.4., Azərbaycan dili 1.2.4.
İş forması: Kollektivlə  iş, qruplarla iş.
İş  üsulları:   Beyin həmləsi, müzakirə, anlayışın çıxarılması.
Resurslar: Dərslik, plakatlar və videomateriallar, noutbuk, proyektor, flamastr, iş vərəqləri.
Dərsin gedişi: Sagirdlərlə salamlaşma, davamiyyətin yoxlanılması.
Motivasiyanın yaradılması:  Bu məqsədlə müəllim anlayışın çıxarılması üsulundan istifadə edərək, şagirdlərin diqqətini atıcı silah olan  Kalaşnikov avtomatına ( AK74 ) istiqamətləndirir.

Gənclərin çağırışaqədərki hazırlığı fənninin əhəmiyyəti və hədəfləri.



Qeyd edək ki, GÇH Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 saylı qərarı ilə təsdiq olunmuş "Gənclərin çağırışaqədərki hazırlığı" Əsasnaməsi ilə tənzimlənir və tədris olunur. Bu əsasnamənin I bəndinə əsasən "Gənclərin çağırışaqədərki hazırlığı" fənni, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, "Təhsil haqqında" və "Hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarına, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ-hüquqi aktlara əsasən həyata keçirilir.
Gənclərin çağırışaqədərki hazırlığı, adından da göründüyü kimi, gənclərin Silahlı Qüvvələrdə xidmətəqədərki hazırlığının tərkib hissəsidir. Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən  mühafizə  və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənirlər.
Azərbaycan müəllimi qəzetinə keçid.

Silahlı Qüvvələr günü ərəfəsi..

Будут проведены общевойсковые учения Вооруженных сил Азербайджана

Эти военные учения будут самыми крупными в истории Вооруженных сил Азербайджана

Накануне Дня Вооруженных сил – 26 июня планируется провести общевойсковые учения Вооруженных сил Азербайджана.

В учениях в течение нескольких дней будут участвовать также силы Пограничных и Внутренних войск.
 
Эти учения будут самыми крупными в истории Вооруженных сил Азербайджана.
 
На учениях будут испытаны также различная военная техника и системы вооружения, закупленные Азербайджаном за рубежом.Azərbaycan Silahlı Qüvvələrinin ümumqoşun təlimləri keçiriləcək
Bu, Azərbaycan Silahlı Qüvvələri tarixində ən böyük hərbi təlim olacaq
Silahlı Qüvvələr günü ərəfəsində Azərbaycan Silahlı Qüvvələrinin ümumqoşun təlimlərinin keçirilməsi planlaşdırılır.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Bir neçə gün davam edəcək və müxtəlif tapşırıqların yerinə yetiriləcəyi təlimlərdə Müdafiə Nazirliyi ilə yanaşı, Sərhəd Qoşunları və Daxili Qoşunların qüvvələri də iştirak edəcək.
Bu, Azərbaycan Silahlı Qüvvələrinin tarixində ən böyük ümumqoşun təlimi olacaq.
Təlimdə Azərbaycanın son illərdə xaricdən aldığı müxtəlif hərbi texnika və silah sistemləri də sınaqdan çıxarılacaq.
Silahlı Qüvvələr günü ərəfəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının buraxılışı da olacaq.