18 OKTYABR - MÜSTƏQİLLİK AKTININ QƏBUL OLUNDUĞU GÜNDÜR !
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək
sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi
bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə
müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı
qazandı.
Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili
çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi.
1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.
İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının
dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı
verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin
sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya
Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri
həsrətində olduğu azadlığına qovuşdu.
1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirməküçün hər şeyə hazır idi. Bu xalq artıq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirməküçün hər şeyə hazır idi. Bu xalq artıq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər
tərəfdən xalqın artmaqda olan təzyiqi respublikanın hakim dairələrini
manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab edirdilər
ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü
uzatmağa imkan verəcəkdir. Ona görə də təsadüfi deyildi ki,
"Konstitusiya Aktı" ilkin mərhələdə yalnız quru kağız olaraq
qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dediyi ilə oturub dururdu. Lakin indi bunlar arxada qalmışdır.
Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.
Referendum
bülleteninə bir söz yazılmışdı: "Siz "Azərbaycanın dövlət müstəqilliyi
haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya
Aktı"na tərəfdarsınızmı?" Səsvermə hüququ olanların 95%-i dən çoxu
referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın
dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Müstəqilliyi elan edilmiş
Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət
göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı.
Azərbaycan Respublikasını ilk olaraq
1991-ci il noyabrın 9-da
Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13
dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23
yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.
Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.
Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.
Bir
tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş
miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət
rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv
siyasət
və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı
müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin
böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə
qayıdışı ilə bu təhlükə sovuşdu.
İndi müstəqilliyimizin siyasi və
iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan
heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən
əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin
möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin
qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.
Azərbaycan
bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli
dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz
nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
Regionda heç
bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata
keçirilmir. "Əsrin müqaviləsi" çərçivəsində reallaşan
"Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya
bazarına çıxarmaq əzmindədir. Bu kəmər həm Cənubi Qafqazda
təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan
yaşamasında mühüm rol oynayacaqdır.
mənbə: Bayramlar və tarixi günlər .
müəllif: Əkbər Qocayev.