ŞƏHİD XOCALIM !
HƏR ZAMAN QƏLBİMİZDƏSƏN !
26 FEVRAL 2017-ci il.
Xocalı qəbiristanlığı – son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar – Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı var.
Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqarçayın sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki istehkamdan ibarət qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. Şəhid olmuşdur 613. Əlil olmuşdur 657.Milli qəhrəmanlar 10. Erməni işğalçıları tərəfindən dağıdılmış,yandırılmış və talan olunmuşdur.
Xocalıda dulusçuluq, daş üzərində işləmə daha çox inkişaf etmişdi. Sənaye və tikinti obyektlərinin sayı 29, mədəni-məişət obyektlərinin isə 80 olaraq qeyd olunmuşdur.
Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşirdi. İqlimi mülayim-istidir.
Xocalının tarixi-mədəni abidələri :
- Daş qutu nekropolu – tung dövrü ( Xocalı şəhəri Əsgəran dağı)
- Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)
- Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı rayonu)
- Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)
- Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)
- Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda)
- Xaçınçay nekropolu - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)
- Küp qəbirləri nekropolu - tung dövrü (Armudlu kəndindən 2km. İlis kəndinə tərəf)
- Kurqan - tung dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)
- Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)
- Köhnə qəbristanlıq - tung dövrü (çanaqçı kəndi)
- Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)
- Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)
- Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı şəhəri)
- Türbə – XlV əsr (Xocalı şəhəri)
- Alban məbədi - 1100-ci il (Çanaxçı kəndi)
- Alban məbədi - 1065-ci il (Çanaxçı kəndi)
- Alban məbədi - 905-ci il (Şuşa kəndi)
- Alban məbədi - 1122-ci il (Xansıx kəndi)
- Alban məbədi - 1100-ci il (Xaçmaz kəndi)
- Alban məbədi - 1202-ci il (Armudlu kəndi)
- Qala – X əsr (Maşxmaat kəndi)
- Qırxlar qalası – orta əsrlər (Badara kəndi)
- Məbəd kompleksi - VII əsr ( Badara kəndi)
- Qala - IX əsr ( Daşbaşı kəndi)
- Əsgəran qalası - XVIII əsr ( Əsgəran qəsəbəsi)
- Aslan qalası – IX əsr (Anabert kəndi)
- Mədəb – XIII əsr (Xanabad kəndi).
Erməni işğalı nəticəsində dağıdılmış abidələr :
- Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar;
- Dini abidələrdən Meşəlidəki «Seyid qəbri»;
- Xocalı Məbəd Yeri (50 hektar sahədə 100 məbədi əhatə edir);
- Ən qədim insan məskənlərindən olan Azıx mağarası silah anbarına çevrilmişdir;
- XIV əsrə aid olan Xocalı Məqbərəsi.