Makedoniyalı İsgəndər, III Böyük İsgəndər (qəd.yun. Ἀλέξανδρος Γ'ὁ Μέγας, lat. Alexander Magnus; müsəlman şərqində İsgəndər Zülqərneyn, 21 iyul e.ə.356, Pella – 10 iyun e.ə. 323, Babil) — qədim dünyanın görkəmli sərkərdəsi və dövlət xadimi, e.ə.336-cı ildənMakedoniya hökmdarı, Aristotelin şagirdi.
Mete xaqan (qədim Çin mənbələrində Mo-tun və ya Modun Şanyu olaraq da adlandırılır) ( E.ə. 234-e.ə. 174) — Böyük Hun İmperiyasının ikinci şanyüsü.Böyük Çin tarixçisi Sima Syan yazır ki, hunlar öz uzun tarixləri ərzində dəfələrlə gah güclənib yekdil, vahid səltənət yaratmış, gah zəifləyib ayrı-ayrı qəbilələrə parçalanmışlar.
Hunların Çin İmperiyası ilə müharibələri o qədər gərgin, o qədər fəlakətli olmuşdur ki, bütün bunlara birdəfəlik son qoymaq üçün imperator Sin Şi Xuandi Çinin şimal sərhədləri boyu 4000 kilometr uzunluğunda, 4 metr enində və 10 metr hündürlüyündə sədd çəkdirmək əmri vermişdir. Həmin sədd bu günə kimi durur. Əslində, bu Çin xalqının zəhmətkeşliyi ilə bərabər Hun cəngavərlərinin qəhramanlığına qoyulan abidədir.
E.ə. 238-ci ildə Çin İmperiyasına, hətta digər qonşularına belə xərac verən Hun xaqanı Tumanın heç yuxusuna da girməzdi ki, evində yenicə dünyaya gələn körpə nəinki, yaxın-uzaq qonşularından, hətta böyük Çin İmperiyasının özündən xərac alacaq.
Fateh Sultan Məhəmməd(osm. محمد الثانى , Mehmed-i sâni, محمد الفاتح| Mehmed ül-Fâtih, İkinci Mehmet, Fatih Sultan Mehmet ), həyatı 30 mart 1432 – 3 may 1481 ;1444—1446 və 1451—1481 tarixində Osmanlı İmperiyasının Sultanı. Sultan II Məhəmməd 29 mart 1432-ci ildə Ədirnədə anadan olmuşdur.Sultan II Muradın Hümə Xatundan olan dördüncü oğludur. 1453-cü ildə İstanbulu fəth etdiyi üçün Fateh təxəllüsü verildi.
Şah İsmayıl Xətai (azərb. شاه اسماعیل; fars. شاه اسماعیل یکم), I İsmayıl Səfəvi, Şah İsmayıl Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi –Səfəvi təriqətinin rəhbəri, Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi. Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl Xətai zamanı istifadə olunmuşdur. Şeirlərini "Xətai" təxəllüsü ilə yazmışdır.
Atilla (d. 406 - ö. 453) — dünyanın ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Hun İmperiyasının hökmdarıdır.Avrupa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi ve Şərqi Roma (bax Bizans) imperiyalarını tez tez istila edən Atilla, Orta əsr salnamələlərində qəddarlığı ilə xatırlanır. Bu səbəblə də Avropa mənbələrində "Tanrının Qamçısı" (İngilizce: Scourge of God, İtalyanca: Flagello di Dio, Fransızca: Fléau de Dieu, Latınca, Flagellum Dei) olaraq adlanır. Amma Macar və Türk mənbələrində adından hörmətlə bəhs edilir.Atillanın atası Muncuk Xandır. Əmisi Roa, onu atası öldükdən sonra bozqırda tək başına yaşamaya çalışırkən tapdı ve yanına aldı. B.E.nın 434-ci ilində taxta çıxan Atilla, deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Atilla qonaqpərvərliyi ilə də seçilib.