Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!
Gənclərin ibtidai hərbi hazırlıƏsasnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 29 may 1998-ci il
                   № 119.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR.

                                   Gənclərin ibtidai hərbi hazırlıq     ƏSASNAMƏSİ.
I. Ümumİ müddəalar
Gənclərin ibtidai hərbi hazırlığı Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Təhsil haqqında, Azərbaycan Respublikasında “Hərbi xidmətə çağırışıəsasları haqqında” Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ hüquq aktlarına əsasən həyata keçirilir.
İbtidai hərbi hazırlıq (İHH) gənclərin silahlı qüvvələrdə xidmətə çağırışaqədərki hazırlığının tərkib hissəsidir.

hərbi rəhbərin iş vaxtı, dərs cədvəli, dərsdənkənar tədbirlər planı, onun direktor tərəfindən təsdiq edilmiş şəxsi iş planı ilə müəyyən olunur;
hərbi rəhbərlər təhsil müəssisələrində başqa vəzifəyə və sinif rəhbərliyinə təyin edilmirlər.

Hərbi kabinetlərdə İHH fənnindən başqa digər fənlərin tədrisinə icazə verilmir.
İHH rəhbərlərinə, hərbi hazırlıüzrə mütəxəssislərə və metodistlərə hərbi geyimdə (formada) gəzmək hüququ verilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, mütəxəssislərə və metodistlərə 5 ildən bir dəfə dəyərinin 50 faizi həmin şəxslər tərəfindəödənilməklə hərbi geyim dəsti verilməsini təmin edir.
Göstəriləşəxslərə verilən hərbi geyim forması dəyərinin qalan hissəsi tabeliyində müvafiq təhsil müəssisələri olan nazirlik, baş idarə və yerli icra hakimiyyəti tərəfindəödənilir.

VIII. Hərbİ rəhbər metodİst və mütəxəssİslərİn əmək haqqının hesablanması
Təhsil müəssisələrində İHH rəhbərlərinin vəzifə maaşları Azərbaycan Respublikasında fəhlə vəqulluqçularıəməyinin ödənilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
Bütün tipdən olan ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas müəssisələrində hərbi rəhbərlərin vəzifəmaaşlarına həftədə 8 saat (ildə 360 saat) tədris etdiyi İHH dərslərinin haqqı daxil edilir.
Təhsil müəssisəsində İHH dərs saatları həftədə 8 saatdan (ildə 360 saatdan) az olduqda hərbi rəhbər tam vəzifə maaşını alır, həftədə 8 saatdan (ildə 360 saatdan) artıq tədris edilən saatlarıəmək haqqıəlavə ödənilir.
Hərbi rəhbərlərə proqramın xüsusi təchizatlı hərbi kabinetə verilən tələbləri ödəyən tədris silahlarının saxlanması otağına və atıcılıq tirinə görə qüvvədə olan qanunvericiliyə əsasən başqa fənn kabinetləri kimi məvacib verilir.
Hərbi rəhbərlər başqa fənlərdən də (ixtisaslar üzrə) dərs apara bilərlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurmuş, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi sistemində, keçmiş sovet ordusunda qulluq etmiş hərbi rəhbərlərin (mütəxəssislərin, metodistlərin və müəllimlərin) hərbi qulluq stajları pedaqoji iş stajlarına daxil edilir.

GENERALLARIMIZ




Səməd bəy Mehmandarov (1855-1931) - artilleriya generalı


Səməd bəy Mehmandarov  Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir ki, bu da general-polkovnik rütbəsinə bərabərdir.
General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə
30 minlik ordusunu yaratmağa nail olmuşdur.