Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

QƏLPƏLƏNƏN ƏL QUMBARALARININ TƏYİNATI VƏ TAKTİKİ - TEXNİKİ GÖSTƏRİCİLƏRİ.

Qəlpələnən əl qumbaraları düşmənin canlı qüvvəsini məhv etmək üçün təyin olunmuşdur.Partlayış zamanı əmələ gələn qəlpələr böyük enrji hesabına kənara yayılaraq düşməni məhv edir.Qəlpələnən əl qumbaraları yaxın döyüş üçün nəzərdə tutulmuşdur.Qəlpələrin yayılma məsafəsinə görə hücum və müdafiə qumbaraları olur.


    F-1 Qəlpələnən əl qumbarası,əsasən müdafiə döyüşlərində tətbiq edilir.F-1 qumbarasını ancaq səngərdən,tankdan,PDM-dən və ZTR-dən atırlar.O,gövdə,partladıcı atım və alışdırıcıdan ibarətdir.Qumbaranın gövdəsi çuqundandır,səthi eninə və uzununa şırımlanmışdır.Partlayış zamanı gövdə,adətən,bu şırımlar boyu qəlpələnir.Korpusun yuxarı tərəfində alışdırıcını qoyub bərkitmək üçün yivli yuva var.Qumbara saxlanan,daşınan və gəzdirilən zaman yuvanin bacası plastmas tıxacla burulub bağlanır.
       RQD-5 Qəlpələnən əl qumbarası,əsasən, hücum döyüşlərində tətbiq edilir.O,gövdə,partladıcı atım və alışdırıcıdan ibarətdir.Gövdə partladıcı atımın və alışdırıcı borucuğun yerləşdirilməsi üçündür.Gövdə yuxarı və aşağı hissələrdən ibarətdir,onların da xarici örtüyü və içliyi vardır.Gövdənin yuxarı hissəsinə manjet vasitəsilə alışdırıcının borucuğu birləşdirilir.Borucuq alışdırıcını qumbaraya birləşdirmək üçün və atımın gövdə kipliyini təmin etmək üçündür.Borucuğu çirklənmədən qorumaq üçün onun ağız hissəsi plastmas tıxacla burulub bağlanır.Partladıcı atım gövdəyə doldurulur və onu qəlpələrə parçalamaq üçündür.

1 –Plastmas qoruyucu tıxac;  2 –Alışdırıcı borucuq,manjetlə birgə ; 3 – Qalpaq; 4 – Partladıcı atım;
5 – diblik; 6 – UZRQM alışdırıcısı;7 –Çuqun gövdə; 8 – manjet; 9 – Yuxarı içlik;
10 – Aşağı içlik; 11 –UDZ alışdırıcısı;


UZRQM Alışdırıcısı.
   UZRQM alışdırıcısı partladıcı atımı partlatmaq üçündür.O,vurucu mexanizmdən və alışdırıcının özündən ibarətdir.Alışdırıcılar həmişə döyüş vəziyyətində olur. Onları sökmək və vurucu mexanizmin işini yoxlamaq qəti qadağandır.
   Vurucu mexanizm alışdırıcının alovlandırıcı pistonunu alovlandırmaq üçündür.
   Alışdırıcının özü qumbaranın partladıcı atımını partlatmaq üçündür.




                       Qumbaraların taktiki-texniki göstəriciləri.
                Göstəricilərin adları
RQD-5
   F-1
  RQN
  RQO
Qumbaranın çəkisi,q
310
600
310
530
Partladıcı atımın çəkisi,q
60
60
14
92
Qəlpələrin təsirli yayılma məsafəsi,m
25
200
10
20
Qumbaranın orta atış məsafəsi,m
40-50
35-45
40-50
35-45
Qumbaranın alışdırıcısı
UZRQM
UZRQM
UDZ
UDZ
Alışdırıcının ləngidicisinin işə düşmə vaxtı,san
3,2-4,2
3,2-4,2
3,2-4,2
3,2-4,2
                                                                                                                  vasiframazanov.blogspot.com