Sinif: 10
Mövzu: Kalaşnikov avtomatının (AK-74) quruluşu və təyinatı.
Standart: 2.2.1.Atıcı silahları və onların taktiki-texniki göstəriciləri barədə təqdimatlar edir.
Məqsəd:
* AK 74-ün təyinatını aydınlaşdırır;
* Taktiki-texniki göstəriciləri barədə məlumat verir;
* Hissələrini sadalayır;
İnteqrasiya: Fizika 2.2.1., Kimya 2.1.4., Azərbaycan dili 1.2.4.
İş forması: Kollektivlə iş, qruplarla iş.
İş üsulları: Beyin həmləsi, müzakirə, anlayışın çıxarılması.
Resurslar: Dərslik, plakatlar və videomateriallar, noutbuk, proyektor, flamastr, iş vərəqləri.
Dərsin gedişi: Sagirdlərlə salamlaşma, davamiyyətin yoxlanılması.
Motivasiyanın yaradılması: Bu məqsədlə müəllim anlayışın çıxarılması üsulundan istifadə edərək, şagirdlərin diqqətini atıcı silah olan Kalaşnikov avtomatına ( AK74 ) istiqamətləndirir.
|
HƏR ŞEY VƏTƏN ÜÇÜN ! Bloqu GÇH Rəhbərlərinə kömək məqsədilə yaradılmışdır.
Показаны сообщения с ярлыком TƏHSİL XƏBƏRLƏRİ. Показать все сообщения
Показаны сообщения с ярлыком TƏHSİL XƏBƏRLƏRİ. Показать все сообщения
Gənclərin çağırışaqədərki hazırlığından fəal dərs nümunəsi
Gənclərin çağırışaqədərki hazırlığı fənninin əhəmiyyəti və hədəfləri.
Qeyd edək ki, GÇH Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 saylı qərarı ilə təsdiq olunmuş "Gənclərin çağırışaqədərki hazırlığı" Əsasnaməsi ilə tənzimlənir və tədris olunur. Bu əsasnamənin I bəndinə əsasən "Gənclərin çağırışaqədərki hazırlığı" fənni, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, "Təhsil haqqında" və "Hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarına, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ-hüquqi aktlara əsasən həyata keçirilir.
Gənclərin çağırışaqədərki hazırlığı, adından da göründüyü kimi, gənclərin Silahlı Qüvvələrdə xidmətəqədərki hazırlığının tərkib hissəsidir. Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənirlər. Azərbaycan müəllimi qəzetinə keçid. |
Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə ən çox verilən suallar

• Sual: Sınaq Qiymətləndirmədə kimlər iştirak edəcək?
• Cavab: Sınaq Qiymətləndirmədə Bakı məktəblərində daimi müəllim vəzifəsini tutan müəllimlər və analıq məzuniyyəti yerinə müddətli müqavilə ilə işləyən müəllimlər
(digər ümumtəhsil müəssisəsində müəllim işləyən əvəzçilər istisna olmaqla) iştirak edəcəkdir.
• Sual: Sınaq Qiymətləndirmədə kimlər iştirak etməyəcək?
• Cavab: Qiymətləndirmədə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcəkdir.
• Sual: Sınaq qiymətləndirmənin attestasiyadan fərqi nədir?
• Cavab: Təhsil Nazirliyi tərəfindən keçirilən qiymətləndirmə sınaq xarakter daşıyır. Burada əsas məqsəd yaradıcı düşüncəni inkişaf etdirən, təhsilalanın fərdi xüsusiyyətlərini, stimullaşdırma və karyera inkişafını nəzərə alan, səriştənin artırılmasına xidmət edən modelin yaradılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Effektiv və harmonik təhsil mühitini yaradılması təhsilalanlara əldə etdikləri biliklərin tətbiq etməsi üçün çox vacibdir. Bu mühitin yaradılması dünya təcrübəsində də istinad edildiyi kimi, təhsilalanların peşəkar bilik və bacarıqlarının vaxtaşırı monitorinqindən keçir.
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN YARADILMASI VƏ İNKİŞAFI
Azərbaycan Respublikası 21 il əvvəl öz dövlət müstəqilliyini bərpa
edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi.
Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara
havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq
istəyən digər qüvvələrlə birlikdə torpaqlarımızın bir hissəsini işğal
etmişdilər. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və
iradsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilmədilər.
Ordu quruculuğunda düzgün siyasətin yeridilməməsi nəticəsində xalqın orduya etdiyi yardımlara, ayrı-ayrı döyüşlərdə xalqımızın vətənpərvər və igid oğullarının düşmənə layiqli müqavimət göstərmələrinə baxmayaraq, Silahlı Qüvvələr bütövlükdə uğursuzluğa düçar oldu.
Bütün bunların nəticəsində erməni Silahlı Qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, bir milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdir.
Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı.
Ulu öndər Heydər Əliyev və Azərbaycan təhsili
Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" yeni fərman imzaladı. Fərman təhsil sisteminin əsaslı şəkildə inkişafına, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı. 2002-ci ilin sentyabrında Suraxanı rayonundakı 275 nömrəli məktəbdə olarkən Heydər Əliyev bu barədə demişdir: "Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması və təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm". Və çox keçmədi ki, həmin ilin oktyabr ayında "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzalandı. Bu sərəncam məktəblərdə təlim şəraitinin və təlim mühitinin yaradılmasında ciddi dönüşə səbəb oldu. Nəinki, təhsil siyasətinin həyata keçirilməsində, ümumən, ölkənin bütün sahələrində inkişafın təmin edilməsi üçün ümummilli lider Heydər Əliyev əlindən gələn hər nə varsa, onu heç vaxt xalqından əsirgəməyib.
Heydər Əliyev həyatın ona bəxş etdiklərini xalqının rifahı üçün çəkinmədən sərf etdi. Elə buna görə də xalq-Heydər -deyəndə bu fenomen insan da yalnız xalqım deyərək, onların üzündə təbəssüm və xoşbəxtlik ləçəyini yetişdirmək üçün çalışdı. Böyük əmək və zəhmət bahasına ölkəsini zirvələrə ucaltmaqla bərabər, özü də zirvələrə ucaldı. Ancaq, bütün dünyanın beynində və xalqının qəlbində özünə əbədilik qazandı.
Mənbə : http://www.kepeztv.az
Orta məktəblər təlim silahları və atış trenajorları ilə təchiz olunacaq
“AzeriDefence”nin məlumatına görə, bunu açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Hazırda bu istiqamətdə Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti ilə danışıqların aparıldığını deyən Y.
Camalov Müdafiə Sənayesi Nazirliyinin bu ehtiyacları qarşılamaq
imkanında olduğunu vurğulayıb.
Sumqayıtda məktəblilərin təntənəli hərbi paradı - FİTİM2014
ŞAGİRDLƏRİMİZİN PARADA HAZIRLIQ MƏŞQLƏRİ.
Hər il ənənəvi olaraq Sumqayıt şəhərində hərbi parad keçirilir.Bu tədbir şagirdlərimizin vətənpərvər və layiqli vətəndaş kimi yetişməsinə xidmət edir. Fars-ingilis dilləri təmayüllü internat məktəbinin komandası məşqlərə başlamışdır.Komandanın 49 üzvü məşqlərdə fəal iştirak edir.Təlim və məşqləri BBAKM məzunu , cəbhə bölgəsində 15 il zabit xidmətləri olan baş leytenant ,FİTİM-in Hərbi Rəhbəri Vasif Ramazanov şəxsən özü aparır.
NİZAM-İNTİZAM QƏLƏBƏNİN RƏHNİDİR!!!
TƏLİMDƏ TƏR TÖKƏN DÖYÜŞDƏ QAN TÖKMƏZ !!!
HƏR ŞEY VƏTƏN ÜÇÜN !!!
VƏTƏN SƏNƏ CANIM FƏDA !!!
VƏTƏNƏ MƏHƏBBƏT ,DÜŞMƏNƏ NİFRƏT NİFRƏT NİFRƏT!!!
ASLANIN ERKƏYİ DİŞİSİ OLMAZ !!!
VƏTƏN SAĞ OLSUN !!!
AZƏRBAYCAN ƏMİN ƏLLƏRDƏDİR !!!
Подписаться на:
Сообщения (Atom)










