Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

HƏRBİ RÜTBƏLƏR



Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
Azərbaycanda ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 
Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələrin verilməsi bir qayda olaraq, növbəlik qaydasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun olaraq həyata keçirilir
Qoşun növləri və xüsusi qoşun generallarının hərbi rütbələrinə mənsub olduqları qoşunların adları əlavə edilir. Tibb xidməti, ədliyyə zabitlərinin və generallarının hərbi rütbələrinə mənsub olduqları xidmətlərin  adları əlavə edilir.
Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir.

Azərbaycanın Silahlı Qüvvələrində aşağıdakı rütbələr var: 

Quru Qoşunları:
Gizir 
Baş Gizir 
Kiçik Leytenant
Leytenant 
Baş Leytenant 
Kapitan 
Mayor 
Polkovnik-Leytenant 
Polkovnik 
General-Mayor 
General-Leytenant 
General-Polkovnik 

Quru qoşunlarına aid hərbi paqonlar bunlardır:

Hərbi Hava Qüvvələri: 
Gizir 
Baş Gizir 
Kiçik Leytenant 
Leytenant 
Baş Leytenant 
Kapitan 
Mayor 
Polkovnik-Leytenant 
Polkovnik 
General-Mayor 
General-Leytenant 
General-Polkovnik

Hərbi Hava Qüvvələrinə aid hərbi paqonlar bunlardır:
Hərbi Dəniz Qüvvələri:
Miçman 
Baş Miçman
Kiçik Leytenant 
Leytenant 
Baş Leytenant 
Kapitan-Leytenant 
Üçüncü Dərəcəli Kapitan 
İkinci Dərəcəli Kapitan 
Birinci Dərəcəli 
Kapitan 
Kontr-Admiral 
Vitse-Admiral 
Admiral 

Hərbi Dəniz Qüvvələrinə aid hərbi paqonlar bunlardır:
Azərbaycan Respublikasının güc strukturlarına daxil olan digər nazirlik və xidmət orqanlarının hərbi rütbələri əsasən  Quru Qoşunlarının rütbələri ilə üst-üstə düşsə də,  paqonlar yalnız rənglərinə görə fərqlənir. Belə ki, digər güc strukturlarında da hərbi rütbələrin sıralaması bu ardıcıllıqladır: Gizir, Baş Gizir, Kiçik Leytenant, Leytenant, Baş Leytenant, Kapitan, Mayor, Polkovnik-Leytenant, Polkovnik, General-Mayor, General-Leytenant, General-Polkovnik. 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi:


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi:


Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi:


Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətləri: