Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

MƏKTƏBİMİZİN ŞƏHİDLƏRİ.


                                 ORUCOV  BAYRAM  ƏZİZAĞA oğlu.

22 mart 1973-cü ildə Abşeron rayonunun Şurabad kəndində anadan olmuşdur.1 sentyabr 1980-cı ildə internat məktəbin 1-ci sinifinə qəbul olunmuşdur.1988-ci ildə 8-ci sinifi bitirdikdən sonra tikintidə işə düzəlmişdir.Könüllü olaraq Qarabağ müharibəsinə getmişdir.15 avqust 1994-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

                               
                            
                         MUSAYEV  MƏHƏMMƏD  HÜMBƏT  oğlu.


26 yanvar 1974-cü ildə Ağdam rayonunda anadan olmuşdur.1 sentyabr 1981-ci ildə internat məktəbin 1-ci sinifinə qəbul olunmuşdur.1991-ci ildə internat məktəbi bitirmişdir.1992-ci il martın ayının 19-da Qarabağ uğrunda gedən döyüşlərə yollanıb.Ağdərənin Qıçan,Qazançı və Sıxravənd kəndləri uğrunda gedən döyüşlərdə şəhid olub.


                     HƏSƏNOV  VÜQAR  QABİL  oğlu.
1973-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.1 sentyabr 1980-cı ildə internat məktəbinə qəbul olunmuşdur.1989-cu ildə 9-cu sinifi bitirib.1992-ci idə ordu sıralarına çağrılıb.1992-ci ildə şəhid olmuşdur.Məzarı Sumqayıt şəhər Şəhidlər xiyabanındadır.


                              QƏMBƏROV  HABİL  BALASOLTAN  oğlu.
1976-cı ildə Quba rayonunun Qrız kəndində anadan olmuşdur.3-cü sinifə qədər öz məktəblərində,4-cü sinifdən isə internat məktəbində oxumuşdur.1993-cü ildə məktəbi bitirmişdir.1994-cü ildə hərbi xidmətə çağrılmış və Tərtər rayonunda döyüşlərdə iştirak etmişdir.1995-ci ildə qəhrəmancasına şəhid olmuşdur.