Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.




31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayanazərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakinAzərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
 Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.
Azərbaycanın- son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Arazqırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

12 dekabr Ümummilli Lider Heydər Əliyevin Anım Günüdür !


   Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. 
   Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. 

 Orta ümumtəhsil məktəblərində gənc nəslin Çağırışaqədərki hazırlığı işində sıra təliminin rolu

Orta ümumtəhsil məktəblərində gənc nəslin Çağırışaqədərki hazırlığı işində sıra təliminin rolu
“Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. “
 Heydər Əliyev.
Açar sözlər:  Sıra təlimi, fiziki tərbiyə, sıra hərəkətləri
Key words:  line training, physical training,  line exercise
Ключевые слова: строевая подготовка, физическая культура, строевые приемы
          Bu gün dünya çox sürətlə inkişaf edir. Bu prosesdən geri qalmamaq üçün, milli təhsili yüksək səviyyədə inkişaf etdirmək günün vacib tələblərindəndir. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” inkişaf konsepsiyasında  müasir təhsil  sisteminin formalaşdırılması prioritet bəndlərdən biri kimi qeyd olunmuşdur.
      Müasir dünyada  təlim, təhsil, tərbiyə və möhkəm intizam bir-birini tamamlayır. Bu haqda danışdıqda ilk növbədə  ağıla gələn məktəb olur. Bu gün məktəblərimizdə təlim-tərbiyənin və təhsil səviyyəsinin yüksəldilməsi üçün, biz pedaqoqlar dünya təcrübəsindən yararlanmalı, bu işdə müasir yanaşmalardan istifadə etməliyik.
      Dünya təcrübəsinə müraciət etsək görərik ki, təlim və tərbiyə ilə məşğul olan  müxtəlif təyinatlı qurumlar intizamın yüksəldilməsi məqsədilə bir çox üsul və vasitələrdən istifadə edirlər. Sıra təliminin bu vasitələrdən biri olduğunu söyləsək yanılmarıq. Respublikamızın orta ümumtəhsil məktəblərində həftədə 2 saat olmaqla “Fiziki tərbiyə” və “Gənclərin çağırışaqədərki hazırlığı” fənnləri tədris olunur (İxtisaslar üzrə təmayülləşmiş məktəblərdə həftədə 1saat olmaqla). Bu fənlərin tədrisi zamanı şagirdlərə “Sıra təlimi”nin bəzi elementləri  öyrədilir. Məktəb həyatını və keçirilən əksər tədbirləri sırasız təsəvür etmək olmur. Sıra düzülüşü nizam-intizamın əsas meyarlarından biridir. Pedoqoji fəaliyyətimiz zamanı, düzğün qurulmuş təlim proesesində, şagirdlərin sıra fəndlərini böyük həvəslə öyrəndiklərinin və yerinə  yetirdiklərinin şahidi oluruq. Məktəblilərin sıra təlimi məşqlərinin düzgün planlaşdırılması və həyata keçirilməsi  peşəkarlıq tələb edir.  Məhz bu səbəbdən, gənclərin çağırışaqədərki rəhbərlərinin və fiziki tərbiyə müəllimlərinin ən çox çətinlik çəkdiyi bu sahədə müsbət nəticələr əldə etməsi üçün, həm pedaqoji  bacarıqlara və biliklərə, həm də müvafiq praktiki təcrübəyə malik olması vacib şərtlərdən biridir.