Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

IV İslam Həmrəyliyi Oyunları

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi olub.22 May 2017.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev mərasimdə iştirak edib. 
Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. İslamiadanın yarışları, sözün həqiqi .

IV İslam Həmrəyliyi Oyunları

IV İslam Həmrəyliyi Oyunları.

2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq islam oyunları. 2017 İslam Həmrəyliyi Oyunlarının 12-22 may tarixləri arasında baş tutması nəzərdə tutulub. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
2014-cü ildə 24 iyul tarixində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyası baş tutdu. Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov Bakı şəhərinin təqdimatı ilə çıxış etdi. Assambleya çərçivəsində "Bakı 2017" namizədlik kitabının təqdimatı olub. Daha sonra assambleyda səs vermə baş tutdu və tam yekdilliklə Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını ev sahibliyi etmək hüququ qazandı.
2015-ci ildə 7 aprel tarixində IV İslam Həmrəyliyi Oyunları barəsində müqavilə imzalandı. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud imzaladığı müqaviləyə əsasən IV-cü İslam Həmrəyliyi Oyunlarının proqramına 20 idman növü, o cümlədən Azərbaycanın milli idman növü olan zorxana əlavə olundu.
2015-ci ildə 2 noyabr tarixində Azərbaycanın Bakı şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının iclası baş tutdu. Nihat Ustanın sədrliyi ilə keçirilən Əlaqələndirmə Komissiyasının iclasında Azərbaycan adından Azad Rəhimov, Çingiz Hüseynzadə Könül Nurullayeva və digər nümayəndələr qatıldı.
2016-cı ildə 13 may tarixində Bakı 2017 İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitəsiləri üçün Açıq Gün baş tutdu. IV-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 39 İslam dövlətinin Milli Olimpiya Komitəsinin üzvlərini qəbul etdi.