Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

Azərbaycan müəllimlərinin XIV qurultayında Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun məruzəsi.

Hörmətli qurultay iştirakçıları! Əziz qonaqlar! Xanımlar və cənablar!
Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından, ölkəmizin bütün təhsil işçiləri adından Sizi ürəkdən salamlayır, hörmət və ehtiramımı bildirir, ən xoş arzularımı yetirirəm.Bu gün biz bu möhtəşəm Saraya – müasir Bakının rəmzlərindən birinə çevrilən və dahi Heydər Əliyevin adını daşıyan Mərkəzə Azərbaycan
müəllimlərinin XIV qurultayına toplaşmışıq. Qurultayın keçirilməsi üçün müasir dünya memarlığının incisi sayılan bu məkanın seçilməsi müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev şəxsiyyətinə Azərbaycan müəllimlərinin dərin hörmət və ehtiramının ifadəsidir. Öz quruluşu ilə zamanın davamlılığını,
həyatın əbədiliyini təcəssüm etdirən, keçmişlə gələcəyin vəhdətini bildirən, ağ rəngdə olması ilə aydın gələcəyi simvolizə edən bu Mərkəzdə dünənimizdən bu günümüzə, bu günümüzdən sabahımıza bir mənəvi körpü rolunu oynayan təhsil sisteminin mövcud durumunu dəyərləndirməyə, qloballaşan dünyada təhsilimizin
gələcək inkişaf yollarını, yeni strateji istiqamətləri və qarşıda duran başlıca hədəfləri birgə müzakirə edəcəyik.
    Hörmətli qurultay iştirakçıları!
Düz 107 il bundan qabaq 1906-cı ildə Bakıda Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi rus-Azərbaycan məktəbində Azərbaycan müəllimlərinin I qurultayı keçirilmişdir. Qurultayın işində Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Firidun bəy Köçərli,Üzeyir bəy Hacıbəyli, Süleyman Sani Axundov kimi, o dövrün tanınmış maarifçi ziyalıları iştirak etmişlər. XX əsrin əvvəllərində maarifçilik ideyaları ətrafında birləşən bu böyük ziyalıların istiqlal mübarizəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.Qısa ömür sürməsinə baxmayaraq, milli dövlətçilik ideyaları xalqımızın qəlbində möhkəm kök saldı, onu daim irəliyə, dövlətçiliyin əsaslarının qurulmasına istiqamətləndirdi. Bu tarixi missiyanı, yəni hər bir xalqın öz inkişafında arzulaya bildiyi ən yüksək və müqəddəs məqsəd - müstəqil dövlətin qurulması və onun ən çətin sınaqlardan keçərirək möhkəm bünövrə üzərində bərqərar olunması missiyasını ulu öndərimiz Heydər Əliyev şərəflə yerinə yetirdi. Onun siyasətini layiqincə davam etdirən İlham Əliyev cənabları qısa müddət ərzində ölkəmizi inanılmaz şəkildə dəyişdirməyə nail oldu və dövlətimizi ən uca zirvələrə qaldırdı. Cənab Prezidentin andiçmə mərasimində söylədiyi -Azərbaycan öz tarixində heç vaxt bugünki kimi güclü olmamışdır - sözlərini istənilən sahədə əyani olaraq görürük və hiss edirik.
İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirdiyi düşünülmüş və uzaqgörən daxili və xarici siyasət, iqtisadi sahədə aparılan məqsədyönlü və ardıcıl islahatlar, müstəqil Azərbaycanı siyasi və iqtisadi baxımdan sabit, davamlı inkişaf edən dövlət, beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda lider ölkə kimi
tanıtmışdır.Ölkədə siyasi sabitlik və məqsədyönlü islahatlar prosesi misilsiz iqtisadi artımla müşaiyət olunmuş, sosial həyatın hər bir sahəsində tərəqqiyə güclü təkan vermişdir.Son 10 ildə aparılan sosialyönümlü islahatlar nəticəsində müasir tələblərə cavab verən infrastuktur layihələri həyata keçirilmiş, yüksək standartlara cavab
verən təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilib istifadəyə verilmişdir. Bu nailiyyətlər ölkədə sosial sferanın - o cümlədən təhsil sahəsində əsaslı islahatların aparılmasına təkan vermiş, onun davamlı inkişafına stimul yaratmışdır.Lakin həyat yerində durmur, dünya hər gün dəyişir, inkişaf edir. Bu
dəyişikliklərlə hər zaman ayaqlaşmaq, onlardan geri qalmamaq üçün üzərimizdə hər gün çalışmalı, böyük zəhmət hesabına qazandığımız nailiyyətlərin qorunub saxlanılmasını və geridönməzliyini təmin etməliyik.
Bu baxımdan, Azərbaycan Respublikasının dövlət bayrağındakı rənglərin daşıdığı məna və onların yuxarıdan aşağı yerləşmə ardıcıllığı ilə bugün təhsil sistemimizin qarşısında duran əsas hədəflərin prioritetliyi arasında müəyyən bir paralelliyi müşahidə etmək olar: təhsil sisteminin yetişdirdiyi vətəndaş ilk növbədə öz köklərinə bağlı və milli mənsubiyyəti ilə fəxr edən vətənpərvər, dərin biliyə malik müasir baxışlı və mütərəqqi insan, öz xalqının adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq bir şəxs olmalıdır.Bu bir reallıqdır ki, müasir dövrdə ölkələrin inkişafı yalnız təhsil vasitəsilə əldə edilə bilər. Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini ölkənin təbii sərvətlərinin bolluğu deyil, bu sərvətlərin yüksək potensiala malik insan kapitalına çevrilməsi təmin edir.
     Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük uzaqgörənliklə dediyi: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkələrin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir,elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.,” - konseptual fikrinin əsasında da məhz həmin tələb, müasir təhsil sisteminin yetişəcəyi əsas strateji hədəf dayanır.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası


Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 oktyabr tarixli nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir
1. Məzmun
Son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır.
Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına
inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

TƏHSİLİN KONSEPSİYASI (MİLLİ KURİKULUMU).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq edilmişdir.
AZƏRBAYCAN RESPUBLİKASINDA ÜMUMİ
TƏHSİLİN KONSEPSİYASI (MİLLİ KURİKULUMU)
GİRİŞ
Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurikulumu (bundan sonra Milli Kurikulum) konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir.
Milli Kurrikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlmişdir.

MƏMMƏD ƏMİN RƏSULZADƏ


Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadəd. 31 yanvar 1884Bakı – ö. 6 mart 1955Ankara) — Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

ALİ BAŞ KOMANDAN

İlham Heydər oğlu Əliyev (d. 24 dekabr 1961BakıAzərbaycan SSRSSRİ) — Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimiAzərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş Naziri (2003),Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən), Yeni Azərbaycan Partiyasının Sədri (2005-ci ildən).
  İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı[1] şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olmuşdur.
MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.[Mənbə göstərin]
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görəBeynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.
2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.
2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.
2008-ci ildə yenidən prezident seçilmişdir və hazırda prezident vəzifəsini icra edir.
Rusingilisfransız və türk dillərini sərbəst bilir.
Ailəlidir. Üç övladı, üç nəvəsi vardır.

MÜBARİZ SNAYPER TÜFƏNGİ


Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 12.7 mm çaplı "Mübariz" snayper tüfənginin bu il silahlanmaya qəbul olunması gözlənilir.
 İstanbulda keçirilən beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən 12.7x108 mm çaplı "Mübariz" "İstiqlal" antimaterial snayper tüfəngi ailəsindəndir. Tüfəng uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün hazırlanıb.
Snayper tüfəngi Azərbaycan istehsalı olan optik nişangahla komplektləşdirilib ki, bu da 2 min metr məsafədə hədəflərə atəş açmağa imkan verir.
Nazirlikdən bildirilib ki, bu il həmçinin 14.5 mm çaplı "İstiqlal" antimaterial snayper tüfənginin təkmilləşdirilmiş modeli olan "İstiqlal-T" tüfənginin testləri davam etdiriləcək. Bu silah öz sələfindən bir sıra dəyişikliklərlə fərqlənir və çəkisi 7 kq azaldılaraq 28 kq-a endirilib.
Qeyd edək ki, Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış 14.5 mm çaplı «İstiqlal» snayper tüfəngi hazırda dünyada öz sinfində ən yaxşı silahlar sırasında yer alır. Tüfəng atış məsafəsinə və vuruş gücünə görə xarici analoqlarını üstələyir. Bu tüfəng hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində tətbiq edilir. Bu tüfəng eyni zamanda İordaniya kralı II Abdullahın Xüsusi Əməliyyat Qüvvələrinin silahlanmasında yer alır.
"İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şərəfinə "Mübariz" adlandırılıb.

Heydər Əliyev təhsil və vətənpərvərlik haqqında



* Təhsil millətin gələcəyidir.  

* Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.  

* Bizdə təhsil çox inkişaf edibdir. Azərbaycanda demək olar ki, təhsil almayan adam yoxdur.

  * Mən dünyada müəllimlikdən yüksək ad tanımıram. 

  * Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

  * Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

*Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

*Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar.

*Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.

*Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.

*Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!

*Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır.

*Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist - bunlar fitri istedada malik olan nadir adamlardır.

*Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.

*Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır.

*Gərək nəbzin Vətənin nəbzi ilə vursun.

*Tənqid həmişə işə kömək edir.

*Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!