Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

İNTİZAM NİZAMNAMƏSİ

Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi təsdiq edilsin və 1995-ci il yanvarın 1-dən qüvvəyə minsin.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.

Bakı şəhəri, 23 sentyabr 1994-cü il
№ 885


Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu müqəddəs vəzifələri yerinə yetirmək üçün daimi döyüşə hazır vəziyyətdə olmalıdır.
Möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir.
Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar.

I fəsil. Ümumi müddəalar

1. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir.
2. Hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır.
3. Hərbi intizam hər bir hərbi qulluqçunu:
·         Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa;
hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə

·         mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə;
·         hərbi və dövlət sirlərini möhkəm saxlamağa;
·         namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa;
·         komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə;
·         hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir.
4. Yüksək hərbi intizama:
·         hərbi qulluqçularda yüksək mənəvi və döyüş keyfiyyətləri və komandirlərə (rəislərə) şüurlu surətdə tabe olmaq hissləri tərbiyə etməklə;
·         hissədə (gəmidə, bölmədə) Nizamnamə qaydalarına riayət etməklə;
·         komandirlərin (rəislərin) öz tabeliyində olanlara gündəlik tələbkarlığı, onların şəxsi ləyaqətinə hörmət etməsi, hərbi qulluqçulara daim qayğı göstərməsi, inandırma və məcburiyyət tədbirlərini bacarıqla və düzgün əlaqələndirib, tətbiq etməsi ilə nail olmaq mümkündür.
5. Hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir.
Komandirlər (rəislər) hərbi qulluqçuların şəxsi keyfiyyətlərinin öyrənilməsinə, onların arasında Nizamnaməyə uyğun münasibətlərin yaranmasına, hərbi kollektivin birliyinə, tabeliyində olanların nalayiq hərəkətlərinin səbəblərini vaxtında müəyyən edərək, bunların qarşısını almağa, hərbi intizamı pozanlara qarşı dözülməz münasibət yaranmasına xüsusi diqqət yetirməlidirlər.
Komandir (rəis) öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın və hərbi nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daim nümunə olmalıdır.
6. Vətənin müdafiəsi mənafeyi komandiri (rəisi) məcbur edir ki, o, tabeliyində olanlardan hərbi intizama və qayda-qanuna riayət edilməsini qətiyyətlə və möhkəm surətdə tələb etsin, qayda-qanunun hər hansı bir şəkildə pozulmasına yol verməsin.
Komandirin (rəisin) əmri tabelikdə olanlar üçün qanundur. Əmr sözsüz, dəqiq və vaxtında yerinə yetirilməlidir.
7. Əgər tabelikdə olan tabe olmaqdan açıq-aşkar imtina edirsə, yaxud müqavimət göstərirsə, komandir (rəis) qayda-qanunu bərpa etmək üçün məcburiyyət tədbirlərindən istifadə etməyə və hətta təqsirkarı həbs edib, məhkəmə məsuliyyətinə cəlb etməyə borcludur. Bu zaman silahdan ancaq döyüş şəraitində istifadə etmək olar; sülh dövründə isə silah yalnız müstəsna hallarda — şərait təsili tədbirlər görməyi tələb etdikdə, yəni tabe olmayanın hərəkətləri Vətənə xəyanətə, döyüş tapşırığının yerinə yetirilməməsinə yönəldikdə və ya komandirin (rəisin), digər hərbi qulluqçuların, ya da mülki şəxslərin həyatı üçün real təhlükə yarandıqda işlədilə bilər.
Silah işlədilməsi müstəsna tədbirdir və buna komandirin (rəisin) bütün başqa vasitələrdən istifadə etməsi nətijə vermədiyi və ya şəraitə görə başqa tədbirlərin görülməsi mümkün olmadığı hallarda yol verilir.
Şərait imkan verirsə, komandir (rəis) silah işlətməzdən qabaq tabe olmayana xəbərdarlıq etməlidir. Komandir (rəis) silah işlətməsi haqqında dərhal komanda üzrə məlumat verməlidir.
Qayda-qanunun və intizamın bərpası üçün tədbir görməyən komandir (rəis) bunun üçün məsuliyyət daşımalıdır.
Hər bir hərbi qulluqçu hərbi intizamın və qayda-qanunun bərpası işində komandirə (rəisə) kömək etməyə borcludur. Komandirə (rəisə) kömək etməyən hərbi qulluqçu buna görə məsuliyyət daşımalıdır.
8. Həvəsləndirmələri və intizam cəzalarını yalnız birbaşa rəislər və bu Nizamnamənin «Xüsusi hallarda intizam cəzalarının verilməsi» bölməsində (III fəsil) göstərilən rəislər tətbiq edə bilərlər.
9. Kiçik rəislərə verilmiş intizam səlahiyyəti həmişə böyük rəislərə də aid olur.
10. Bu Nizamnamə ilə (1 saylı əlavə) vəzifələri nəzərdə tutulmayan çavuş rütbəli komandirlər (rəislər) öz tabeliyindəki şəxslər üçün ştat üzrə tutduqları vəzifə rütbəsinin:
a) kiçik çavuş — manqa komandirinin;
b) çavuş — taqım komandiri müavininin;
v) baş çavuş — bölük (komanda) baş çavuşunun intizam səlahiyyətindən istifadə edirlər.
11. Bu Nizamnamə ilə (1 saylı əlavə) vəzifələri nəzərdə tutulmayan gizirlər və miçmanlar öz tabeliyində olan şəxslər üçün bölük (komanda) baş çavuşunun intizam səlahiyyətindən istifadə edirlər.
12. Bu Nizamnamə ilə (1 saylı əlavə) vəzifələri nəzərdə tutulmayan zabit, general və admiral rütbəli komandirlər (rəislər) öz tabeliyində olan şəxslər üçün ştat üzrə müəyyən olunmuş vəzifə rütbəsinin:
a) kiçik leytenant, leytenant və baş leytenant — taqım (qrup) komandirinin;
b) kapitan və kapitan-leytenant — bölük (4-cü dərəcəli gəmi) komandirinin;
v) mayor, polkovnik-leytenant, 3-cü dərəcəli kapitan və 2-ci dərəcəli kapitan — tabor (3-cü dərəcəli gəmi) komandirinin;
q) polkovnik və 1-ci dərəcəli kapitan — alay komandirinin;
ğ) general-mayor və kontr-admiral — diviziya (gəmilər briqadası), korpus komandirinin;
d) general-leytenant və vitse-admiral — Silahlı Qüvvələrin növü komandanının intizam səlahiyyətindən istifadə edirlər.
13. Bölmə, hissə, gəmi və birləşmə komandirlərinin müavinləri (köməkçiləri), həmçinin qərargah rəisləri tabeliyində olan şəxslər barədə özlərinin bilavasitə rəislərinin hüquqlarından bir pillə aşağı intizam səlahiyyətindən istifadə edirlər.
14. Komandir (rəis) vəzifəni müvəqqəti icra edirsə və bu barədə müvafiq əmr verilibsə, o müvəqqəti icra etdiyi vəzifənin intizam səlahiyyətindən istifadə edir.
15. Alay (briqada) komandirinin müavinindən başlayaraq, aşağı vəzifəli zabitlər rəis sifətilə bölmələr, yaxud komandalarla birlikdə ezamiyyətdə olduqları vaxt, həmçinin hissə komandirinin əmri ilə öz hissələrinin yerləşdiyi ərazidən kənarda müstəqil məsələ həll edərkən, tutduqları vəzifədən bir pillə yuxarı müvafiq vəzifənin intizam səlahiyyətindən istifadə edirlər.
Yuxarıda adları çəkilən hallar üçün komanda rəisləri təyin edilmiş hərbi qulluqçular:
·         əsgərlər, matroslar, çavuşlar — bölük (komanda) baş çavuşunun;
·         gizirlər və miçmanlar — taqım (qrup) komandirinin;
·         taqım (qrup) komandiri vəzifəsində olan gizirlər və miçmanlar — bölük komandirinin intizam səlahiyyətindən istifadə edirlər.
16. Hərbi ali məktəblərdə kursant bölmələrinin komandiri olan zabitlər tabeliklərində olan şəxslər üçün tutduqları vəzifədən bir pillə yuxarı intizam səlahiyyətindən istifadə edirlər.
17. Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin qoşun növü komandanları (rəisləri), Müdafiə Nazirliyinin bilavasitə müdafiə nazirinə tabe olan idarələrin rəisləri — tabeliklərində olan hərbi qulluqçular üçün korpus komandirinin, müdafiə nazirinin müavinlərinə bilavasitə tabe olan idarələrin rəisləri isə diviziya komandirinin intizam səlahiyyətindən istifadə edirlər.
18. Azərbaycan Respublikasının müdafiə naziri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları barədə, Azərbaycan Respublikası milli təhlükəsizlik və daxili işlər nazirləri isə öz tabeliklərində olan qoşun hissələrinin hərbi qulluqçuları barədə bu Nizamnamənin müəyyən etdiyi intizam səlahiyyətindən tam həcmdə istifadə edirlər.
19. Bu Nizamnamənin müddəaları:
a) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, sərhəd və daxili qoşunlarının bütün hərbi qulluqçularına;
b) toplanışa çağırılan vaxt hərbi vəzifəlilərə;
v) ehtiyatda və istefada olan və hərbi forma geymiş gizirlərə (miçmanlara), zabitlərə, generallara və admirallara aiddir.

II fəsil. Həvəsləndirmələr

20. Həvəsləndirmələr hərbi qulluqçuların tərbiyə edilməsi və hərbi intizamın möhkəmləndirilməsi üçün mühüm vasitədir.
Hər bir komandir (rəis) bu Nizamnamə ilə ona verilən hüquqlar çərçivəsində tabeliyində olan hərbi qulluqçuların onların ağlabatan təşəbbüslərinə, səylərinə, rəşadətlərinə və yaxşı xidmət göstəricilərinə görə həvəsləndirməlidir.
Komandir (rəis) hiss edirsə ki, ona verilən hüquqlar tabeliyində olan hərbi qulluqçunu həvəsləndirmək üçün kifayət deyil, o, özündən böyük rəisin səlahiyyəti ilə hərbi qulluqçunu həvəsləndirmək barədə vəsatət qaldıra bilər.
21. Alay (briqada) komandirləri, onlara bərabər və böyük komandirlər, əlahiddə tabor (3-cü dərəcəli gəmilər divizionu) komandirləri, həmçinin bu Nizamnamənin 12-ci maddəsinə əsasən müvafiq tabor (3-cü dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətlərinə malik olan əlahiddə hissə komandirləri (rəisləri) öz tabeliklərində olan hərbi qulluqçuları hərbi borcu yerinə yetirərkən, göstərdikləri igidlik və rəşadətə, əla döyüş hazırlığı göstəricilərinə, yeni mürəkkəb texnikanı əla mənimsədiklərinə, qoşun hissələrinə nümunəvi rəhbərlik etdiklərinə, həmçinin Azərbaycan dövləti və Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısındakı görkəmli xidmətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququna malikdirlər.
Əsgərlər, matroslar və çavuşlar üçün tətbiq edilən həvəsləndirmələr
22. Əsgərlər, matroslar və çavuşlar üçün aşağıdakı həvəsləndirmələr tətbiq edilir:
a) təşəkkür elan etmək;
b) əvvəl verilmiş intizam cəzasını götürmək;
v) müddətli xidmət əsgərləri, matrosları və çavuşlarını hissə komandirinin müəyyən etdiyi gündə və saatda bir dəfə növbədənkənar hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə buraxmaq;
q) fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq;
ğ) hərbi qulluqçunu hərbi hissənin açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkli ilə mükafatlandırmaq;
d) hərbi qulluqçunun yaşadığı, yaxud əvvəl işlədiyi yerə onun hərbi xidmət borcunu nümunəvi yerinə yetirməsi və aldığı mükafatlar haqqında məlumat vermək;
e) baş əsgər (baş matros) hərbi rütbəsi vermək;
ə) müddətindən artıq xidmət çavuşlarına ştat üzrə tutduqları vəzifə üçün müəyyən edilmiş rütbədən bir pillə yuxarı rütbə vermək;
c) əlaçı döş nişanı ilə mükafatlandırmaq;
z) əsgərlərin, matrosların və çavuşların adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq;
i) müddətli xidmət əsgərlərinə, matroslarına və çavuşlarına (ali hərbi məktəblərin kursantlarından başqa) məzuniyyət yerinə gedib-qayıtma vaxtı nəzərə alınmadan 10 sutkayadək qısamüddətli məzuniyyət vermək.
23. Əsgər, matros və çavuş vəzifələrində olan qadın hərbi qulluqçular üçün bu Nizamnamənin 22-ci maddəsində nəzərdə tutulan, «e», «ə» və «i» bəndləri istisna edilməklə, həvəsləndirmələr tətbiq edilir.
Komandirlərin (rəislərin) tabeliklərində olan əsgərlər, matroslar və çavuşlar üçün həvəsləndirmə tətbiq etmə hüquqları
24. Manqa komandirinin və taqım komandiri müavininin:
a) təşəkkür elan etmək;
b) özləri tərəfindən əvvəllər verilmiş intizam cəzalarını götürmək hüquqları vardır.
25. Bölük (komanda) baş çavuşunun, taqım (qrup) komandirinin, bölük (4-cü dərəcəli gəmi) komandirinin və tabor (3-cü dərəcəli gəmi) komandirinin:
a) təşəkkür elan etmək;
b) özləri tərəfindən əvvəllər verilmiş intizam cəzalarını götürmək;
v) müddətli xidmət əsgərlərini, matroslarını və çavuşlarını bir dəfə növbədənkənar hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə buraxmaq hüquqları vardır.
Əlahiddə tabor (3-cü dərəcəli gəmilər divizionu) komandirləri, həmçinin bu Nizamnamənin 12-ci maddəsinə əsasən müvafiq tabor (3-cü dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətinə malik olan əlahiddə hissələrin komandirləri, bunlardan əlavə, 26-cı maddənin «q» - «e», «c» və «z» bəndlərində qeyd olunan həvəsləndirmələri tətbiq etmək hüququna malikdirlər.
26. Alay (briqada) komandirinin:
a) təşəkkür elan etmək;
b) özü tərəfindən əvvəllər verilmiş intizam cəzalarını götürmək;
v) müddətli xidmət əsgərlərini, matroslarını və çavuşlarını bir dəfə növbədənkənar hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə buraxmaq;
q) fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq;
ğ) hərbi qulluqçunu hərbi hissənin açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkli ilə mükafatlandırmaq;
d) hərbi qulluqçunun yaşadığı, yaxud əvvəl işlədiyi yerə onun hərbi xidmət borcunu nümunəvi yerinə yetirməsi və aldığı mükafatlar haqqında məlumat vermək;
e) baş əsgər (baş matros) hərbi rütbəsi vermək;
ə) əlaçı döş nişanı ilə təltif etmək;
c) əsgərlərin, matrosların və çavuşların adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq;
z) müddətli xidmət əsgərlərinə, matroslarına və çavuşlarına 10 sutkayadək qısamüddətli məzuniyyət vermək hüququ vardır.
27. Diviziya, əlahiddə briqada (gəmilər briqadası), korpus komandirləri, qoşun növü, silahlı qüvvələr növlərinin komandanları, eləcə də müdafiə nazirinin müavinləri öz tabeliyində olan əsgərlər, matroslar və çavuşlar barədə bu Nizamnamənin müəyyən etdiyi həvəsləndirmə tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər.
Gizirlər və miçmanlar üçün tətbiq edilən həvəsləndirmələr
28. Gizirlər və miçmanlar üçün:
a) təşəkkür elan etmək;
b) əvvəllər verilmiş intizam cəzasını götürmək;
v) fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq;
q) adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq həvəsləndirmələri tətbiq olunur.
Komandirlərin (rəislərin) tabeliyində olan gizirlər və miçmanlar üçün həvəsləndirmə tətbiq etmə hüquqları
29. Taqım (qrup), bölük (4-cü dərəcəli gəmi) və tabor (3-cü dərəcəli gəmi) komandirləri:
a) təşəkkür elan etmək;
b) özlərinin əvvəllər verdikləri intizam cəzalarını götürmək hüququna malikdirlər.
Əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu) komandirləri, həmçinin bu Nizamnamənin 12-ci maddəsinə əsasən müvafiq tabor (3-cü dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətinə malik olan əlahiddə hissələrin komandirləri (rəisləri) bunlardan əlavə, 28-ci maddənin «v» və «q» bəndlərində nəzərdə tutulan həvəsləndirmələri tətbiq etmək səlahiyyətinə malikdirlər.
30. Alay (briqada), diviziya, əlahiddə briqada (gəmilər briqadası) və korpus komandirləri, qoşun növü, silahlı qüvvələr növlərinin komandanları, eləcə də müdafiə nazirinin müavinləri onların tabeliklərində olan gizirlər və miçmanlar üçün bu Nizamnamənin müəyyən etdiyi həvəsləndirmə tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər.
Zabitlər, generallar və admirallar üçün tətbiq edilən həvəsləndirmələr
31. Zabitlər, generallar və admirallar üçün:
a) təşəkkür elan etmək;
b) əvvəllər verilmiş intizam cəzasını götürmək;
v) fərman, qiymətli (o cümlədən üstündə adı yazılmış) hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq;
q) polkovnik-leytenant, 2-ci dərəcəli kapitan rütbəsinə qədər zabitlərə hərbi rütbələri vaxtından əvvəl vermək;
ğ) üstündə adı yazılmış soyuq və odlu silahla mükafatlandırmaq həvəsləndirmələri tətbiq edilir.
32. Ali hərbi məktəblərdə 31-ci maddədə nəzərdə tutulmuş həvəsləndirmələrdən əlavə, tədris kursunu qızıl medalla (əla qiymətlə) başa vurmuş dinləyicilərin və kursantların adları Fəxri lövhəyə də yazılır.
Komandirlərin (rəislərin) tabeliklərində olan zabitlər, generallar və admirallar üçün həvəsləndirmə tətbiq etmə hüquqları
33. Bölük (4-cü dərəcəli gəmi) və tabor (3-cü dərəcəli gəmi) komandirlərinin:
a) təşəkkür elan etmək;
b) özləri tərəfindən əvvəllər verilmiş intizam cəzalarını götürmək hüquqları vardır.
Əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu) komandirləri, həmçinin bu Nizamnamənin 12-ci maddəsinə əsasən tabor (3-cü dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətinə malik olan əlahiddə hissələrin komandirləri (rəisləri), bunlardan əlavə, 34-cü maddənin «v» bəndində nəzərdə tutulan həvəsləndirmələri tətbiq etmək hüququna malikdirlər.
34. Alay (briqada), diviziya, əlahiddə briqada (gəmilər briqadası) və korpus komandirlərinin, qoşun növü, silahlı qüvvələr növləri komandanlarının, eləcə də müdafiə nazirinin müavinlərinin:
a) təşəkkür elan etmək;
b) özlərinin əvvəllər verdikləri intizam cəzasını götürmək;
v) fərman, qiymətli (o cümlədən üstündə adı yazılmış) hədiyyələr, yaxud pulla mükafatlandırmaq hüquqları vardır.
35. Azərbaycan Respublikası müdafiə naziri 34-cü maddədə göstərilən hüquqlardan əlavə, üstündə adı yazılmış soyuq və odlu silahla mükafatlandırmaq səlahiyyətinə malikdir.
Həvəsləndirmələrin tətbiqi qaydası
36. Komandirlər (rəislər) ayrı-ayrı hərbi qulluqçulara və bölmənin (komandanın), hissənin bütün şəxsi heyətinə həvəsləndirmələr (təşəkkür elan etmə, fərmanla təltif etmə) tətbiq edə bilərlər.
Həvəsləndirmə növü təyin edilərkən, hərbi qulluqçunun fərqləndirici cəhətləri və xidmət borcuna əvvəlki münasibəti nəzərə alınmalıdır.
37. Müddətli xidmət dövründə həvəsləndirmə məqsədilə qısamüddətli məzuniyyət əsgərlər, matroslar və çavuşlar üçün bir dəfədən çox olmayaraq verilir.
38. Əlaçı döş nişanı ilə yalnız iki tədris dövrü müddətində fasiləsiz əlaçı olan əsgərlər, matroslar və çavuşlar təltif edilirlər.
39. Hissənin (gəminin) Fəxri kitabına adları yazılmaqla həvəsləndirmə:
·         hərbi xidmətin axırıncı ilində olan və xidmət vaxtı əla döyüş hazırlığı göstəricilərinə nail olmuş, nümunəvi intizam və yüksək şüurluluq göstərmiş əsgərlərə, matroslara və çavuşlara ehtiyata buraxılma ərəfəsində (tədris hissələrinin və hərbi məktəblərin kursantları isə təhsilini başa vurduqda);
·         Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qüsursuz xidmət etmiş müddətindən artıq xidmət çavuşları, gizirlər və miçmanlar ehtiyata buraxılanda;
·         adları çəkilən bütün hərbi qulluqçular bütün xidmət dövründə öz hərbi borclarını yerinə yetirərkən, xüsusilə fərqləndiklərinə görə tətbiq edilir.
40. Həvəsləndirmələr şifahi surətdə, yaxud yazılı əmrlə sıra önündə, ya da hərbi qulluqçuların yığıncağında (müşavirəsində) elan edilməlidir.
Həvəsləndirmələr haqqındakı əmrlərin elan edilməsi, eləcə də fərqlənmiş hərbi qulluqçulara mükafatların verilməsi, bir qayda olaraq, təntənəli şəraitdə yerinə yetirilməlidir.
Hərbi qulluqçuların həvəsləndirilməsi barədə əmrin elan olunması ilə eyni zamanda onlara adətən mükafatlar da təqdim edilir, həmçinin hərbi qulluqçunun öz hərbi borcunu nümunəvi yerinə yetirməsi barədə yaşadığı yerə, yaxud əvvəlki iş yerinə göndərilən məktubun mətni də oxunur.
Hərbi qulluqçunun adının hissə (gəmi) Fəxri kitabına yazıldığı elan edildikdə, ona bu barədə hissə (gəmi) komandirinin qol çəkdiyi tərifnamə də təqdim edilməlidir.
41. Müddətli xidmət hərbi qulluqçularına həvəsləndirmə məqsədilə verilən qısamüddətli məzuniyyət ən uzağı bir ay ərzində və bir qayda olaraq, həvəsləndirmə elan edilən hissədən verilməlidir. Müstəsna hallarda qısamüddətli məzuniyyətin verilmə müddəti hissə komandiri (rəisi) tərəfindən uzadıla bilər.
42. Hərbi qulluqçulara verilən intizam cəzalarını yalnız bu cəzaları verən rəislər, həmçinin intizam səlahiyyəti daha böyük olan birbaşa rəislər götürə bilərlər.
Eyni vaxtda hərbi qulluqçuya verilmiş ancaq bir cəza götürülə bilər.
Rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rolunu oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin.
Çavuş rütbəsindən məhrum edilmə, hərbi rütbədə (vəzifədə) aşağı salınma kimi intizam cəzaları:
·         müddətli və müddətindən artıq xidmət hərbi qulluqçuları — çavuş rütbəsindən məhrum edildiyi, hərbi rütbədə (vəzifədə) aşağı salındığı gündən ən azı altı aydan sonra;
·         gizirlər və miçmanlar — hərbi rütbələri (vəzifələri) aşağı salındığı gündən ən azı altı aydan sonra;
·         zabitlər — hərbi rütbələri (vəzifələri) aşağı salındığı gündən ən azı bir ildən sonra;
·         generallar və admirallar — vəzifələri aşağı salındığı gündən ən azı bir ildən sonra;
·         ehtiyatda, yaxud istefada olan zabitlər — hərbi rütbələri aşağı salındığı gündən ən azı üç ildən sonra götürülə bilər.
Hərbi rütbələri aşağı salınmış zabitlər, gizirlər, miçmanlar, çavuşlar və həmçinin hərbi rütbəsindən məhrum edilmiş müddətli xidmət çavuşları tutduqları vəzifələrdən asılı olmayaraq, intizam cəzasının götürülməsi ilə eyni zamanda əvvəlki hərbi rütbələrinə bərpa olunmalıdırlar.
Vəzifəni aşağı salma şəklində intizam cəzası hərbi qulluqçunun üstündən götürülərkən o, əvvəlki vəzifəsinə bərpa edilməyə də bilər.
III fəsil. Hərbi intizamın pozulmasına görə cəzalar

43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir.
Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.
44. Hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə komandirlərin (rəislərin) qərarları ilə hərbi qulluqçuların nalayiq hərəkətləri:
·         əsgərlərin və matrosların nalayiq hərəkətləri bölüklərin, batareyaların, taborların, divizionların, gəmilərin və bunlara müvafiq bölmələrin şəxsi heyətlərinin yığıncaqlarında;
·         çavuşların nalayiq hərəkətləri taborların, divizionların, gəmilərin və bunlara müvafiq bölmələrin çavuşlarının yığıncaqlarında;
·         gizirlərin və miçmanların nalayiq hərəkətləri alayların, gəmilərin gizirləri və miçmanlarının yığıncaqlarında, əlahiddə hissələrdə və bunlara müvafiq hissələrdə isə gizirlərin və miçmanların, yaxud gizirlər, miçmanlar və zabitlərin yığıncaqlarında;
·         zabitlərin nalayiq hərəkətləri alayların (briqadaların), gəmilərin, əlahiddə hissələrin və bunlara müvafiq hissələrin zabitlərinin yığıncaqlarında müzakirə edilə bilər.
Bundan əlavə, zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə zabitlər, gizirlər, miçmanlar və müddətindən artıq xidmət hərbi qulluqçularının şərəf məhkəmələrində baxıla bilər. Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinin şərəf məhkəmələrində baxılması haqqındakı qərar tərkibində məhkəmələr yaradılmış hissələrin (idarələrin, müəssisələrin) komandirləri (rəisləri), həmçinin onların böyük rəisləri tərəfindən qəbul edilir.
Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinə görə eyni zamanda həm şərəf məhkəməsində baxılmağa verilmək, həm də intizam cəzası vermək qadağandır.
45. Hərbi qulluqçular törətdikləri cinayətlər üçün qüvvədə olan qanunvericiliyə müvafiq cinayət məsuliyyəti daşımalıdırlar.
Törədilmiş hərbi cinayət üçün müvafiq qanuna görə inzibati təsir tədbiri görülməsi nəzərdə tutulubsa, bu cinayətin törədilmə şəraitini və nəticələrini nəzərə alaraq, cinayət materiallarının hərbi prokurora göndərilməsi və ya intizam cəzası verilməsi ilə kifayətlənmək barəsində komandir (rəis) qərar qəbul edir. Bu halda həmin məsələnin həlli və intizam cəzasının müəyyənləşdirilməsi, qanuna görə materialı hərbi prokurora vermək səlahiyyətinə malik olan komandirə (rəisə) aiddir.
46. Törətdiyi cinayət üçün intizam cəzası almış hərbi qulluqçu cinayət məsuliyyətindən azad edilmir.
47. Zabitlər, generallar və admirallar müstəsna və təxirəsalınmaz hallarda öz vəzifələrindən kənar edilə bilərlər.
Zabitləri, generalları və admiralları öz vəzifələrindən yalnız onları bu vəzifələrə təyin etmək səlahiyyəti olan komandirlər (rəislər) kənar edə bilərlər.
Komandir (rəis) tabeliyində olan hərbi qulluqçunu öz vəzifəsindən kənar edərkən, bu barədə dərhal komanda üzrə məlumat verməlidir. Həmin məlumatda vəzifədən kənar edilmənin səbəbi və şəraiti müfəssəl izah edilməlidir.
Öz tabeliyində olanı tutarlı əsas olmadan vəzifəsindən kənar etmiş komandir (rəis) bunun üçün məsuliyyət daşımalıdır.

Əsgərlərə, matroslara və çavuşlara verilən intizam cəzaları

48. Əsgərlərə və matroslara:
a) məzəmmət;
b) töhmət;
v) şiddətli töhmət;
q) hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə;
ğ) növbədənkənar xidmət naryadına təyin etmə (qarovula, növbəyə və döyüş növbətçiliyinə göndərmək istisna edilməklə) — 5 xidmət naryadına qədər;
d) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs;
s) əlaçı döş nişanından məhrumetmə;
ə) baş əsgər (baş matros) hərbi rütbəsindən məhrumetmə cəzaları verilə bilər.
49. Müddətli xidmət çavuşlarına:
a) məzəmmət;
b) töhmət;
v) şiddətli töhmət;
q) hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə;
ğ) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs;
d) əlaçı döş nişanından məhrumetmə;
e) aşağı vəzifəyə keçirmə;
ə) hərbi rütbəsini bir pillə aşağı salma;
c) hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə;
z) çavuş hərbi rütbəsindən məhrumetmə;
i) çavuş hərbi rütbəsindən mərhum etməklə yanaşı, aşağı vəzifəyə keçirmə cəzaları verilə bilər.
50. Müddətindən artıq xidmət çavuşlarına:
a) məzəmmət;
b) töhmət;
v) şiddətli töhmət;
q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs;
ğ) əlaçı döş nişanından məhrum etmə;
d) öz vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq;
e) aşağı vəzifəyə keçirmə;
ə) hərbi rütbəsini bir pillə aşağı salma;
c) hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə;
z) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma;
i) sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma cəzaları verilə bilər.
51. Əsgər, matros və çavuş vəzifələrində olan qadın hərbi qulluqçulara:
a) məzəmmət;
b) töhmət;
v) şiddətli töhmət;
q) əlaçı döş nişanından məhrumetmə;
ğ) aşağı vəzifəyə keçirmə;
d) çavuşların hərbi rütbələrini bir pillə aşağı salma, əsgərləri və matrosları isə baş əsgər (baş matros) rütbəsindən məhrumetmə;
e) çavuşların hərbi rütbələrini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə;
ə) çavuş rütbəsindən məhrumetmə;
c) çavuş rütbəsindən məhrum etməklə yanaşı, aşağı vəzifəyə keçirmə cəzaları verilə bilər.

Komandirlərin (rəislərin) tabeliklərində olan əsgərlərə, matroslara və çavuşlara intizam cəzaları vermə hüquqları

52. Manqa komandirinin:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) əsgərləri və matrosları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmaqdan məhrum etmək;
v) əsgərlərə və matroslara növbədənkənar 1 xidmət naryadı vermək hüququ vardır.
53. Taqım komandiri müavininin:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmaqdan məhrum etmək;
v) əsgərlərə və matroslara növbədənkənar 2-yə qədər xidmət naryadı vermək hüququ vardır.
54. Bölük (komanda) baş çavuşunun:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmaqdan məhrum etmək;
v) əsgərlərə və matroslara növbədənkənar 3-ə qədər xidmət naryadı vermək hüququ vardır.
55. Taqım (qrup) komandirinin:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmaqdan məhrum etmək;
v) əsgərlərə və matroslara növbədənkənar 4-ə qədər xidmət naryadı vermək hüququ vardır.
56. Bölük (4-cü dərəcəli gəmi) komandirinin:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmaqdan məhrum etmək;
v) əsgərlərə, matroslara və çavuşlara növbədənkənar 5-ə qədər xidmət naryadı vermək hüququ vardır.
q) əsgərləri, matrosları və çavuşları 3 sutkayadək həbs etmək hüququ vardır.
57. Tabor (3-cü dərəcəli gəmi) komandirinin:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmaqdan məhrum etmək;
v) əsgərlərə və matroslara növbədənkənar 5-ə qədər xidmət naryadı vermək hüququ vardır.
q) əsgərləri, matrosları və çavuşları 5 sutkayadək həbs etmək hüququ vardır.
Əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu) komandirləri, həmçinin bu Nizamnamənin 12-ci maddəsinə əsasən tabor (3-cü dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətinə malik olan əlahiddə hissələrin komandirlərinin (rəislərinin) bunlardan əlavə, hüquqları vardır ki, manqa komandirlərini, taqım komandirlərinin müavinlərini və bunlara müvafiq olanları aşağı vəzifəyə keçirsinlər; baş əsgər (baş matros) hərbi rütbəsindən məhrum etsinlər; müddətindən artıq xidmət çavuşlarına onların öz vəzifələrinə tam uyğunolmamaları barədə xəbərdarlıq etsinlər.
58. Alay (briqada) komandirinin:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmaqdan məhrum etmək;
v) əsgərlərə və matroslara növbədənkənar 5-ə qədər xidmət naryadı vermək;
q) əsgərləri, matrosları və çavuşları 7 sutkayadək həbs etmək;
ğ) əlaçı döş nişanından məhrum etmək;
d) müddətindən artıq xidmət çavuşlarına onların öz vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək;
e) bölük baş çavuşunu, buna müvafiq və bundan kiçik müddətli və müddətindən artıq xidmət çavuşlarını aşağı vəzifələrə keçirmək;
ə) baş əsgər (baş matros) hərbi rütbəsindən məhrum etmək;
c) hərbi rütbəsi «çavuş» olan hərbi qulluqçuların rütbəsini bir pillə və eyni zamanda vəzifələrini aşağı salmaq hüququ vardır.
59. Diviziya, əlahiddə briqada (gəmilər briqadası) komandirlərinin alay (briqada) komandirlərinə verilmiş hüquqlardan əlavə:
a) əsgərləri, matrosları və çavuşları 10 sutkayadək həbs etmək;
b) çavuşların rütbələrini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmək;
v) çavuşları rütbələrindən məhrum etməklə yanaşı, onları aşağı vəzifəyə keçirmək;
q) müddətindən artıq xidmət çavuşlarını onların xidmət vaxtı başa çatmamış ehtiyata buraxmaq hüququ vardır.
60. Korpus komandirləri, qoşun növü, silahlı qüvvələr növlərinin komandanları, eləcə də müdafiə nazirinin müavinləri onların tabeliklərində olan əsgərlər, matroslar və çavuşlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər.

Gizirlərə və miçmanlara verilən intizam cəzaları

61. Gizirlərə və miçmanlara:
a) məzəmmət;
b) töhmət;
v) şiddətli töhmət;
q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs;
ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq;
d) aşağı vəzifəyə keçirmə;
e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma;
ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma;
z) gizir və miçman hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə;
i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər.

Komandirlərin (rəislərin) tabeliklərində olan gizirlərə və miçmanlara intizam cəzaları vermə hüquqları

62. Taqım (qrup), bölük (4-cü dərəcəli gəmi) komandirlərinin məzəmmət, töhmət və şiddətli töhmət elan etmək hüquqları vardır.
63. Tabor (3-cü dərəcəli gəmi) komandirinin:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) gizirləri və miçmanları hauptvaxtda saxlamaqla 3 sutkayadək həbs etmək hüquqları vardır.
Əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu) komandirlərinin, həmçinin bu Nizamnamənin 12-ci maddəsinə əsasən tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam səlahiyyətinə malik olan əlahiddə hissə komandirlərinin (rəislərinin) bunlardan əlavə, gizir və miçmanları 5 sutkayadək hauptvaxtda saxlanmaqla həbs etmək və öz vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək hüquqları vardır.
64. Alay (briqada) komandirinin:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) əsgəri hauptvaxtda saxlanmaqla 7 sutkayadək həbs etmək;
v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək hüququ vardır.
65. Diviziya, əlahiddə briqada (gəmilər briqadası), korpus komandirlərinin və qoşun növü komandanının:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) hauptvaxtda saxlanmaqla 10 sutkayadək həbs etmək;
v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək;
q) aşağı vəzifəyə keçirmək hüquqları vardır.
66. Silahlı qüvvələr növlərinin komandanları və müdafiə nazirinin müavinləri onların tabeliklərində olan gizirlər və miçmanlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər.
Zabitlərə, generallara və admirallara verilən intizam cəzaları

67. Zabitlərə:

a) məzəmmət;
b) töhmət;
v) şiddətli töhmət;
q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə;
ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq;
d) aşağı vəzifəyə keçirmə;
e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər.
68. Alay (briqada), qoşun birləşmələri komandirləri, birləşmə komandirlərinin müavinləri və qərargah rəisləri, polkovnik və 1-ci dərəcəli kapitan rütbələrində baş zabitlər, həmçinin zabit vəzifələrində olan qadın hərbi qulluqçular hauptvaxtda saxlanmaqla həbs edilmirlər.
69. Generallara və admirallara:
a) məzəmmət;
b) töhmət;
v) şiddətli töhmət;
q) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq;
d) aşağı vəzifəyə keçirmə intizam cəzaları verilə bilər.

Komandirlərin (rəislərin) tabeliklərində olan zabitlərə, generallara və admirallara intizam cəzaları vermə hüquqları

70. Bölük (4-cü dərəcəli gəmi) və tabor (3-cü dərəcəli gəmi) komandirlərinin məzəmmət, töhmət və şiddətli töhmət elan etmək hüquqları vardır.
Əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu), həmçinin bu Nizamnamənin 12-ci maddəsinə əsasən tabor (3-cü dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətinə malik olan əlahiddə hissələrin komandirlərinin (rəislərinin) bunlardan əlavə zabitlərə öz vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək hüquqları vardır.
71. Alay (briqada) komandirinin:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) kiçik zabitləri hauptvaxtda saxlanmaqla 3 sutkayadək həbs etmək;
v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək hüququ vardır.
72. Diviziya, əlahiddə briqada (gəmilər briqadası) komandirlərinin;
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) kiçik zabitləri hauptvaxtda saxlanmaqla 5 sutkayadək həbs etmək;
v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək hüquqları vardır.
73. Korpus komandirinin, qoşun növü komandanının:
1) Zabitlərə:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) kiçik zabitləri hauptvaxtda saxlanmaqla 7, baş zabitləri 3 sutkayadək həbs etmək;
v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək;
2) generallara və admirallara məzəmmət, töhmət və şiddətli töhmət elan etmək hüququ vardır.
74. Silahlı qüvvələr növü komandanının:
1) Zabitlərə:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) hauptvaxtda saxlanmaqla kiçik zabitləri 10, baş zabitləri 5 sutkayadək həbs etmək;
v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək;
q) tabor, 3-cü dərəcəli gəmi komandirləri, bunlara müvafiq və aşağı vəzifədə olan zabitləri aşağı vəzifəyə keçirmək;
2) Generallara və admirallara:
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək;
b) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək hüququ vardır.
75. Azərbaycan Respublikası müdafiə naziri müavinlərinin silahlı qüvvələr növləri komandanlarına verilmiş hüquqlardan əlavə:
a) alay (briqada) komandirinin müavinləri, bunlara müvafiq və aşağı vəzifədə olan zabitləri aşağı vəzifəyə keçirmək;
b) polkovnik-leytenant və 2-ci dərəcəli kapitandan başlayaraq, aşağı hərbi rütbəli zabitlərin rütbələrini aşağı salmaq hüquqları vardır.

Xüsusi hallarda intizam cəzalarının verilməsi

76. Qarnizonların rəisləri, böyük dəniz rəisləri və qarnizonların hərbi komendantları qarnizonun bütün hərbi qulluqçularına və ya qarnizonda müvəqqəti qalan (8-ci maddə) hərbi qulluqçulara;
a) nalayiq hərəkət qarnizon və qarovul xidmətinin pozulmasına gətirib çıxartdıqda;
b) hərbi intizam və ya ictimai asayiş hissənin yerləşdiyi yerdən kənarda pozulduqda;
v) nalayiq hərəkət ezamiyyət, məzuniyyət, tibb müəssisəsində müalicə zamanı, yaxud hauptvaxtda saxlanan vaxt törədildikdə, intizam cəzaları verə bilərlər.
Qoşun hərəkətlərinin və hərbi avtomobil yollarının rəisləri, hərəkət yollarında olan bütün komendantlar hərəkət vaxtı hərbi qulluqçuların törətdikləri nalayiq hərəkətlər üçün onlara intizam cəzası vermək hüququna malikdirlər.
77. Rəisləri hərbi qulluqçuların 76-cı maddədə göstərilən nalayiq hərəkətlərinə görə:
·         qarnizon və böyük dəniz rəisləri — əsas ştatda tutduqları vəzifə səlahiyyətinə uyğun olan;
·         qoşun hərəkətlərinin və hərbi avtomobil yollarının rəisləri — ştatda tutduqları vəzifəyə müvafiq hərbi rütbənin səlahiyyətinə uyğun olan (12-ci maddə);
·         qarnizonların hərbi komendantları və hərəkət yollarındakı bütün hərbi komendantlar — ştatda tutduqları vəzifəyə müvafiq hərbi rütbədən bir pillə yuxarının səlahiyyətinə uyğun olan;
·         qarnizonların ştatdankənar hərbi komendantları tutduqları əsas vəzifəyə müvafiq hərbi rütbədən bir pillə yuxarının səlahiyyətinə uyğun olan, intizam hüquqlarından istifadə edirlər.
78. Bu Nizamnamənin 76 və 77-ci maddələrinə uyğun intizam cəzası vermiş rəis bu barədə hərbi qulluqçunun mənsub olduğu hərbi hissə, yaxud gəmi komandirlərinə, müəssisələrin, idarələrin rəislərinə məlumat verməlidir.
Hərbi qulluqçu daimi xidmət yerinə qayıdan kimi aldığı intizam cəzası barədə özünün bilavasitə rəisinə məlumat verməlidir, əks təqdirdə o, bu iş üçün inzibati məsuliyyət daşıyır.
79. Ehtiyatda, ya da istefada olan gizirlər, miçmanlar, zabitlər, generallar və admirallar hərbi geyimdə hərbi intizamı, yaxud ictimai asayişi pozarlarsa:
1) Gizir və miçmanlara:
a) məzəmmət, töhmət və şiddətli töhmət;
b) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs;
v) hərbi rütbəsini məhrumetmə;
2) Zabitlərə:
a) məzəmmət, töhmət və şiddətli töhmət;
b) hərbi rütbəsini bir pillə aşağı salma;
3) Generallara və admirallara:
a) məzəmmət, töhmət və şiddətli töhmət intizam cəzaları verilə bilər.
80. Ehtiyatda, ya da istefada olan gizirlərə, miçmanlara, zabitlərə, generallara və admirallara intizam cəzalarını (79-cu maddə):
a) gizirlərə, miçmanlara və kiçik zabitlərə — qarnizon və böyük dəniz rəisləri, bütün hərbi komendantlar və tabor (3-cü dərəcəli gəmi) komandirinin hüququna malik olan rayon (şəhər) hərbi komissarları;
b) baş zabitlərə — qarnizon və böyük dəniz rəisləri, bütün hərbi komendantlar, alay (briqada) komandirinin hüququna malik olan respublika və rayon hərbi komissarları;
v) generallara və admirallara — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikası Müdafiə nazirinin müavinləri verə bilərlər.
Silahlı Qüvvələr növləri komandanlarının və Azərbaycan Respublikası Müdafiə naziri müavinlərinin gizir və miçmanların hərbi rütbələri bir pillə aşağı salmaq və rütbələrindən məhrum etmək hüquqları vardır.
Azərbaycan Respublikası Müdafiə Nazirinin zabitlərin hərbi rütbələrini bir pillə aşağı salmaq hüququ vardır.
81. Ehtiyatda və istefada olan gizirlər, miçmanlar, zabitlər, generallar və admirallar hərbi şərəfi və hərbi rütbəni ləkələyə bilən nalayiq hərəkətlər etdikdə:
·         gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanları tərəfindən;
·         zabitlər, generallar və admirallar — Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən hərbi forma geyməkdən məhrum edilə bilərlər.
82. Bir-birinə tabe olmayan və birgə xidmət edən hərbi qulluqçuların xidmət münasibətləri onların rəisləri tərəfindən müəyyən edilməmişsə, vəzifəcə daha böyük olan, eyni vəzifəli olduqda isə hərbi rütbəsi daha yüksək olan hərbi qulluqçu rəis hesab olunur və tutduğu vəzifəyə görə müəyyən edilmiş intizam səlahiyyətindən istifadə edir.
83. Rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu həbs edə bilər.
·         Belə hallarda:
·         kiçik zabitləri — generalların və admiralların;
·         gizirləri və miçmanları — generalların, admiralların və baş zabitlərin;
·         əsgərləri, matrosları və çavuşları — generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları vardır.
Həbs qaydaları bu Nizamnamənin 4-cü əlavəsinin 7-ci bəndində müəyyən edilmişdir.
84. Həbs yerinə getmək barədə böyüyün tələblərini yerinə yetirməyən şəxsin hərəkəti (83-cü maddə) rəisin əmrini yerinə yetirməmək kimi qiymətləndirilir və buna görə o, məsuliyyət daşımalıdır.

İntizam cəzalarının verilmə qaydası

85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.
86. Həbs son təsir tədbiridir və bir qayda olaraq, komandirin (rəisin) istifadə etdiyi digər tədbirlər istənilən nəticəni vermədiyi hallarda tətbiq edilir.
87. Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir.
88. Eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır.
89. Dəfələrlə nalayiq hərəkətlər etdikdə, hərbi intizamın və ictimai asayişin qrup halında pozulmasında iştirak etdikdə, nalayiq hərəkəti xidməti vəzifəsini yerinə yetirərkən, döyüş növbəsində olarkən, ya da sərxoş halda törətdikdə, nalayiq hərəkət ictimai asayişin kobud surətdə pozulmasına gətirib çıxartdıqda hərbi qulluqçuya verilən intizam cəzası ciddiləşdirilir.
90. Əgər rəis tabeliyində olanın törətdiyi nalayiq hərəkətin ağırlığına görə ona verilən cəza üçün özünün intizam səlahiyyətini kifayət saymırsa, rəis özündən böyük rəisin intizam səlahiyyətindən istifadə etmək üçün vəsatət qaldırır.
91. Öz intizam cəzası vermək səlahiyyətini aşmış rəis bunun üçün məsuliyyət daşımalıdır.
92. Kiçik rəis öz intizam səlahiyyətini aşmayıbdırsa, onun verdiyi intizam cəzasını böyük rəisin ləğv etmək və yaxud yüngülləşdirmək hüququ yoxdur.
Böyük rəis müəyyən etsə ki, törədilən nalayiq hərəkət üçün kiçik rəisin verdiyi cəza kifayət deyildir, onun bu cəzanı ləğv edib, təqsirkara daha ciddi cəza vermək hüququ vardır.
93. Hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən — bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən — 10 sutka keçənə qədər verilməlidir.
94. Sutkalıq naryadın (döyüş növbətçiliyinin) tərkibinə daxil olan şəxslərə xidmət vaxtı törətdikləri nalayiq hərəkətlər üçün intizam cəzaları naryad (döyüş növbətçiliyi) qurtarandan, yaxud onlar dəyişdirildikdən sonra verilməlidir.
95. Sərxoş halda olan təqsirkara intizam cəzasının verilməsi, yaxud ondan hər hansı bir izahat tələb edilməsi onun sərxoşluqdan ayılmasına qədər təxirə salınmalıdır. Bu məqsədlə sərxoş halda olan şəxs bir sutkaya qədər hauptvaxtda və ya müvəqqəti saxlama kamerasında saxlanılır, sonra onun məsuliyyəti haqqında qərar qəbul edilir.

İntizam cəzalarının icra qaydası

96. İntizam cəzaları bir qayda olaraq dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayaraq icra edilir. Verilmiş intizam cəzası bir ay keçdikdən sonra icra edilmir, lakin təqsirkarın xidmət vərəqəsinə yazılır. Bu halda icranı təmin etməyən şəxs məsuliyyət daşımalıdır.
97. Verilən intizam cəzasından şikayət edilibsə, böyük rəisin bu cəzanı ləğv etmək barədə sərəncamı olana qədər cəzanın icrası dayandırılmır.
98. Verilmiş intizam cəzaları:
əsgər və matroslara — şəxsən və ya sıra önündə;
çavuşlara — şəxsən, çavuşların müşavirəsində, ya da onların sırası önündə;
gizirlərə və miçmanlara — şəxsən, gizirlərin və miçmanların, həmçinin gizirlərin, miçmanların və zabitlərin müşavirəsində;
zabitlərə, generallara və admirallara — şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə — baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara — generalların və admiralların iştirak etdikləri müşavirədə) elan edilməlidir.
Adları çəkilən bütün hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər.
Komandirlərə (rəislərə) onların tabeliklərində olanların yanında intizam cəzası elan etmək qadağandır.
99. Əsgərlərin, matrosların, çavuşların, gizirlərin, miçmanların və zabitlərin həbs olunmasının icra qaydası bu Nizamnamənin 2 saylı əlavəsində izah edilir.

IV fəsil. Həvəsləndirmələrin və intizam cəzalarının uçotu

100. Bilavasitə rəislər həvəsləndirmələr və intizam cəzaları haqqında şifahi və ya yazılı surətdə komanda üzrə:
a) əsgərlərə, matroslara və çavuşlara aid olanları — bölük komandirlərinə və onlara müvafiq şəxslərə;
b) müddətindən artıq xidmət çavuşlarına, habelə gizirlərə, miçmanlara və zabitlərə aid olanları — hissə və gəmi komandirlərinə;
v) hissə, gəmi komandirlərinə, həmçinin generallara və admirallara aid olanları — yuxarı qərargaha məlumat verməlidirlər.
101. Bölüklərdən başlayaraq bütün bölmələrdə, hissələrdə, birləşmələrdə, Silahlı Qüvvələrin idarələrində, müəssisələrində həvəsləndirmələrin və intizam cəzalarının uçotu aparılmalıdır.
102. Bu Nizamnamədə nəzərdə tutulmuş, o cümlədən komandir (rəis) tərəfindən bölmənin, hissənin (gəminin) bütün şəxsi heyətinə elan edilmiş həvəsləndirmələr də daxil olmaqla, bütün həvəsləndirmələr və intizam cəzaları (məzəmmətdən başqa) hərbi qulluqçunun xidmət vərəqəsinə qeyd edilməlidir (3 saylı əlavə).
Hərbi qulluqçunun intizam cəzası götürülərkən, bu haqda xidmət vərəqəsinin «həvəsləndirmə» bölməsində, həmin cəzanın nə vaxt və kim tərəfindən götürülməsi haqqında isə «Cəzalar» bölməsində müvafiq qeydlər edilməlidir.
Xidmət vərəqələri:
a) əsgərlər və çavuşlar üçün — bölükdə;
b) müddətindən artıq xidmət çavuşları, habelə gizirlər və zabitlər üçün — hissə qərargahında;
v) 3-cü dərəcəli gəmilərin bütün şəxsi heyəti üçün — gəmi komandirlərinin köməkçisi tərəfindən;
q) 4-cü dərəcəli gəmilərin bütün şəxsi heyəti üçün — divizion idarələrində doldurulur.
103. Hissə (gəmi) komandirlərinin, generalların və admiralların xidmət vərəqələri yuxarı qərargahda doldurulur.
104. Əsgərlərin, matrosların və çavuşların xidmət vərəqələrinə qeyd edilən hər bir yazını bölük (müvafiq bölmə) komandiri öz imzası ilə təsdiq etməlidir.
Müddətindən artıq xidmət çavuşlarının, gizirlərin, miçmanların və zabitlərin xidmət vərəqəsində hər hansı qeyd hissə qərargahının rəisi (gəmi komandirinin köməkçisi, 4-cü dərəcəli gəmilər divizionunun komandiri), hissə, gəmi komandirlərinin, generalların və admiralların xidmət vərəqəsindəki qeyd isə yuxarı qərargah rəisinin şəxsi imza və gerbli möhürlə təsdiq edilməlidir.
105. Tabor, gəmi, alay (briqada) komandirləri və onlara müvafiq olanlar həvəsləndirmələrin və intizam cəzalarının düzgün verilməsini yoxlamaq məqsədilə müntəzəm surətdə xidmət vərəqələrini nəzərdə keçirməlidirlər. Hər bir hərbi qulluqçu öz xidmət vərəqəsi ilə altı ayda bir dəfə tanış olmalı və bu barədə imza etməlidir.
106. Hərbi qulluqçunun xidmət yeri dəyişildikdə, yaxud o, yeni yerə köçürüldükdə, onun xidmət vərəqəsi yeni xidmət yerinə göndərilməlidir.

V fəsil. Təkliflər, ərizələr və şikayətlər haqqında

107. Hərbi qulluqçu hərbi əmlakın oğurlanmasını, yaxud korlanmasını, pul vəsaitinin qanunsuz xərclənməsini, qoşunların təchizatında sui-istifadə hallarını, texnikanın saxlanması işindəki nöqsanları və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə ziyan vura bilən digər faktları aşkar etdikdə bu barədə komanda üzrə məlumat verməyə borcludur və ya hərbi qulluqçu həmin nöqsanların aradan qaldırılması yolları haqqındakı təkliflərini yazılı surətdə Azərbaycan Respublikası müdafiə naziri də daxil olmaqla, böyük rəislərinə göndərə bilər.
108. Hər bir hərbi qulluqçu komandirlərin (rəislərin) onun haqqında qeyri-qanuni sərəncamları və hərəkətləri, xidməti hüquqlarının və üstünlüklərinin pozulması və ya ona çatası təminatın verilməməsi haqqında şikayət edə bilər.
109. Şikayətçi, kimdən şikayət edirsə, şikayəti onun bilavasitə rəisinə verir. Əgər şikayətçi öz hüquqlarının kim tərəfindən pozulduğunu bilmirsə, şikayəti komanda üzrə verir.
110. Şikayət həm şifahi, həm də yazılı surətdə edilə bilər.
111. Alay (briqada) komandirləri və onlardan böyük rəislərin hərəkətlərindən şikayətlər (sorğu vaxtı edilən şikayətlərdən başqa) yalnız yazılı surətdə verilə bilər.
112. Hərbi qulluqçu yalnız öz adından şikayət verə bilər. Başqasının əvəzinə və yaxud qrup halında şikayət vermək qadağandır.
113. Hərbi qulluqçuların sorğu vaxtı etdikləri şikayətlər istisna olmaqla, sırada, qarovulda, gəmi növbətçiliyində, döyüş növbətçiliyində, sutkalıq naryadda və məşğələlərdə şikayət etmək qadağandır.
114. Komandir (rəis) özünün intizam səlahiyyətini aşmayıbsa, onun verdiyi intizam cəzasının ciddiliyindən şikayət etmək qadağandır.
115. Hərbi qulluqçu sorğunu aparan şəxsə şifahi və ya yazılı surətdə şikayət edə bilər.
116. Hərbi qulluqçu hər hansı səbəbdən sorğuda iştirak etməyibsə, o, sorğu aparan şəxsin adına yazılı surətdə şikayət edə bilər.
117. Komandir (rəis) verilən təkliflərə (ərizələrə, şikayətlərə) üç gün müddətində baxmalı və əgər təkliflər (ərizələr, şikayətlər) düzgündürsə, onun həll edilməsi, yaxud şikayətçinin (ərizəçinin) xahişinin yerinə yetirilməsi üçün dərhal tədbir görməlidir.
Təklifləri (ərizələri, şikayətləri) alan komandirin (rəisin) bu təklifləri həll etmək və şikayətçinin xahişini təmin etmək üçün hüquqları kifayət etmirsə, o bu təklifləri (ərizələri, şikayətləri) dərhal komanda üzrə və ya müvafiq idarəyə (müəssisəyə) göndərməlidir.
Şikayətləri (ərizələri) baxılmaq üçün hərəkətlərindən şikayət edilən şəxslərə göndərmək qadağandır.
Təkliflər (ərizələr, şikayətlər) baxılmaq üçün başqa idarəyə (müəssisəyə) göndərilmişsə, şikayətçiyə bu barədə məlumat verilməlidir.
118. Hərbi qulluqçuların təklifləri (ərizələri, şikayətləri):
·         birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və Müdafiə Nazirliyinin idarələrində — daxil olduğu vaxtdan 15 gün ərzində;
·         hissələrdə və idarələrdə (müəssisələrdə) — təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir.
Daxil olan təkliflərin (ərizələrin, şikayətlərin) baxılıb həll edilməsi üçün xüsusi yoxlamalar aparmaq, əlavə materiallar tələb etmək və digər tədbirlər görmək lazım gələn hallarda hissə, gəmi komandiri (idarə və müəssisə rəisi) məsələnin həllini ən çoxu 15 günədək uzada bilər. Bu barədə şikayətçiyə məlumat verilməlidir.
119. Hissə, gəmi və birləşmə komandirləri (idarə, müəssisə rəisləri) hər üç ayda ən azı bir dəfə təkliflərə (ərizələrə, şikayətlərə) baxılmasının daxili yoxlanmasını aparmalıdırlar.
120. Bilərəkdən yalan şikayət (ərizə) vermiş hərbi qulluqçu məsuliyyətə cəlb olunmalıdır.
121. Komandir (rəis) tabeliyində olan hərbi qulluqçunun verdiyi şikayətinə (ərizəsinə) görə ona qarşı ədalətsizlik və ya qeyri-qanuni hərəkət edərsə, ciddi məsuliyyət daşımalıdır.
122. Verilən bütün təkliflər (ərizələr, şikayətlər) hər bir hərbi hissədə (gəmidə, idarədə, müəssisədə) olan xüsusi kitaba yazılmalıdır (4 saylı əlavə).
Hərbi qulluqçuların təftiş (yoxlama) vaxtı aparılan sorğuda verdikləri ərizə və şikayətlər bu kitaba yazılmalıdır.
123. Təkliflər, ərizələr və şikayətlər kitabında hər bir təklif, ərizə və şikayətə dair qəbul olunmuş qərarlar barəsində qeydlər edilməlidir.
Verilmiş sərəncamların düzgünlüyünü yoxlamaq üçün bu kitab hissə (gəmi) komandirinə hər ay, təftiş (yoxlama) aparan şəxslərə isə onların tələbi ilə təqdim edilməlidir.
124. Təkliflər, ərizələr və şikayətlər kitabının hər vərəqəsi nömrələnməli, qaytanlanmalı, surğuc möhürü ilə bağlanmalı və hissə (gəmi) komandirinin şəxsi imzası ilə təsdiq olunmalıdır.

Əlavələr
1 saylı əlavə

Azərbaycan Respublikası Silahlı Qüvvələrindəki vəzifələrin intizam hüquqlarının
Müqayisə Cədvəli

Quru qoşunları, hava hücumundan müdafiə və hərbi-hava qüvvələri
Hərbi dəniz qüvvələri
Manqa, top komandiri
Manqa komandiri
Taqım komandirinin müavini
Bölük, batareya, aviaeskadrilya baş çavuşu
Komanda, qrup, qüllə, batareya baş çavuşu
Taqım komandiri
Qrup, qüllə komandiri
Bölük, batareya, aviamanqa, əlahiddə taqım komandiri
4-cü dərəcəli gəmi, batareya, 3-cü dərəcəli gəmilərin döyüş hissəsi (xidməti) komandiri
Tabor, divizion, aviaeskadriliya, əlahiddə bölük (batareya) komandiri
3-cü dərəcəli gəmi, 4-cü dərəcəli gəmilər divizionu
Əlahiddə tabor (divizion, aviaeskadriliya) komandiri
3-cü dərəcəli gəmilər divizionu komandiri
Alay (briqada) və əlahiddə alay komandiri
Diviziya, əlahiddə briqada komandiri
Gəmilər briqadası komandiri
Korpus komandiri
Qoşun növü komandanı
Quru qoşunları, hava hücumundan müdafiə və hərbi-hava qüvvələri komandanı
Hərbi dəniz qüvvələri komandanı

2 saylı əlavə

Hərbi qulluqçulara intizam cəzası kimi verilmiş həbsin icrası

1. Həbsin icrası aşağıdakılara həvalə edilir:
·         əsgər, matros və çavuşların həbsi — bölük (komanda) baş çavuşuna;
·         gizir və miçmanların həbsi — hissə (gəmi) növbətçisinə;
·         kiçik zabitlərin həbsi — hissənin (gəminin) zabitlərdən olan növbətçisinə;
·         baş zabitlərin həbsi — qərargah rəisinə və ya hissə (gəmi) komandirinin təyinatı ilə baş zabitlərdən birinə.
İdarə və müəssisələrdə hərbi qulluqçunun həbsinin icrası cəza təyin etmiş rəisin və ya idarə (müəssisə) rəisinin göstərişi ilə təyin edilmiş şəxs tərəfindən yerinə yetirilir. Bu halda zabitlərin həbsinin icrası rütbəcə eyni, yaxud daha böyük rütbəli zabitlərə, gizir və miçmanların həbsinin icrası isə rütbəcə eyni, yaxud daha böyük rütbəli gizir və miçmanlara, eləcə də zabitlərə tapşırılır.
2. Əsgər, matros və çavuşların həbs kağızına bölük (müvafiq bölmə) komandiri və ya bölük komandiri yerində olmadıqda, bölüyün (müvafiq bölmənin) zabitlərindən biri qol çəkir və hissənin möhürü ilə təsdiq edilir.
Həbs edən həbs olunmuş hərbi qulluqçunun hansı kamerada (tək, ümumi) saxlanmasını təyin etməli, bölük komandiri isə həbs kağızında bunu göstərməlidir.
Gizir, miçman və zabitin həbs kağızına hissə (gəmi) komandiri, yaxud hissənin qərargah rəisi (gəmi komandirinin köməkçisi), idarənin (müəssisənin) rəisi qol çəkir və o, hissənin (idarənin, müəssisənin) möhürü ilə təsdiq olunur.
3. Həbsi icra edən əvvəlcədən hauptvaxtda boş yerin olması barədə məlumat almalı və lazım gələrsə, həbs olunanı müşayiət etmək üçün müşayiətçilər və ya konvoy nəfərləri tələb etməlidirlər.
4. Həbsi icra edən şəxslər həbs edilmiş bütün hərbi qulluqçuları hauptvaxta göndərməmişdən qabaq onlarda olan silahı və hərbi sursatı, müddətli xidmət əsgərlərindən, matroslarından və çavuşlarından isə onlarda olan pulu və hauptvaxtda saxlanması qadağan edilmiş şeyləri də siyahı ilə alırlar.
Həbs olunmuş hərbi qulluqçular öz ordenlərini, medallarını, orden lenti olan plankaları, həmçinin döş nişanlarını saxlamaq üçün hissə qərargahına və ya qarnizonun hərbi komendantlığına təhvil verirlər.
İntizam qaydasında həbs olunmuş zabitlər, gizir və miçmanlar, həmçinin müddətindən artıq xidmət çavuşları hauptvaxta göndərilərkən, sıra üçün müəyyən olunmuş gündəlik geyim formasında, müddətli xidmət əsgər, matros və çavuşları iş formasında, şinelləri isə yanlarında olmalıdır. Bundan əlavə, hər bir həbs olunmuşun yanında əl-üz dəsmalı, cib yaylıqları, ehtiyat təmiz boyunağları və tualet əşyaları (sabun, diş fırçası, daraq), hərbi qulluqçu 7 sutkadan artıq müddətə həbs olunmuşsa, dəyişək alt paltarı da olmalıdır. Həbs olunmuş müddətli xidmət əsgərlərinin, matroslarının və çavuşlarının özləri ilə hauptvaxta tütün (papiros, siqaret) və kibrit (alışqan) gətirmələri qadağandır.
Həbs olunanların hamısı hauptvaxta göndərilməmişdən qabaq tibbi müayinədən keçməli və lazım gəldikdə, sanitar təmizlənməsi (hamamda çimmə, geyimin dezinfeksiyası) aparılmalıdır; bu barədə həbs kağızında həkim qeydi olmalıdır.
5. İntizam qaydasında həbs olunmuş əsgər və matroslar — hissə və ya qarnizon hauptvaxtına konvoy nəfərlərinin, müddətli xidmət çavuşları — müddətli xidmət çavuşlarının, müddətindən artıq xidmət çavuşları isə — müddətindən artıq xidmət çavuşlarının müşayiəti ilə göndərilirlər.
Həbs olunmuş gizir, miçman və zabitlər isə hauptvaxta müstəqil gedirlər.
6. Həbs olunanların hauptvaxta müşayiət edilməsi (konvoyla göndərilməsi), təhvil verilməsi və qəbul olunması, onların hauptvaxtda saxlanması və həbsdən azad edilməsi qaydaları Qarnizon və qarovul xidmətləri nizamnaməsində göstərilmişdir.
7. Hərbi qulluqçu bu Nizamnamənin 83-cü maddəsi ilə həbs edilmişsə, həbs edən həbs olunanı qarnizonun hərbi komendantının yanına göndərməli və ya həbs olunana onun özünün hərbi komendantın yanına getməsini əmr etməlidir. Həbs olunan hərbi komendanta kim tərəfindən və nə səbəbə həbs edilməsi barədə məlumat verməlidir. Həbs edən şəxs elə o gün hərbi komendanta (şəxsən, telefonla və ya yazılı surətdə) həbs etmənin səbəbini bildirməlidir. Qarnizonun hərbi komendantı isə bu barədə həbs edilənin komandirinə (rəisinə) xəbər verməlidir.
Mümkün olduqda həbs edilənin öz komandirinin (rəisinin) yanına göndərilməsinə icazə verilir, bu halda həbs edilmənin səbəbi onun komandirinə (rəisinə) bildirilir.
Həbs müddətini qarnizonun hərbi komendantı və ya həbs edilənin komandiri (rəisi) müəyyən edir.

3 saylı əlavə
Üz tərəfi

Xidmət Vərəqəsi

_______________________________hərbi hissənin __________________bölüyü (komandası)
1. Vəzifəsi____________________________________________________________________________
2. Hərbi rütbəsi________________________________________________________________________
3. Soyadı, adı, atasının adı______________________________________________________ ________
______________________________________________________________________________________
4. Hansı ildən hərbi qulluqdadır_________________________________________________________

A. Həvəsləndirmələr

Nə üçün
Həvəsləndirmə növü
Nə vaxt verilib (əmrin №-si və tarixi)
Kim verib

B. Cəzalar

Arxa tərəfi
Nə üçün
Nalayiq hərəkət nə vaxt törədilib
Cəzanın növü
Nə vaxt verilib (əmrin №-si və tarixi)
Kim verib
Nə vaxt və kim götürüb

QEYD: Hərbi qulluqçuya gizir, miçman, ilk zabit rütbəsi və həmçinin ilk baş zabit rütbəsi, yaxud ilk general (admiral) rütbəsi verildikdə, onun üçün yeni xidmət vərəqəsi açılır. Yeni xidmət vərəqəsinə hərbi qulluqçunun əvvəllərdə aldığı cəzalar yazılmır, aldığı cəzaların götürülməsi haqqındakı həvəsləndirmələr istisna olmaqla, yalnız həvəsləndirmələr qeyd edilir. Köhnə xidmət vərəqəsi məhv edilir.
Gizir və miçman rütbələrindən məhrumetmə, həmçinin gizirlərin, miçmanların və zabitlərin hərbi rütbələrinin aşağı salınması cəzalarından başqa, hərbi qulluqçuya verilmiş bütün intizam cəzaları hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması gününədək götürülməmişsə, cəza bir il keçəndən sonra öz qüvvəsini itirir, bu şərtlə ki, həmin müddətdə hərbi qulluqçu yeni cəza almamış olsun.


4 saylı əlavə
_____________________________________________ hərbi hissənin təkliflər, şikayətlər və ərizələr

Kitabı

Sıra №-si
Daxil olma tarixi (il, ay, gün)
Təklif, şikayət və ərizə verənin soyadı, adı, atasının adı və onun hərbi xidmətə münasibəti
Təklifin, şikayətin və ərizənin qısa məzmunu
İcra üçün kimə və nə vaxt verilib, icraçının imzası
İcra müddəti
Nə vaxt və hansı qərar qəbul edilib
Sənədlərin tikildiyi işin №-si









Həbs Kağızı


«_____»_______________19 ____il

_________________________hərbi hissənin _________________________bölüyü (komandası)
Vəzifəsi_________________________________________________________________________
Hərbi rütbəsi____________________________________________________________________
Soyadı, adı, atasının adı___________________________________________________________ _______________________________________________________________________________
Kim tərəfindən və nə vaxt həbs edilib________________________________________________
Həbsin səbəbi___________________________________________________________________
Həbs müddəti___________________________________________________________________
Hansı kamerada saxlanmalıdır_____________________________________________________
Hamamda nə vaxt çimib__________________________________________________________
Həkimin rəyi____________________________________________________________________
Bölük (komanda) komandiri______________________________________________________
(hərbi rütbəsi və imzası)
Hissənin
möhür yeri

Hauptvaxt rəisinin (hissə növbətçisinin) qeydi

Qəbul olunub___________________________________________________________________
Azad olunmalıdır________________________________________________________________
Hauptvaxt rəisi (hissə növbətçisi)___________________________________________________
(hərbi rütbəsi və imzası)
Həbsdə saxlanma rejimindəki dəyişikliklər___________________________________________
Azad olunub____________________________________________________________________
Hauptvaxt rəisi (hissə növbətçisi)___________________________________________________
(hərbi rütbəsi və imzası)

Arxa tərəfində

Həbs olunanın aşağıdakı əşyaları var: (siyahı)_____________________________________________
______________________________________________________________________________________
_____________________________________________________________________________________
Bölük (komanda) komandiri____________________________________________________________
(hərbi rütbəsi və imzası)
Həbs olunanın göstərilən əşyalarının hamısı var (yaxud nə isə yoxdur)
_______________________________________________________________________________
Hauptvaxt rəisi (qarovul rəisi)_____________________________________________________
(hərbi rütbəsi və imzası)