Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

 

Şuşa işğaldan azad edildi

Azərbaycanın qədim şəhəri Şuşa 28 il 6 aydan sonra düşmən işğalından qurtulub. Xəbəri noyabrın 8-i paytaxtdakı Şəhidlər xiyabanından xalqa müraciətində prezident, ali baş komandan İlham Əliyev açıqlayıb.Dövlət başçısı deyib: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”Əsası 18-ci əsrdə qoyulan Şuşa 1750-ci ildən Qarabağ xanlığının paytaxtı, 1822-ci ildən Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən isə Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib.1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd, Xocalı rayonlarının və keçmiş Ağdərə rayonunun 200-dən çox kəndi və bir neçə qəsəbəsi, Kəlbəcər istiqamətində bəzi məntəqələr azad olunub.


H.ƏLİYEV 97

Biz səni unutmayacayıq !



Heydər Əlirza oğlu Əliyev (d.10 may 1923NaxçıvanZSFSR, SSRİ - ö. 12 dekabr 2003KlivlendOhayoABŞ) — Azərbaycanın görkəmli siyasi və dövlət xadimi,Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993-2003), "Ulu öndər" və "Azərbaycan xalqının ümummilli lideri" titullarının rəsmi daşıyıcısı.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1965-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.

APREL DÖYÜŞLƏRİ

 Dördgünlük müharibə 
  2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq MərcanlıGoranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqizkəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
       Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır. Bəzi siyasi şərhçilərə görə döyüşlərin əsl təşəbbüskarı Rusiya və ya Türkiyə idi.
Döyüşlər əsasən 257 km uzunluğunda olan təmas xətti üzərində yönəldilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi.Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər vurulub. Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olunub, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı vurulub.
Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.
Aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji baxımdan əhəmiyyətli Madaqiz məntəqəsindəki hərbi bazanın qərargahını və "Yerkrapa" erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib.Erməni tərəfi bu zərbə nəticəsində 7 nəfərin öldüyünü təsdiq edib. Aprelin 5-də Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankı heyətlə birlikdə və hərbi əmlakı məhv edilmişdir.
 Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, aprelin 7-də cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus "X-55" tipli pilotsuz uçuş aparatı xüsusi üsulla endirilib.Aprelin 7-də Ağdərə-Goranboy istiqamətində Azərbaycana məxsus sanitar tibb maşını atəşə tutulub.Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib.Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirib.

Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.
Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşüb, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçiriblər. Görüşlər əsnasında münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edilib.

MƏHŞUR SƏRKƏRDƏLƏR..



.

Makedoniyalı İsgəndərIII Böyük İsgəndər (qəd.yun. Ἀλέξανδρος Γ'ὁ Μέγαςlat. Alexander Magnus; müsəlman şərqində İsgəndər Zülqərneyn21 iyul e.ə.356Pella – 10 iyun e.ə. 323Babil) — qədim dünyanın görkəmli sərkərdəsi və dövlət xadimi, e.ə.336-cı ildənMakedoniya hökmdarı, Aristotelin şagirdi.




Mete xaqan (qədim Çin mənbələrində Mo-tun və ya Modun Şanyu olaraq da adlandırılır) ( E.ə. 234-e.ə. 174) — Böyük Hun İmperiyasının ikinci şanyüsü.
Böyük Çin tarixçisi Sima Syan yazır ki, hunlar öz uzun tarixləri ərzində dəfələrlə gah güclənib yekdil, vahid səltənət yaratmış, gah zəifləyib ayrı-ayrı qəbilələrə parçalanmışlar.
Hunların Çin İmperiyası ilə müharibələri o qədər gərgin, o qədər fəlakətli olmuşdur ki, bütün bunlara birdəfəlik son qoymaq üçün imperator Sin Şi Xuandi Çinin şimal sərhədləri boyu 4000 kilometr uzunluğunda, 4 metr enində və 10 metr hündürlüyündə sədd çəkdirmək əmri vermişdir. Həmin sədd bu günə kimi durur. Əslində, bu Çin xalqının zəhmətkeşliyi ilə bərabər Hun cəngavərlərinin qəhramanlığına qoyulan abidədir.
E.ə. 238-ci ildə Çin İmperiyasına, hətta digər qonşularına belə xərac verən Hun xaqanı Tumanın heç yuxusuna da girməzdi ki, evində yenicə dünyaya gələn körpə nəinki, yaxın-uzaq qonşularından, hətta böyük Çin İmperiyasının özündən xərac alacaq.






         Çingiz Xan (monq. Чингис Хаан; d. 1162 - ö. 11 avqust 1227) - görkəmli Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında biləşdirərək, insanlıq tarixində ən böyük dövlət olmuş Böyük Monqol imperiyasını (1206-1368) qurmuşdur        










Teymur (9 aprel 1336, Hoca-İlqar kəndi, müasir. Şaxrisabz, Özbəkistan — 18 fevral 1405Otrar, müasir Qazaxıstan; Çağatay dilindəتیمور (Temür‎, Tēmōr) — "dəmir") — görkəmli sərkərdə, MərkəziQərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur.


 

   Fateh Sultan Məhəmməd(osm. محمد الثانى , Mehmed-i sâni, محمد الفاتح| Mehmed ül-Fâtih, İkinci Mehmet, Fatih Sultan Mehmet ), həyatı 30 mart 1432 – 3 may 1481 ;14441446 və 14511481 tarixində Osmanlı İmperiyasının Sultanı.                                                                           Sultan II Məhəmməd 29 mart 1432-ci ildə Ədirnədə anadan olmuşdur.Sultan II Muradın Hümə Xatundan olan dördüncü oğludur. 1453-cü ildə İstanbulu fəth etdiyi üçün Fateh təxəllüsü verildi.






 

 Şah İsmayıl Xətai (azərb. شاه اسماعیلfars. شاه اسماعیل یکم‎), I İsmayıl SəfəviŞah İsmayıl Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi –Səfəvi təriqətinin rəhbəri, Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi. Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl Xətai zamanı istifadə olunmuşdur. Şeirlərini "Xətai" təxəllüsü ilə yazmışdır.







Cavanşir — Qafqaz Albaniyasının hökmdarlarından biri, həmçinin Mehranilər sülaləsinin ən parlaq nümayəndəsi. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir.












Atilla (d. 406 - ö. 453) — dünyanın ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Hun İmperiyasının hökmdarıdır.Avrupa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi ve Şərqi Roma (bax Bizans) imperiyalarını tez tez istila edən Atilla, Orta əsr salnamələlərində qəddarlığı ilə xatırlanır. Bu səbəblə də Avropa mənbələrində "Tanrının Qamçısı" (İngilizce: Scourge of God, İtalyanca: Flagello di Dio, Fransızca: Fléau de Dieu, Latınca, Flagellum Dei) olaraq adlanır. Amma Macar və Türk mənbələrində adından hörmətlə bəhs edilir.Atillanın atası Muncuk Xandır. Əmisi Roa, onu atası öldükdən sonra bozqırda tək başına yaşamaya çalışırkən tapdı ve yanına aldı. B.E.nın 434-ci ilində taxta çıxan Atilla, deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Atilla qonaqpərvərliyi ilə də seçilib.




Şəkil:Shamil.jpgİmam Şamil - 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Atası Qafqazın qədim xalqlarından olan avarlara mənsub Məhəmməddir. Şamil 15 yaşına çatdığı zaman artıq at minməkdə, qılınc oynatmaqda çox mahir idi. 20 yaşına isə 2 metr boyu ilə tullanma, odlu silahdan istifadə, qılınc oynatma kimi keyfiyyətlərdə çox mahir idi. Şeyx Şamil ilk təhsilinə Səid Xərakinin yanında başladı. Daha sonra qayınatası Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumikinin tələbəsi oldu. İmam Şamil özündən əvvəl imamət məqamında olan Qazi Məhəmməd və Həmzət Bəyin müşavirliyini etmişdi. Şamil son dərəcə sadə, təvazökar və qənaətcil bir həyatı yaşamaqda idi.






Babək Xürrəmi — Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş böyük sərkərdə. Fars mənbələrində adı Papak, erməni mənbələrində Bab, Baban kimi də qeyd edilir.