Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 29 may 1998-ci il
№ 119.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR.
Gənclərin ibtidai hərbi hazırlıq ƏSASNAMƏSİ.
I. Ümumİ müddəalar
Gənclərin ibtidai hərbi hazırlığı Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Təhsil haqqında, Azərbaycan Respublikasında “Hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ hüquq aktlarına əsasən həyata keçirilir.
İbtidai hərbi hazırlıq (İHH) gənclərin silahlı qüvvələrdə xidmətə çağırışaqədərki hazırlığının tərkib hissəsidir.
hərbi rəhbərin iş vaxtı, dərs cədvəli, dərsdənkənar tədbirlər planı, onun direktor tərəfindən təsdiq edilmiş şəxsi iş planı ilə müəyyən olunur;
hərbi rəhbərlər təhsil müəssisələrində başqa vəzifəyə və sinif rəhbərliyinə təyin edilmirlər.
Hərbi kabinetlərdə İHH fənnindən başqa digər fənlərin tədrisinə icazə verilmir.
İHH rəhbərlərinə, hərbi hazırlıq üzrə mütəxəssislərə və metodistlərə hərbi geyimdə (formada) gəzmək hüququ verilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, mütəxəssislərə və metodistlərə 5 ildən bir dəfə dəyərinin 50 faizi həmin şəxslər tərəfindən ödənilməklə hərbi geyim dəsti verilməsini təmin edir.
Göstərilən şəxslərə verilən hərbi geyim forması dəyərinin qalan hissəsi tabeliyində müvafiq təhsil müəssisələri olan nazirlik, baş idarə və yerli icra hakimiyyəti tərəfindən ödənilir.
VIII. Hərbİ rəhbər metodİst və mütəxəssİslərİn əmək haqqının hesablanması
Təhsil müəssisələrində İHH rəhbərlərinin vəzifə maaşları Azərbaycan Respublikasında fəhlə vəqulluqçuların əməyinin ödənilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
Bütün tipdən olan ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas müəssisələrində hərbi rəhbərlərin vəzifəmaaşlarına həftədə 8 saat (ildə 360 saat) tədris etdiyi İHH dərslərinin haqqı daxil edilir.
Təhsil müəssisəsində İHH dərs saatları həftədə 8 saatdan (ildə 360 saatdan) az olduqda hərbi rəhbər tam vəzifə maaşını alır, həftədə 8 saatdan (ildə 360 saatdan) artıq tədris edilən saatların əmək haqqıəlavə ödənilir.
Hərbi rəhbərlərə proqramın xüsusi təchizatlı hərbi kabinetə verilən tələbləri ödəyən tədris silahlarının saxlanması otağına və atıcılıq tirinə görə qüvvədə olan qanunvericiliyə əsasən başqa fənn kabinetləri kimi məvacib verilir.
Hərbi rəhbərlər başqa fənlərdən də (ixtisaslar üzrə) dərs apara bilərlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurmuş, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi sistemində, keçmiş sovet ordusunda qulluq etmiş hərbi rəhbərlərin (mütəxəssislərin, metodistlərin və müəllimlərin) hərbi qulluq stajları pedaqoji iş stajlarına daxil edilir.