Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən (1991) sonra
dövlətin orden və medallarının təsis edilməsi haqqında hökumətin 1992-ci
il 10 noyabr tarixli Qanunu, həmin Qanuna dəyişiklik və əlavələr
edilməsi barədə 1993-ci il dekabr tarixli Qanunu, həmçinin 2003-cü il 7
noyabr, 2005-ci il 22 aprel və 2007-ci il 12 mart tarixli qanunları ilə
aşağıdakı ordenlər təsis edilib: "Heydər Əliyev" ordeni, "İstiqlal"
ordeni, "Şah İsmayıl" ordeni, "Azərbaycan bayrağı" ordeni, "Şöhrət"
ordeni, "Vətənə xidmətə görə" ordeni, "Şərəf" ordeni və "Dostluq"
ordeni.