Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

QARABAĞ VETERANLARI İLƏ GÖRÜŞ.








4 dekabr 2014-cü il tarixində Sumqayıt şəhər Fars-ingilis dilləri təmayüllü tam orta məktəbində hərbi-vətənpərvərlik tədbirləri çərçivəsində  Qarabağ müharibəsi veteranları ilə görüş keçirilmişdir.Görüşdə  əvvəlcə məktəbin şagirdləri vətənpərvərlik ruhunda mahnılar oxudular,şeirlər söylədilər.Sonra Azərbaycan istehsalı olan silahlar barəsində kinofilm və məktəbin hərbi paradda iştirakı barəsində slayd-şou izlənildi.Sonda söz veteranlara verildi.Çıxış edən natiqlər öz xatirələrindən danışdılar və tədbiri təşkil etdiklərinə görə məktəbin müəllim və şagird heyətinə öz təşəkkürlərini bildirdilər.
  Həmçinin "N" saylı hərbi hissədən, məktəbimizin məzunu olmuş İmanov Vəzir Nazir oğlunun nümunəvi xidmət etdiyi barədə daxil olmuş təşəkkür məktubu tədbir iştirakçılarının nəzərinə çatdırıldı.     Qeyd edək ki,tədbirdə Sumqayıt şəhər təhsil şöbəsinin GÇH metodisti İlham Mirzəliyev,veteranlar Mayor Elxan Qurbanov, Kapitan Bəhruz Eyyubov və Kapitan Samir Hacıyev iştirak etmişlər.Tədbir Sumqayıt şəhər təhsil şöbəsi tərəfindən yüksək qiymətləndirilmiş və bu ənənənin digər məktəblərdə də mütamadi olaraq təşkil olunması tövsiyyə olunmuşdur.