Xalqimiz 1990-ci ilin müdhiş 20 yanvar faciəsini heç vaxt unutmayacaqdir. Bu ayrı - ayrı insanlara edilən qəsd deyildi, bu bütün Azərbaycana edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar millətimizin qəhrəmanlıqlarıdır.
Heydər Əliyev
Artıq 24 ildir ki, biz kədər içində yaşayan bir millətə çevrilmişik. Hər dəfə “bu qan yerdə qalmayacaq” deyirik, lakin hələ də şəhidlərin qanı yerdə qalmaqdadir. Hələ də dünya birliyi bu hadisəyə göz yumur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Sovet imperiyasının hərb maşını Bakıya yeridilərək amansız qırğın törətdi. Yüzlərlə soydaşımız Azərbaycanın xoşbəxt gələcəyi, azadlığı uğrunda qəhrəmancasına şəhid oldu. 744 nəfər yaralandı, 133 dinc sakin öldürüldü, 841 nəfər qanunsuz həbs olundu, ancaq bəşər tarixinə xalqımız yeni qəhrəmanlıq salnaməsi həkk etdi.
Artıq 24 ildir ki, biz kədər içində yaşayan bir millətə çevrilmişik. Hər dəfə “bu qan yerdə qalmayacaq” deyirik, lakin hələ də şəhidlərin qanı yerdə qalmaqdadir. Hələ də dünya birliyi bu hadisəyə göz yumur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Sovet imperiyasının hərb maşını Bakıya yeridilərək amansız qırğın törətdi. Yüzlərlə soydaşımız Azərbaycanın xoşbəxt gələcəyi, azadlığı uğrunda qəhrəmancasına şəhid oldu. 744 nəfər yaralandı, 133 dinc sakin öldürüldü, 841 nəfər qanunsuz həbs olundu, ancaq bəşər tarixinə xalqımız yeni qəhrəmanlıq salnaməsi həkk etdi.
20 yanvar hadisəsini sovet rəhbərliyi, konkret olaraq Qorbaçov tərəfindən Azərbaycan xalqına qarşı yönəlmiş ən böyük cinayət kimi qiymətləndirdi. Sovet qoşunlarının böyük kontingentinin Bakıya yeridilməsi ilə bağlı üz vermiş faciə barədə ürək ağrısı ilə xəbər tutduğunu bəyan edən H.Əliyev Azərbaycan xalqına başsağlığı vermeklə bərabər, qatilləri lənətləyən bəyanatla çıxış etdi, bu aksiyanı antihumanist, antidemokratik və hüquqa zidd saydı. Eyni zamanda, tələb etdi ki, tərəqqipərvər bəşəriyyət Azərbaycan xalqına qarşı edilmiş bu cinayəti törədən insanların cəzalandırılması üçün addımlar atsın. Bu 20 yanvar hadisəsinə verilən ən düzgün qiymət idi. Bu dəhşətli hadisənin sarsıntısını yenidən yaşamaq, bir daha həmin dövrə boylanmaq, olub keçənləri göyür-qoy etmək elə də asan deyil. Hər halda zaman öz sözünü deyir. Azərbaycan xalqı durduqca şəhidlər də, onların xatirəsi də yaşayacaq. Çünki torpağın azadlığı uğrunda torpaq üzərinə axıdılan qan heç vaxt silinmir. Nədənsə, mənə elə gəlir ki, qanlı yanvar şənbəsində axıdılan qan bizim millətin tarixindəki izdir və məhz həmin iz bizim bir xalq olaraq daim ayaqda olmağımıza təminat verəcək. Ona görə ki, azadlığa gedən yol həmişə bu yolda həyatını qurban vermiş, şəhid olmuş insanların qanı üzərindən keçir. 24 il əvvəl dünyanın ən böyük və qorxunc dövlətinin, SSRİ-nin paytaxtı Moskvanın ideoloji silahi bütünlüklə bizə sarı çevrilmişdi. İmperiyanın silahına qarşı biz yalın əllə, amma ideya ilə-ən şirin kəlmə olan “azadlıq” sözü ilə çıxmışdıq. Hələlik isə heç bir ideya avtomat gülləsinin qurbanı olmamışdır.
O hüzünlü günlərdən biz ona görə qürurla başımızı dik tutub çıxa bildik ki, o zaman bizi təkcə dərd birləşdirmişdir. Biz həm də millətimizin əsrlər boyu arzusunda olduğu azadlıq yolunun yolçuları idik... 1990-cı il 20 yanvar şəhidlərinin tariximizdəki yeri, milli oyanışa təsiri, milli dövlətçilik uğrunda mübarizədə xalqımıza verdiyi mənəvi stimullar barədə çox deyilib. Amma bu deyilənlərdə bir psixoloji məqam diqqətimi cəlb edib. Belə ki, bu istiqamətdə deyilən fikirlər haçalanmır. Heç kim şəhidlərin mənasız yerə qurban getdiyini dilinə gətirmir. Ona görə ki, illər ötdükcə, 20 yanvar yarasının qaysaqları bərkiyir. Bu qaysaqlar bərkidikcə biz tarixi proseslərə sentimentalistcəsinə, romantik müstəvidə yox, real baxırıq. İndi şəhidlərin məzarlarını ziyarət edən insanlar 24 il əvvəlki kimi “onların günahı nəydi” sualını heç özünə də vermir. Çünki onlar sadece olaraq azadlıq fədailəridir və şəhidlərə bu qiyməti biz yox tarix özü verib. 20 yanvar şəhidlərinə məhz bu cür praqmatik yanaşma bizə şəhidlərin fədakarlığına tarixi baxımdan qiymət verməyə imkan yaradır. Biz yeni tarixin canlı şahidləriyik və həmin şahidlik 20 yanvar hadisələrinin iştirakçısı - bəli müşahidəçisi və seyrcisi yox, məhz iştirakçısı olmaqla üzərimizə böyük məsuliyyət hissi qoyulur. Çünki həmin hadisələri gənc nəslə hələlik tarixçilər və tarix kitabları, məhz şahidlər çatdırır. Bu hələ illərlə davam edəcək və ona görə də gələcəkdə 20 yanvar şəhidlərinə təftişçi baxışlar olmasın deyə, biz hər şeyi olduğu kimi, necə varsa, elə qələmə almalıyıq. Bu artıq nə 1905-1907-ci illərdə, nə də 1918-ci ildə ermənilərin törətdikləri qırğınlar deyil, kimsə gəlib həmin hadisələri bizə unutdurmağa cəhd eləsin. Halbuki, elə içərisində yaşadığımız yeni tarixin müxtəlif illərində buna bənzər cəhdlər olmuşdu. Biz 20 yanvar hadisəsindən sonra sanki yalqız qalmışdıq. Hətta ən ağlasığmaz şayələrə inanırdıq. İnformasiya qıtlığından əziyyət çəkirdik. Bakinin səmalarında firlanan vertalyotlar vərəqlər səpələyir, şok içərisində olan insanları Moskvanın qaydalarına tabe olmağa çağırırdılar. Ancaq belə çağırışlara baxmayaraq, sanki bütün dünya səssizlik içərisindəydi və bu sükutun nə vaxtsa pozulacağını ağıla gətirmək olmurdu. 20 yanvar - Vətənimizin azadlığı, ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda, habelə irticaya və istibdada qarşı canlarından keçən şəhidlərimizin anım günüdür. Artıq 24-ci ildir ki, Bakı şəhərində qərənfil yağışı yağır, 1990-cı ilin 20 yanvar gecəsı Vətən oğullarının qanı çilənən küçələrə, meydanlara, xiyabanlara al-qırmızı qərənfillər çilənir. Şəhidlərimizin məzarları üzərində tər çiçəklər qalaqlanır. Bu gün Azərbaycanımızın və doğma Bakımızın hər yerindən başlanan yollar gül-çiçəyə qərq olmuş Şəhidlər Xiyabanı önündə birləşir, bütövləşir. Bu yollarda bitib-tükənməz insan axını xalqımızın qəhrəmanlıq, inam və inanc yerinə çevrilmiş Şəhidlər Xiyabanında cəm olur. Milyonlarla soydaşımız böyük qürur və iftixar hissi ilə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda başlanan mübarizənin ilk şəhidlərinin müqəddəs məzarları önündə ehtiramla baş əyir. Bu gün milli matəm günü deyil, şovinizmə, irticaya, istibdada, milli ayrı-seçkiliyə qarşı xalqımızın bir nəfər kimi mübarizəyə-mücadiləyə başladığı və bu mücadilədə ilk qurban verdiyi, qəhrəman oğullarının ilk şəhidlik zirvəsinə ucaldığı günüdür. Bu gün həm də 70 il şəninə nəğmələr qoşduğumuz, şərəfini canımızla qoruduğumuz Sovet İttifaqının yalançı beynəlmiləlçilik şüarları ilə örtülmüş xislətinin üzə çıxdığı gündür. Həmin tarixi gün xalqımız dostla düşməni, doğmalarla yadları tanımış və kimin kim olduğunu ayırd etmişdir. Həmin gün öz haqqını və ərazi bütövlüyünü dinc yolla tələb edən, hökuməti milli ayrı seçkiliyə, şovinizmə son qoymağa çağıran millətə qəsd olundu, Bakıya qoşun yeridildi. Şovinist ehtiraslı Sovet ordu hissələri heç nəyin fərqinə varmadan dinc əhalini gülləbaran elədi. Sinəsini polad tanklara, odlu güllələrə sipər edən yüzlərlə vətən övladı öldürüldü, tankların altında əzildi, güllə və qəlpə yarası aldı, tutularaq ən dəhşətli işgəncələrə məruz qaldı. Lakin verdiyi çoxsaylı qurbanlar, aldığı qanlı yaralar, məruz qaldığı işgəncələr, tədbirlər və təhqirlər xalqımızı qorxudub sarsıtmadı. Əksinə, bu ölüm, qan-qada xalqı düşmənə qarşı mübarizədə bir yumruq kimi birləşdirib, daha da mətinləşdirdi. Həmin gün bütün dünya azərbaycanlıların birliyinə, mətinliyinə və iki milyon insanın gül-çiçək yağışı, yüzlərlə gəminin, minlərlə maşının siqnal səsləri və hayqırtıları altında necə böyük ləyaqətlə və ehtiramla son mənzilə yola saldıqlarına heyran qalmışdı. Bu cəsarət önündə əli qanlı yağı qorxdu, geri çəkildi, qaçıb gizləndi. Və nəhayət, “millətlərin qarşılıqlı dünyası” yox, “xalqlar həbsxanası” olan Qırmızı imperiya öz tarixi varlığının sonunun yaxınlaşdığını duydu, törətdiyi qanlı faciədən düz il yarım sonra çökərək, tarixin qara səhifələrində özünə yer aldı. İmperiyaya boyun əyməyən bir millətin qəhrəmanlıq təcəssümüdür “Şəhidlər Xiyabanı”mız. Şəhidlər Xiyabanından başladı millətimizin azadlıq və müstəqillik yolu, şəhidlərimizin azadlıq eşqindən alovlanan gur məşəlləri işıqlandırdı. Şəhidlər Xiyabanı torpaqlarımızın bütövlüyü, müstəqilliyimizin əbədiliyi uğrunda ölən minlərlə vətən oğlunun müqəddəs məzarlığına, millətimizin and və inam yerinə çevrildi. Bu gün “20 yanvar” azərbaycan xalqının tarixi qəhrəmanlıq günü kimi qeyd edilir. Oğlanlarımız və qızlarımız şəhidlərin müqəddəs məzarları önündə vətənə məhəbbət, ailəyə sədaqət andi içirlər. Onlar kimi yaşayıb, onlar kimi vətənə, millət naminə vuruşacaqlarını bəyan edirlər. Biz torpaqlarımız uğrunda mübarizəni davam etdiririk. Heç şübhəsiz ki, xalqımız və Milli Ordumuz Qarabağın-işğal altında olan torpaqların azad edilməsində son sözünü deyəcək, şəhidlərimizin qanını yerdə qoymayacaq. Lazım gəlsə qanları bahasına torpaqları düşmən tapdağı altından xilas edə biləcək igid-igid oğul və qızların vətənidir - bu Vətən Aqzərbaycan! Bu il 20 yanvar qırğınından nə az, nə çox düz 24 il keçir. Müqəddəs şəhidlərin müqəddəs ruhlarını anmaq üçün Azərbaycan Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyev sərəncam imzalayıb. APA-ya verilən məlumata görə sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, eləcə də televiziya kanallarında və internet şəbəkələrində Qanlı 20 yanvar barədə geniş yer verilməsi nəzərdə tututlur. Tədbirlər planına əsasən, dünya ictimaiyyətinin diqqətini yenidən Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən müvafik tədbirlər həyata keçiriləcək. 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər Xiyabanı ərazisində təmizlik və abadlıq işləri aparılacaq, bütün tədris müəssisələrində yanvarın 19-da faciəyə həsr olunan xüsusi dərs keçiriləcək. Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.