Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

GÇH Rəhbərinin SƏNƏDLƏR QOVLUĞU



Hörmətli həmkarlarım, bu səhifədə siz, Gənclərin Çağırışaqədərki Hazırlığı fənninin tədrisi zamanı lazım olan rəhbər sənədlərlə tanış olacaq və onlardan faydalana biləcəksəniz.







ƏMRLƏR. 
I.

Sumqayıt şəhər internat tipli gimnaziya üzrə
 N-li əmrdən çıxarış.
 sentyabr 2016-cı il.
§   .
Məzmunu:  GÇH Fənninin tədrisinin başlanması və tədris ilində GÇH və hərbi vətənpərvərlik tərbiyəsinin keçirilməsi günlərinin təyin edilməsi haqqında.
      Azərbaycan Respublikası “Ümümi Hərbi Mükəlləfiyyət Haqqında” qanununun
      və GÇH proqramının tələblərinin yerinə yetirilməsi üçün
ƏMR EDİRƏM.
1.Məktəb üzrə GÇH fənninin tədrisinə 15 Sentyabr 2016-cı il tarixindən başlanılsın.
2.Məktəbin GÇH Rəhbəri V.A.Ramazanova tapşırılsın ki, 13.09.2016-cı il tarixinə
   qədər GÇH fənninin tədris planını hazırlayıb təsdiqə versin.
3.GÇH Rəhbəri V.A.Ramazanov 2016-2017-ci tədris ili üçün kompleks iş planını
   hazılayıb  13.09.2016-cı ilə qədər təsdiqə versin.
4.Bu tədris ilində hər ayın I,II,III həftələrinin 5-ci günləri GÇH Rəhbəri üçün hazırlıq  günləri
   , axırıncı həftənin 5-ci günü isə metodiki gün qəbul edilsin.
   Tədris işləri üzrə direktor müavini həmin günlərə dərs planlaşdırılmasın.Hər ayın II həftəsinin
   3-cü günü “Yeniyetmə günü”,axırıncı həftənin 6-cı günü isə MM-yə hazırlıq günü qəbul edilsin.
5. Fiziki tərbiyə müəllimlərinə tapşırılsın ki,fiziki tərbiyə dərslərini GÇH dərsləri ilə sıx əlaqədə
    keçsinlər.
6.GÇH fənnində geyim forması məktəbli forması qəbul edilsin.
7.GÇH Rəhbəri V.A.Ramazanov məktəbdə “Gənc atıcı” və “Sərrast atıcı” dərnəkləri yaratsın.
8.Məktəb kitabxanasının müdirinə tapşırılsın ki,GÇH və hərbi vətənpərvərlik tərbiyəsi üçün 
  “Azərbaycan Ordusu” qəzetinə və “Hərbi bilik” jurnalına  abunə yazılsın.
9.GÇH Rəhbəri  V.A.Ramazanov tağım və manqa(bölmə) komandirlərini təyin edib,əmrin 
  lahiyəsini 13.09.2016-cı ilə qədər təsdiqə versin.
10.Əmr bütün pedaqoji kollektivə və şagirdlərə elan edilsin.

Məktəb direktoru:                        .................