Gənclərin Çağırışaqədərki Hazırlığı fənninin tədrisinə dair
proqram
Giriş
Gənclərin Çağırışaqədərki Hazırlığı fənni Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi 2014/2015-ci il tədris planına əsasən
hal-hazırda ümumtəhsil məktəblərinin X-XI siniflərində həftədə 2 saat tədris
olunur.
Təhsil Nazirliyinin 13.04.2015-ci il tarixli,
46-14-2163/17 nömrəli məktubunda fənnin qoşa saatla tədrisi təklif edilir.
Gənclərin
Çağırışaqədərki Hazırlığı fənnin qoşa saatla tədrisi təlim-tədris bazasının dərsə
hazırlanması, təhlükəsizlik qaydalarının şagirdlərə çatdırılması edilməsi və şagirdlərin
bu sahədə təlimatlandırılmaları jurnalın imzalanması, təlim nöqtələrində təhlükəsizliyə
və təlimin gedişatına nəzarət edəcək şagirdlərdən ibarət təlimatçıların təlimatlandırlması,
dərsin sonunda araşdırmaların aparılmasına imkan yaradacaqdır.
Əziz müəllimlər! Sizə təqdim edilən Gənclərin
Çağırışaqədərki Hazırlığı fənnin qoşa saatla tədrisinə dair yeni proqram layihəsi
mövcud dövlət proqramı əsasında
hazırlanmışdır. Proqram hazırlanarkən məzmunda nəzərə çarpacaq mühüm dəyişikliklər
aparılmamış, mövzuların məntiqi ardıcıllığı nəzərə alınaraq bir sıra mövzular birləşdirilmiş,
bir neçə yeni mövzular da əlavə edilmişdir. Yeni mövzuların əlavə edilməsi müharibə şəraitində
yaşamağımız, dünyanı bürümüş qarşıdurmalar zərurətindən yaranmışdır. Eyni
zamanda, şagirdlərə sağlam həyat tərzinə dair bilik və bacarıqların verilməsi də
məqsədəuyğun hesab edilmişdir.
Proqramda mövzuların geniş şərhi verilmişdir. Bu şərhlər
yeni proqramla işləyəcək müəllimlərə metodik istiqamət xarakteri daşıyır.
Yeni proqram hərbi rəhbərlərdən işə məsuliyyətlə,
yaradıcı yanaşmağı, yüksək professional hazırlıq, öz üzərində daim çalışmağı,
bilik və bacarıqlarını təkmilləşdirməyi tələb edir. Bu günün hərbi rəhbəri
innovativ müəllim olmalı, müasir təlim
texnologiyalarından, İKT-dən, internet resurslarından geniş istifadə etmək
bacarıqlarına yiyələnməlidir.
Proqrama daxil edilmiş bir sıra mövzuların mövcud dərsliklərdə
öz əksini tapmaması ciddi narahatlıq doğurmamalıdır. Həmçinin bu proqram üzrə
yeni dərsliklərin yaradılmasına da
ehtiyac duyulmur. Müasir texnologiyalar əsrində müəllim öz səy və
bacarıqlarından, yerli şəraitdən, texniki və əyani təlim vasitələrindən, internet
resurslarından, fənnə aid müxtəlif ədəbiyyatlardan, o cümlədən ölkəmizdə çap
olunan “Hərbi Bilik” jurnalından istifadə etməklə dərsləri təşkil edə bilər.
Proqramda hər iki sinif üzrə ilin sonunda nəzarət məşğələləri
nəzərdə tutulmuşdur ki, məqsəd şagirdlərin etik davranışlarına, nitq mədəniyətinə
dair il ərzində qazandıqları bacarıqları qiymətləndirilməkdir .
X
sinif
Mövcud proqramda ilk mövzu olan “Giriş”in adı dəyişdirilərək
“GÇH fənninin əhəmiyyəti, məqsəd və vəzifələri” adlandırılmışdır. Müəllim bu fənni
ilk dəfə öyrənəcək şagirdlərə fənnin tədrisini zəruri edən səbəbləri açıqlamalı,
fənnin tədrisinin məqsəd və vəzifələrini, eləcə də normativ-hüquqi sənədlərin də
əsas müddəalarını izah etməlidir.
“Dövləti müdafiənin əsasları” bölməsinin “Hərb
tariximiz, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi” mövzusunun tədrisi
zamanı Azərbaycanın hərb
tarixinə daha geniş prizmadan yanaşaraq şagirdlərin
diqqətini 1918-ci ildə ADR-in yaranması ilə bağlı ordu quruculuğuna, Gülüstan, Türkmənçay, Gümrü müqavilələri,
eləcə də hərb tariximizi əhatə edən digər
vacib tarix faktlara yönəltməlidir.
“Azərbaycan
Silahlı Qüvvələrinin strukturu, qoşun növləri və başqa silahlı birləşmələr”
mövzusunun tədrisi zamanı təkcə qoşun növlərindən deyil, Azərbaycan Silahlı
Qüvvələrininnin strukturundan da bəhs edilməlidir.
“Dövlət
və Hərbi atributlarımız. Hərbi mərasimlər. Döyüşlərdə və xidmətdə fərqlənməyə görə
təltiflər, orden və medallar” mövzusu dəyişdirilərək belə ifadə
edilmişdir: ”Dövlət və hərbi atributlarımız. Hərbi mərasimlər. Döyüşdə və xidmətdə
fərqlənməyə görə təltiflər, orden və medallar”.
“Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Nizamnamələri” bolməsinin üç mövzusu birləşdirilərək “Hərbi qulluqçular
və onlar arasında qarşılıqlı münasibətlər” adlandırılmışdır. Bu mövzuda hərbi qulluqçuların
ümumi vəzifələri, hərbi rütbələr, fərqlənmə nişanları, qarşılıqlı tabelilik, əmr
və sərəncamların verilməsi və yerinə yetirilməsi, hərbi salamvermə, hərbi nəzakət
və davranış qaydalarının öyrədilməsi nəzərdə tutulmuşdur.
“Sıra
hazırlığı” bolməsində
mövzular sıra təliminin xüsusiyyətlərinə əsasən və məntiqi ardıcıllıqla siniflərə
bölünmüş, Silahlı Qüvvələrin sıra nizamnaməsində olan “Baş geyimsiz hərbi
salamvermə” daxil edilmişdir.
“Taktiki
hazırlıq” bölməsində
taktiki hazırlıq dərsləri 11 saatdan 16 saata artırılmışdır. ”Motoatıcı manqanın
təşkili və döyüş imkanları” mövzusunun tədrisinə 1 saat deyil, 2 saat ayrılmışdır.
Bu mövzunun tədrisi zamanı silahların məhvetmə imkanlarını və düşmənin hərəkət
xarakterini nəzərə alaraq, relyefə uyğun hücum və müdafiə taktikasının praktik,
əyani vəsaitlər və müharibələrdən fraqmentlər nümayiş etdirməklə izah (məsələn
qumbaraatanın zirehli texnikanın hücum etmə ehtimalı çox olan istiqamətdə yerləşdirilməsi)
edilməli, mövzuların tədrisi zamanı yeni təlim metod və üsullarından istifadə
etməklə izahlı şəkildə şərhi verilməli, elementlərlə göstərilməli, əvvəlcə tək-tək,
sonra isə manqalar və yaxud tağım (qruplar və ya sinif) şəklində elementlərlə
yerinə yetirilməlidir.
“Silahlar
və atəş hazırlığı”
bölməsinin tədrisi zamanı Kalaşnikov avtomatı ilə yanaşı, ona aid patronlar
haqqında da bilgilərin verilməsi nəzərdə tutulmuşdur. Bu bölmədəki yeniliklərdən
biri də praktik əhəmiyyətli “Pnevmatik silahdan praktik atəş tapşırığının yerinə
yetirilməsi”mövzusunun tədrisinin planlaşdırılmasıdır. Atəş tapşırığının yerinə
yetirməsi ilə bağlı şagirdlərdə vərdişlərin formalaşdırılması bu fənnin tədrisi
qarşısında duran ən mühüm tələblərdən biri olduğundan həmin mövzuya həm X, həm
də XI sinifdə 4 saat vaxt ayrılmışdır.
“Hərbi
topoqrafiya” bölməsində
“Hərbi topoqrafiya”üzrə mövzuların nəzəri müstəvidən əməli müstəviyə yönəldilmişdir,
yəni ərazidə tədrisi nəzərdə tutulmuşdur.
“Təhlükəsizlik
və fövqaladə hallarda insanların mühafizəsi” bolməsində terrorizmin fövqəladə hallardan biri kimi tədrisi nəzərdə tutulmuşdur. Sosial-siyası
fəlakət olan terror haqqında şagirdləri düzgün və faktlarla məlumatlandırmaq, onun
həqiqi mahiyyətini açıqlamaq günün ən zəruri tələblərindən biridir.
XI sinif
“Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Nizamnamələri” bölməsində. ”Bölüyün sutkalıq növbətçilıyi” mövzusunun tədrisi
zamanı xidməti silahlar, eləcə də gün növbətçisinin vəzifələri haqda bilgilərin
verilməsi mövzunun tamlığını təmin edir.
Əsgərin maşınlarda və maşınların yanında düzülüş
zamanı hərəkətinin əməli əhəmiyyətə malik bacarıq olduğunu nəzərə alaraq, “Sıra
hazırlığı” bolməsinə onun mövzu kimi daxil edilməsi məqsəduyğun hesab
edilmişdir.
“Taktiki
hazırlıq” bölməsinə
hava hücumu müasir ümumqoşun döyüşünün əsas və mühüm elementlərindən biri
olduğundan “Hava hücum vastələrilə mübarizə” mövzusu əlavə edilmişdir.
“Silahlar
və atəş hazırlığı”bölməsinə Manqanın silahlanmasına daxil olan atıcı silahlar, snayper tüfənginin
taktiki-texniki xüsusiyətləri, Kalaşnikov pülemyotunun taktiki-texniki xüsusiyətləri,
qumbaraatanın taktiki-texniki xüsusiyətləri, anqaya təhkim olunmuş zirehli və
başqa maşınlardan, onların silahlarından hərtərəfli istifadə qaydaları və s.
yeni mövzular əlavə edilmişdir. Bu mövzuların proqrama əlavə edilməsində məqsədi
şagirdlərə ən kiçik taktiki bölmə olan manqa səviyyəsində bilik və bacarıqların
verilməsi prosesində manqanın silahlanmasına daxil olan atıcı silahlar haqqında
bilik və bacarıqlar verməkdən ibarətdir.
“Tibbi
biliklərin əsasları”
bölməsində ”Yoluxucu və infeksion xəstəliklər” mövzusunda yoluxucu və infeksion
xəstəliklər, yaranma səbəbləri, növləri, ilkin əlamətləri və xəstəliklərə qarşı
qabaqlayıcı, profilaktik tədbirlərlə yanaşı, müasir dövrdə gənclərin həyat tərzini
nəzərə alaraq sağlam həyat tərzi, zərərli vərdişlər və onların insan orqanizmi
üçün yarada biləcəyi təhlükələr haqqında da məlumatların verilməsi məqsədəuyğun
hesab edilmişdir.
Gənclərin çağrışaqədərki
hazırlığı fənni üzrə həftədə 1 qoşa saata dair təxmini illik planlaşdırma nümunəsi
X sinif
I. Dövləti müdafiənin əsasları – 8 saat
1. G. Ç. H fənninin əhəmiyyəti məqsədi
və vəzifələri- 2saat
2. Hərb tariximiz, Azərbaycan Silahlı
Qüvvələrinin yaranma tarixi – 2 saat
3. Azərb.
S/Q-nin strukturu, qoşun növləri və başqa silahlı birləşmələr – 2 saat
4. Dövlət
və Hərbi atributlarımız. Hərbi
mərasimlər . Döyüşlərdə və xidmətdə fərqlənməyə görə təltiflər, orden və
medallar – 2 saat
II. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Nizamnamələri – 6 saat
1.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələri - 2 saat
2. Hərbi qulluqçular və onlar
arasında qarşılıqlı münasibət, onların ümumi vəzifələri, hərbi rütbələr,
fərqlənmə nişanları rəislər və tabe olanlar, əmr və
sərəncamların verilmə qaydaları, rəğbətləndirmə və intizam cəzaları
– 2 saat
3.Əsgərin vəzifələri- 2 saat
III. Sıra hazırlığı – 6 saat
1. Sıralar və onların idarə edilməsi -2 saat
2. Silahsız sıra üsul və hərəkətləri -2 saat
3.Yerində
və hərəkətdə silahsız, baş geyimli və baş geyimsiz əsgəri salamvermə, Sıradan çıxma,sıraya qayıtma, rəisə yanaşma və ondan uzaqlaşma
-2saat
IV.
Taktiki hazırlıq – 16 saat
1. Müasir ümumqoşun döyüşü – 2 saat
2. Motorlaşdırılmış atıcı manqanın
təşkili və döyüş imkanları - 2saat
3.
Manqanın idarə edilməsi – 2 saat
4. Motoatıcı manqanın yürüş və döyüş
nizamı – 2 saat
5. Əsgərin döyüşdə hərəkəti – 2 saat
6. Döyüşdə əsgərin vəzifələri – 2 saat
7. Hücumda əsgərin hərəkəti – 2 saat
8
Müdafiədə əsgərin hərəkəti – 2 saat
V. Silahlar və atəş hazırlığı – 12 saat
1.
Kalaşnikov avtomatının quruluşu, hissə və mexanizmlərinin işi.təyinatı və
ona aid Patronların quruluşu
və təyinatı – 2 saat
2.
Avtomatın təmizlənməsi,yağlanması və saxlanması. Avtomata baxış keçirilməsi və
onun atışa hazırlanması – 2 saat
3. Atışın
əsasları. Traektoriyanın elementləri, üzaqlığın təyin edilməsi, minlik formulasının tətbiqi– 2 saat
4.Atıcı
silahlardan atəşin aparılması zamanı texniki təhlükəsizlik qaydaları-2saat
5.Pnevmatik silahdan proktik atəş tapşırığının yerinə yetirilməsi-4 saat
VI. Hərbi topoqrafiya – 6 saat
1.Xəritəsiz ərazidə səmtləşmə
(qütblərin təyin edilməsi).– 2 saat
2. Azimut
istiqamətində hərəkət( yerli əşyalar vastəsilə maqnit azimutunun təyin edilməsi – 2 saat.
3.Topoqrafiq
xəritələr – 2saat.
VII.Təhlükəsizlik və fövqaladə hallarda insanların
mühafizəsi – 12 saat
1. Mülki müdafiə onun təyinatı və əsas
tapşırıqları.Fövqaladə hallar və onların
təsnifatı – 2 saat
2. Fövqəladə hadisələr zamanı əhalinin davranış
qaydaları – 2 saat
3. Təbii fəlakətlər və onların qısa
xarakteristikası – 2 saat
4. Texnogen xarakterli hadisələr və
onların qısa xarakteristikası – 2 saat.
5.Siyasi xarakterli
hadisələr.Terrorizm. - 2 saat.
6.Xəbərdarlıq siqnalları – 2 saat
Nəzarət
məşğələsi – 2 saat
cəmi: 68 saat
XI sinif
I. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
nizamnamələri - 4 saat
1.
Bölüyün sutkalıq növbətçliyi – 2 saat
Bölük, batareya növbətçisinin və gün
növbətçilərinin vəzifələri.
2.
Saatdarın vəzifəsi və hərəkəti. Post və
onun təchizatı – 2 saat
II. Sıra
hazırlığı – 8 saat
1.Sıra
üsulları və silahlı sıra hərəkətləri– 2 saat
2.Silahla yerişdə və yerində əsgəri
salamvermə-2saat
3.Manqanın düzülüşü, açıq sıra , hərəkət üçün
düzülüş -2 saat
4.Əskərin maşınlarda və maşınların yanında
düzülüş zamanı hərəkəti-2saat
III. Taktiki hazırlıq – 14 saat
1.
Tanklarla və zirehli maşınlarla mübarizə –2saat
2. Hava hücum vastələrilə mübarizə -2 saat
3.
Mühəndis maneələri – 2 saat
4.
Manqanın mövqeyinin mühəndis təchizatı – 4 saat
5. Döyüş təminatı(kəşfiyyat, mühəndis
təminatı, maskalanma, mühafizə, kimyəvi
təminat, kütləvi qırğın silahlarından mühafizə. – 4
saat
IV.
Silahlar və atəş hazırlığı – 16 saat
1. Manqanın silahlanmasına daxil olan
atıcı silahlar – 2 saat
2.
Snayper tüfənginin taktiki texniki xüsusiyətləri– 2 saat
3. Kalaşnikov pülemyotunun taktiki
texniki xüsusiyətləri – 2 saat
4. Kalaşnikov əl pülemyotunun taktiki
texniki xüsusiyətləri – 2 saat
5.Qumbaraatanın taktiki texniki
xüsusiyətləri – 2 saat
6. Qəlpələnən əl qumbaraları onların taktiki
texniki xassələri, atəş üsulları–2 saat
7. Pnevmatik silahdan proktik atəş
tapşırığının yerinə yetirilməsi-4 saat
V. Təhlükəsizlik və fövqəladə hallarda insanların
mühafizəsi - 10 saat
1. Nüvə silahı – 2 saat
2. Kimyəvi silah – 2 saat
3. Bakterioloji (bioloji) silah – 2
saat.
4. Kütləvi mühafizə qurğuları – 2 saat.
5.Fərdi mühafizə vastələri – 2 SAAT.
VI. Tibbi biliklərin əsasları – 12 saat
1. İlk tibbi yardımın ümumi qaydaları –
2 saat
2. Qanaxmalar zamanı ilk tibbi yardım –
2 saat
3. Yaralanmalar zamanı ilk tibbi
yardım-2saat
4. Sınıqlar zamanı ilk tibbi yardım - 2
saat
5. Yoluxucu və infeksion
xəstəliklər – 2 saat
6. Yanıq,
günvurma, donvurma zəhərlənmə və
ilanvurma zamanı ilk tibbi yardım
qaydaları – 2 saat.
7.Sağlam
həyat tərzi – 2 saat.
Nəzarət məşğələsi – 2 saat
cəmi: 68 saat.
Gənclərin çağrışaqədərki
hazırlığı üzrə mövzuların şərhi.
X sinif
I.Dövləti müdafiənin əsasları – 8 saat
1. G. Ç. H fənninin əhəmiyyəti məqsədi və
vəzifələri - 2saat
Yeniyetmələrin
vətənpərvər ruhda tərbiyəsi, onların Silahlı Qüvvələrdə xidmətə hazırlanması,
fənnin tətbiq dairəsi, fənnin tədrisini zəruri edən amillər, etnik, dini, ərazi
iddiası, zəminində baş verə biləcək münaqişələr, təbii, texnogen və müharibə
xarakterli fəlakətlər zamanı hərəkət, tibbi bilik və bacarıqlar, fənnin təlim
istiqamətləri, ordu sıralarında xidmət, vətənpərvərlik, fənnin tədrisini
tənzimləyən rəhbəredici dövlət sənədləri.
2. Hərb tariximiz, Azərbaycan Silahlı Qüvvələrinin
yaranma tarixi–2 saat
Azərbaycan
VII-IX əsrlərdə, Azərbaycan xalqı və birinci dünya müharibəsi, ikinci düya
müharibəsində Azərbaycan Respublikasının rolu, Azərbaycan milli diviziyaları,
birinci və ikinci dünya müharibəsində iştirak etmiş Azərbaycanlı görkəmli
şəxsiyyətlər və qəhrəmanlar, Azərbaycan demokratik cümhuriyyətinin yaranması,
ordu quruculuğu, Azərbaycan cühuriyyət ensklopediyasına istinadən Gülüstan,
Türkmənçay, Gümru müqavilələri və başqa hərb tariximizi əhatə edən tarixi
faktlar, Azərbaycan sovetlər birliyinin tərkibində, birinci qarabağ müharibəsi,
müstəqilliyimiz, orqu quruculuğu və Heydər Əliyev,ordumuzun inkişaf yolu.
3. Azərbaycan Silahlı Qüvvələrininnin strukturu,
qoşun növləri və başqa silahlı birləşmələr – 2 saat
Azərbaycan Silahlı Qüvvələrininnin təyinatı, qoşun
növləri, onların təyinatı, bölmələrin aşağıdan yuxarı adı, stukturu, təyinatı.
Başqa silahlı birləşmələr onların təyinatı quruluşu(Daxili Qoşunlar, Sərhəd
Xidməti, Mülki Müdafiə, Milli Qvardiya). Milli təhlükəsizliyin təmin
olunmasında Silahlı Qüvvələrin rolu, dövlətdə və cəmiyətdə ordunun yeri.
4. Dövlət
və Hərbi atributlarımız. Hərbi
mərasimlər . Döyüşlərdə və xidmətdə fərqlənməyə
görə təltiflər, orden və medallar – 2 saat
Dövlət və
hərbi atributlarımız, Dövlət və hərbi atributlarının rəmzi mənası, yaranma
tarixləri, dövlətçiliyimiz tarixində qəbul olunmuş atributlar haqqında
məlumat(dəyişdirilmiş bayraq və gerblərvə.s), Azərbaycan Silahlı qüvvələrinin
mərasimləri, Döyüş bayrağının təqdimetmə mərasimi, Hərbi and, Hərbi Andın
qəbulu mərasimi, Silah və döyüş
texnikalarının səxsi heyyətə təqdim olunması mərasimi, hərbi qulluqçuların
ordu sıralarından tərxisə və ehtiyata
buraxılma mərasimləri, Rütbələrin, doyüşdə və xidmətdə fərqlənməyə görə
təltifat mərasimləri, təsis olunmuş orden və medallar, onların rəmzi mənaları
və kateqoriyaları.
II. Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Nizamnamələri – 6 saat
1.Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Nizamnamələri-2saat hərbi
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Nizamnamələri, Daxili xidmət nizamnaməsi,
İntizam nizamnaməsi, Qaravul Qarnizon xidməti nizamnaməsi, Sira nizamnaməsi,
onların təyinatı, və təsisi. Xidmətkeçmə haqqında qanun,
2.Hərbi
qulluqçular və onlar arasında qarşılıqlı münasibət.Hərbi intizam.
Rəğbətləndirmə və intizam cəzaları – 2 saat
Hərbi qulluqçuların ümumi
vəzifələri, hərbi rütbələr, fərqlənmə nişanları rəislər və tabe olanlar,
əmr və
sərəncamların verilmə və yerinə yetirilmə qaydaları, hərbi salamvermə, hərbi nəzakət və
davranış qaydaları. Hərbi intizamın mahiyyəti və mənası, hərbi qulluqçuların
hərbi nizam –intizama riayyət etmə üzrə borcları, əsgərlərə və matroslara
tətbiq olunan intizam cəzaları və rəğbətləndirmələr.
3.Əsgərin
vəzifələri- 2 saat
Əsgərin vəzifələri, əsgərin
xidmət üzrə məsuliyyəti.
III. Sıra hazırlığı – 6 saat
1.Sıralar və onların idarə edilməsi -2 saat
Sıra və onun elementləri, açıq və
hərəkət sırası, müxtəlif üsullarla sıranın idarə olunması, əsgərin
düzülüşdən qabaq və sırada vəzifələri
2.Silahsız sıra üsul və hərəkətləri -2 saat
Sıra
duruşu və komandaların yerinə yetirilməsi, yerində dönmələr,hərəkət, hərəkətdə
dönmələr.
3. Silahsız əsgəri salamvermə, Sıradan çıxma, rəisə
yanaşma -2saat
Yerində
əsgəri salamvermə, hərəkətdə hərbi salamvermə, baş geyimsiz hərbi salamvermə,
sıradan çıxma və sıraya qayıtma, rəisə yaxınlaşma və uzaqlaşma.(baş geyimsiz
hərbi salamvermə nizamnaməyə yeni əlavə olunub)
IV. Taktiki hazırlıq – 16 saat
1.Motorlaşdırılmış atıcı manqanın təşkili və döyüş
imkanları - 2saat
PDM
motoatıcı manqanın təşkili və silahları, ZTR motoatıcı manqanın təşkili və
silahları, motoatıcı manqanın döyüş imkanları, manqanın tağımın tərkibində
yeri, dərinıiyə və cəbhə boyu texnikalar, silahlar və səxsi heyət arsındakı
məsafələr, silahların məhvetə imkanlarını və düşmənin hərəkət xarakterini
nəzərə olaraq, felyefə uyğun hücum və müdafiə taktikasının proktik, əyani
vəsaitlər və müharibələrdən fraqmentlər nümayiş etdirməklə izahı.(məsələn
qumbaraatanın zirehli texnikanın hücum etmə ehtimalı çox olan istiqamətdə
yerləşdirilməsi).Taktiki hazırlıq təlimi üzrə mözular yeni təlim metod və
üsullarından istifadə etməklə izahlı şəkildə şərh edilməli, elementlərlə
göstərilməli, əvvəlcə tək-tək sonra isə manqalar və yaxud tağım (qruplar və
sinif) şəklində yenə elementlərlə yerinə yetirilməlidir.
2. Müasir ümumqoşun döyüşü – 2 saat
Döyüş
nədir, müasir ümumiqoşun döyüşü, döyüş zərurətini yaradan amillər, ümumiqoşun
döyüşünün xüsusiyyətləri, döyüşün növləri, döyüşdə istifadə olunan məhvetmə
vastələri, döyüş sənətinin inkişaf tarixi.
3. Manqanın idarə edilməsi – 2 saat
Manqanın
döyüş öncəsi və döyüşdə yüksək döyüş hazırlığı, bütün gücün tapşırığın yerinə
yetirilməsinə istiqamətlənməsi, düşmən üzərində arasıkəsilməyən müşahidə,
kəşfiyyatən təşkili, qarşılıqlı əlaqə, tapşırıqların yerinə yetirilməsinə
nəzarət, manqa komandirinin döyüşün təşkili üzrə iş ardıcıllığı, manqa
komandirinin döyüşdə teri.
4. Motoatıcı manqanın yürüş və döyüş nizamı – 2
saat
Motoatıcı
manqanın tapşırığından, düşmənin hərəkətinin xarakterindən və ərazidən
(relyefdən) asılı olaraq döyüş düzülüşünün seçilməsi, manqanın yürüş düzülüşü,
manqanın döyüş düzülüşü, tapşırığın uğurla yerinə yetirilməsini təmin edən
amillər, yüksək döyüş hazırlığı vəziyyəti, düşməni vaxtında üzə çıxarmaq,
aktivlik, qətiyyətlilik, qərarlı və qəfil hərəkət, qüvvə və vastələrlə manevr,
hərtərəfli qarşılıqlı əlaqə və gecə hərəkətedəbilmə bacarığı.
5. Əsgərin döyüşdə hərəkəti – 2 saat
Müasir
döyüşdə düşmənin atəşi altında və relyefin sərtliyindən asılı olmayaraq çevik
və yerli vastələrdən istifadə etməklə təhlükəsiz hərəkət, hərəkətdə müşahidə, hərəkətdə atəş,
PDM, ZTR- də hərəkət, tankda desant kimi və yaxud piyada hərəkət, piyada
vəziyyətdə hərəkət üsulları, nüvə partlayışı zamanı hərəkət.
6. Döyüşdə əsgərin vəzifələri – 2 saat
Əsgərin
doyüşdə vəzifələrinin müddəalarını
bilmək və dərk etmək, bu vəzifələrin yerinə yetirilməsi üçün əsgərdə
olması vacib oian başlıca keyfiyyətlər (dərin bilik, ciddi hərbi təlim, döyüş
ruhu və fiziki güc). Müstəqilliyimiz uğrunda əsgəri borcun yerinə yetirərkən
qəhrəmanlıq nümunələri ilə yadda qalmış şəxsiyyətlərdən nümunələr.
7. Hücumda əsgərin hərəkəti – 2 saat
Manqa
komandiri tərəfindən əsgərə döyüş tapşırığı, orientirlər, düşmənin sayı (heyətin) vəziyyəti, hərəkət xarakterin, atəş
mövqeləri, özünün, manqanın və tağımım tapşırığı, manqanın döyüş düzülüşündə öz
yeri, hansı atəş üsulu ilə və hansı
hədəfi məhv etməli,həmlə ilə düşmənin məhv edilməsi, hərəkətdən atəş, qısa
dayanmalarla atəş, əl qumbarasının atılması, süngü bıçaqla zərbə, qundaqla
zərbə, manqa hansı tankın arxasınca hərəkət etməli, onun fərqlənmə nişanı, PDM,
ZTR dən enmə və döyüşə açılma xətti, əngəllər və onların dəf olunma qaydaları,
xəbərdarlıq siqnalları, qarşılıqlı əlaqə və hücumun başlama vaxtı.
8 Müdafiədə əsgərin hərəkəti – 2 saat
Manqa
komandiri tərəfindən əsgərə döyüş tapşırığı, orientirlər, düşmənin sayı (heyətin) vəziyyəti, düşmənin ehtimal hücum
istiqaməti, hücumun vaxtı, tağımın, manqanın və əsgərin tapşırığı, döyüşün
gedişində atəş mövqeyinin seçilməsi və dəyişdirilməsi, müşahidə, hava və yer
hədəflərinə atəş, tağımın atəş sahəsində manqanın mərkəzləşmiş atəşə tutacağı
hədəflər, xəbərdarlıq siqnalları, idarəetmə və
qarşılıqlı əlaqə üzrə hərəkət, müdafiəyə keçməyə hazır olma vaxtı, tək
əsgər üçün üzanaraq atəş səngərinin qazılması və maskalanması.
V. Silahlar və atəş hazırlığı – 12 saat
1. Kalaşnikov avtomatının quruluşu, hissə və
mexanizmlərinin işi. təyinatı və ona aid Patronlar – 2 saat
Kalaşnikov
avtomatının təyinatı, ümumi quruluşu, taktiki texniki xarakteristikası, hissə
və mexanizmlərinin quruluşu və təyinatı, hissə və mexanizmlərinin işi, hissə və
mexanizmlərinin doldurulmadan öncə vəziyyəti, doldurulduqda vəziyyəti, qatarla
atəş zamanı vəziyyəti, tək-tək atəş zamanı vəziyyəti, sökülüb yığılması,
natamam sökülmə qaydaları, güllənin quruluşu.
2. Avtomatın təmizlənməsi,yağlanması və saxlanması.
Avtomata baxış keçirilməsi və onun atışa hazırlanması – 2 saat
Kalaşnikov
avtomatının təmizlənməsi, yağlanması, sökülüb və yığılması üçün ləvazimatlar.
Kalaşnikov avtomatının təmizlənməsi, yağlanması, saxlanması və qorunması,baxış
keçirilməsi, avtomatın və güllələrin atışa hazırlanması, atış zamanı mümkün
tutulmalar və onların aradan qaldırılması, avtomat və patronlarla davranış
zamanı təhlükəsizlik qaydalarına riayyət olunması.
3.Atışın əsasları. Traektoriyanın elementləri,
üzaqlığın təyin edilməsi, minlik formulasının tətbiqi– 2 saat
Atəşin
əsasları və qaydaları, atəşin əmələ gəlməsi, güllənin başlanğıc sürəti, silahın
təpməsi, traektoriyanın yaranması, güllənin tiplərindən asılı olaraq zireh
dəlmə və öldürücü gücü, düz atış və onun proktik əhəmiyyəti. Atəş zamanı
qapalı, açıq və ölü bölgələr, məsafəni təyinetmə üsulları və minlik formulanın
tətbiq edilməsi, nişanalma elementləri, hərəkətdə olmayan hədəflərə atış zamanı
nişangahın qurulması.
4.Atıcı silahlardan atəşin aparılması zamanı
texniki təhlükəsizlik qaydaları-2saat
5.Pnevmatik silahdan proktik atəş tapşırığının
yerinə yetirilməsi-4 saat
Silahların
təmizlənməsi, atışa hazırlanması, silahların sıfırlanması, təhlükəsizlik
qaydalarının çatdırılması, atış üçün yerin və üsulun seçilməsi, təlim nöqtələrində
atəş və təhlükəsizlik qaydalarının öyrədilməsi.
VI. Hərbi topoqrafiya – 6 saat
1.Xəritəsiz ərazidə səmtləşmə – 2 saat
Döyüş
tapşırıqlarının yerinə yetirilməsi məqsədilə ərazini, ərazidə səmtləşmə,
əraziləri dəyərləndirmə,topoqrafik xəritələrdən istifadə, onların oxunması,
şəraitin qiymətləndirilməsi, müşahidənin təşkili, atəş sisteminin qurulması,
döyüşdə bölmələrin idarə olunması, döyüşdə ərazinin təbii, taktiki və müdafiə
xarakterli vastələrindən istifadə, müxtəlif üsullarla qütblərin
istiqamətlərinin təyin edilməsi, ərazidə durduğu yeri təyinetmə ( kompas,
günəşin vəziyyəti, saat və günəşə əsasən, qutb ulduzuna əsasən, yerli əşyaların
əlamətlərinə əsasən).
2.Azimut istiqamətində hərəkət yerli əşyalar
vastəsilə maqnit azimutunun təyin edilməsi – 2 saat
Topoqrafik
xəritələr və onların xüsusiyyətləri, yerin relyefi və ərazilərin
xüsusiyyətləri, maqnit azimutu və onun yerli əşyalar vastəsilə təyin edilməsi,
azimutla hərəkət, kompas, göy cisimləri və yerli əşyaların əlamətləri
vasitəsilə, qütblərin təyin edilməsi, yerli əşyalara istinadən durduğu yeri
təyinetmə, addımı olçməklə 100 m məsafəni qoşa addım məsafəsinə çevirmə, mümkün
hərəkət istiqamətində hər hansı bir obyektin azimutunu təyin etmə, təyin
olunmuş (1000 m) məsafəni azimutlarla keçmə.
3.Topoqrafik xəritələr – 2 saat.
VII.Təhlükəsizlik və fövqaladə hallarda insanların
mühafizəsi – 12 saat
1. Mülki Müdafiə, onun təyinatı, tapşırıqları.Fövqaladə hallar və onların
təsnifatı–2 saat
Mülki
Müdafiə sülh və müharibə dövründə əhalinin təhlükəsizliyini təmin edən dövlət
stukturu kimi, M.M-nin stukturu, təşkili, müharibə mənşəli fövqaladə hallar,
(nüvə silahının, kimyəvi silahın, bioloji və bakteriolji silahın tətbiqi)
texnogen xarakterli fövqaladə hallar, təbii xarakterli fövqaladə hallar.
2. Fövqəladə hallar zamanı əhalinin davranış
qaydaları, xəbərdarlıq siqnalları – 2
saat
Radioaktiv,
kimyəvi yoluxma ərazilərindədə və bakterioloji (bioloji) zədələnmə ocaqlarında
əhalinin hərəkəti və davranış qaydaları.Təbii fəlakətlər zamanı əhalinin davranış
qaydaları.Texnogen xarakterli fəlakətlər zamanı əhalinin davranış qaydaları.
Sosial mənşəli hadisələr, sosial təhlükələr(terror). Mülki Müdafiə xəbərdarlıq
siqnallarına riayyət qaydaları.
3. Təbii fəlakətlər və onların qısa
xarakteristikası – 2 saat
Təbii
fəlakətlər və onların Ümumi
xüsusiyyətləri, geoloji, meteoroloji, hidroloji, bioloji, kosmik və ekoloji
təbii fəlakətlər, təbii yangınlar.
4. Texnogen xarakterli hadisələr və onların qısa
xarakteristikası – 2 saat
Texnogen
xarakterli fəlakətlərin təsnifatı, ətraf mühiti çirkləndirən və ətraf mühiti
çirkləndirməyən Texnogen xarakterli fəlakətlər.
5. Sosial-siyasi xarakterli fövqəladə hadisələr və
onların qısa xarakteristikası.Terrorizm. – 2 saat.
6.Xəbərdarlıq siqnalları – 2 saat
Nəzarət məşğələsi – 2 saat
cəmi: 68 saat
XI sinif
I. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
nizamnamələri - 4 saat
1.
Bölüyün sutkalıq növbətçliyi – 2 saat
Sutkalıq növbətçiliyin əhəmiyyəti, xidməti
silahları, bölük batareya növbətçisinin sənədləri, bölük, batareya
növbətçisinin və gün növbətçilərinin vəzifələri, növbəti gün növbətçisinin
xidmət yeri.
2.
Saatdarın vəzifəsi və hərəkəti. Post və
onun təchizatı – 2 saat
Qaravulun təyin olunması,
xidmətin təşkili, heyəti, saatdarın vəzifələri, post onun təminatı və
təchizatı, saatdarın silahının vəziyyəti postun mühafizə üsulları, silahın
doldurulması və boşaldılması qaydaları, qaravul nəfərinin və yaxud saatdarın
postun təhvil təslimində hərəkəti, saatdarın postda hərəkəti.
II. Sıra
hazırlığı – 8 saat
1.Sıra üsulları və silahlı sıra hərəkətləri,
silahla yerişdə və yerində əsgəri salamver mə – 2 saat
Silahla
sıra duruşu, yerində silahla sıra üsullarının yerinə yetirilməsi, silahla
dönmələr və yeriş, silahla yerində və yerişdə əsgəri salamvermə, çök,uzan,
döyüşə, qalx, sıçramalar, sürünmələr.
3.Manqanın düzülüşü, açıq sıra , hərəkət üçün
düzülüş -2 saat
Manqanın
düzülüşü, manqanın açıq və səfər sırası, manqanın mərkəzdən sola və yaxud sağa
genişlənməsi və sıxlaşması, manqanın bir cərgəli sıradan iki cərgəli sıraya və
ya əksinə keçməsi.
4.Əskərin maşınlarda və maşınların yanında düzülüş
zamanı hərəkəti-2saat
Manqanın
maşının yanında düzülüşü, maşına dolma və yerləşmə,maşından enmə və düzülüş.
III. Taktiki hazırlıq – 14 saat
1.Tanklarla və zirehli maşınlarla mübarizə –2saat
Tankların
və başqa zirehli döyüş maşınlarının taktiki texniki xassələri, önların zəif
nöqtələri, manqada olan zirehli maşınlar əleyhinə vasitələr, tank və zirehli
maşınlar əleyhinə əl qumbarasından istifadə üsulları, qumbaraatanın müdafiədə
vəhücumda yeri və ondan istifadə qaydaları.
2.Hava hücum vastələrilə mübarizə -2 saat
Müasir
döyüş təyyarələrinin və vertalyotlarının döyüş xüsusiyyətləri,taktiki imkan və
hərəkətləri, düşmən uçuş vasitələrinin tanınma nişanları, atıcı silahlardan
alçaqdan uçan uçuş vasitələrinə atəş üsulları, döyüşdə samalyotların və
vertlyotların mümkün uçuş istiqamətləri.
3. Mühəndis maneələri – 2 saat
Muhəndis
maniələrinin döyüşdə rolu, partlamayan, partlayan və kombinə mühəndis
maneələri, tank əleyhinə minalar, piyada əleyhinə minalar, minaların qurulması
və maskalanması.
4. Manqanın mövqeyinin mühəndis təchizatı – 4 saat
Manqanın
mövqeyinin mühəndis təminatı, onun əhəmiyyəti, manqa üçün səngər və onun elemıntləri, daldalanacaq, əlqələndirici
səngər, oyuq, döyüş texnikaları üçün səngər, mina partlayış maneələri, tank və
piyada əleyhinə mina sahələri.
5.Döyüş təminatı–4saat
Döyüş
təminatı bölmələrinin əhəmiyyəti, ayrı ayrılıqda tapşırığı. Kəşfiyyatın
təşkili, mühəndis təminatı, maskalanma, mühafizə, kimyəvi təminat, kütləvi qırğın silahlarından mühafizə.
IV.
Silahlar və atəş hazırlığı – 16 saat
1.Manqanın silahlanmasına daxil olan atıcı silahlar
– 2 saat
Manqa
olan (PDM,ZTR) döyüş texnikalrının silahları, döyüş tapşırığından asılı olaraq
gücləndirmə vasitələri, manqanın ştat silahları, atəş sisteminin təşkili.
2. Snayper
tüfənginin taktiki texniki xüsusiyətləri– 2 saat
SVD
silahının hissə və mexanizmlərinin işi, natamam sökülüb yığılması ardıcıllığı,
atəş üsulları, güllələr.
3. Kalaşnikov pülemyotunun taktiki texniki
xüsusiyətləri – 2 saat
Kalaşnikov
pülemyotunun hissə və
mexanizmlərinin işi, natamam sökülüb yığılması ardıcıllığı, ondan atəş
üsulları, güllələr.
4. Kalaşnikov əl pülemyotunun taktiki texniki
xüsusiyətləri – 2 saat
Kalaşnikov
əl pülemyotunun hissə və
mexanizmlərinin işi, natamam sökülüb yığılması ardıcıllığı, ondan atəş
üsulları, güllələr.
5.Qumbaraatanın taktiki texniki xüsusiyətləri – 2
saat
Qumbaraatanın hissə və mexanizmlərinin işi, natamam
sökülüb yığılması ardıcıllığı, ondan atəş üsulları, mərmilər.
6. Qəlpələnən əl qumbaraları onların taktiki
texniki xassələri, atəş üsulları–2 saat
Əl
qumbaralarının növləri, təyinatı və döyüş xüsusiyyətləri, qranatların hissə və
mexanizmlərinin işi, qumbaranın döyüşə hazır vəziyyətə gətirilməsi, müxtəlif
üsullarla və müxtəlif mövqelərdən atəş, təhlükəsizlik qaydaları.
7. Pnevmatik silahdan proktik atəş tapşırığının
yerinə yetirilməsi-4 saat
Silahların
təmizlənməsi, atışa hazırlanması, silahların sıfırlanması, təhlükəsizlik
qaydalarının çatdırılması, atış üçün yerin və üsulun seçilməsi, təlim
nöqtələrində atəş və təhlükəsizlik qaydalarının öyrədilməsi.
V. Təhlükəsizlik və fövqəladə hallarda insanların
mühafizəsi - 10 saat
1. Nüvə silahı – 2 saat
Nüvə
silahının xüsusiyyətləri, nüvə partlayışlarının növləri, nüvə silahının
dağıdıcı qüvvələri, neytron bombasının dağıdıcı qüvvəsinin əsasları, nüvə dağıntı
ocaqları, radioaktiv zəhərlənmə zonası.
2. Kimyəvi silah – 2 saat
Kimyəvi
silah, onun zəhərləyici vasitələrinin xüsusiyyətləri, kimyəvi silahdan qorunma
üsulları, kimyəvi zədələnmə ocaqları.
3. Bakterioloji (bioloji) silah – 2 saat
Bakterioloji
(bioloji) vasitələrin xüsusiyyətləri, ondan mühafizə vasitələri, bakterioloji
zədələnmə ocaqları.
4. Kollektiv mühafizə qurğuları – 2 saat.
Kollektiv
və fərdi mühafizə vastələri, əlehqazlar, respiratorlar, nəfəs yollarının
qorunması üçün sadə basitələr, fərdi tibbi mühafizə vasitələri, sadə üsulla
dərinin qorunması, xüsusi mühafizə geyimi.
5. Fərdi mühafizə vastələri – 2 saat
VI. Tibbi biliklərin əsasları – 14 saat
1.İlk tibbi yardımın ümumi qaydaları – 2 saat
Xəsarət
almış və ya qəfil xəstələnmiş insana həkimin gəlməsinə və yxud evakuasiyaya
qədər vaxtında, sadə üsullarla məqsədyönlü ilk tibbi yardım göstərmə,
qanaxmanın dayandırılmsı, yara və yanıq yerinə steril sarğı qoyma, sınıq çıxıq
və əzilmə zamanı şin qoyulmsı, tənəffüsü bərpa edilməsi, ürək masajı.
2.Qanaxmalar zamanı ilk tibbi yardım – 2 saat
Kapilyar,
arterial, venoz və qarışıq qanaxmalar, qanaxmanın növünün təyin edilməsi,
müvəqqəti dayandırma üsulları və qaydaları.
3. Yaralanmalar zamanı ilk tibbi yardım-2saat
Yaralanma
xəsarəti, bədənin müxtəlif nahiyələrindən deşilmiş, kəsilmiş, cırılmış,
əzilmiş, kəsilmiş-deşilmiş və odlu silahdan alınmış yaralanmalar zamanı ilk
tibbi yardım.
4. Sınıqlar zamanı ilk tibbi yardım - 2 saat
Açıq və
qapalı sınıqlar, yanıq, şok, ürəkgetmə, tokvurma
zamanı ilk tibbi yardım qaydaları.
5. Yoluxucu və infeksion xəstəliklər – 2 saat
Yoluxucu
və infeksion xəstəliklərŞ onları yaradan səbəblər, növləri, ilkin əlamətləri və
xəstəliklərə qarşı qabaqlayıcı, profilaktik tədbirlər. Sağlam həyat tərzi,
zərərli vərdişlər və onların insan orqnizmi üçün yaradabiləcəyi təhlükələr.
6. Yanıq, ünvurma, donvurma,
zəhərlənmə, ilanvurma zamanı ilk tibbi yardım qaydaları – 2 saat
Yanıq, günvurma, donvurma,
zəhərlənmə, ilanvurmalar zamanı ilkin əlamətlər, qabaqlayıcı tədbirlər və
evakuasiya.
7.Sağlam
həyat tərzi – 2 saat
Nəzarət məşğələsi – 2 saat
Cəmi: 68
saat