Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜ

                                AZADLIĞI QANIMIZLA QAZANDIĞIMIZ GÜN.
Xalqimiz 1990-ci ilin müdhiş 20 yanvar faciəsini heç vaxt unutmayacaqdir. Bu ayrı - ayrı insanlara edilən qəsd deyildi, bu bütün Azərbaycana edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar millətimizin qəhrəmanlıqlarıdır.
Heydər Əliyev 
Artıq 24 ildir ki, biz kədər içində yaşayan bir millətə çevrilmişik. Hər dəfə “bu qan yerdə qalmayacaq” deyirik, lakin hələ də şəhidlərin qanı yerdə qalmaqdadir. Hələ də dünya birliyi bu hadisəyə göz yumur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Sovet imperiyasının hərb maşını Bakıya yeridilərək amansız qırğın törətdi. Yüzlərlə soydaşımız Azərbaycanın xoşbəxt gələcəyi, azadlığı uğrunda qəhrəmancasına şəhid oldu. 744 nəfər yaralandı, 133 dinc sakin öldürüldü, 841 nəfər qanunsuz həbs olundu, ancaq bəşər tarixinə xalqımız yeni qəhrəmanlıq salnaməsi həkk etdi.