Orta ümumtəhsil məktəblərində gənc nəslin Çağırışaqədərki hazırlığı işində sıra təliminin rolu
“Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. “
Heydər Əliyev.
Açar sözlər: Sıra təlimi, fiziki tərbiyə, sıra hərəkətləri
Key words: line training, physical training, line exercise
Ключевые слова: строевая подготовка, физическая культура, строевые приемы
Bu gün dünya çox sürətlə inkişaf edir. Bu prosesdən geri qalmamaq üçün, milli təhsili yüksək səviyyədə inkişaf etdirmək günün vacib tələblərindəndir. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” inkişaf konsepsiyasında müasir təhsil sisteminin formalaşdırılması prioritet bəndlərdən biri kimi qeyd olunmuşdur.
Müasir dünyada təlim, təhsil, tərbiyə və möhkəm intizam bir-birini tamamlayır. Bu haqda danışdıqda ilk növbədə ağıla gələn məktəb olur. Bu gün məktəblərimizdə təlim-tərbiyənin və təhsil səviyyəsinin yüksəldilməsi üçün, biz pedaqoqlar dünya təcrübəsindən yararlanmalı, bu işdə müasir yanaşmalardan istifadə etməliyik.
Dünya təcrübəsinə müraciət etsək görərik ki, təlim və tərbiyə ilə məşğul olan müxtəlif təyinatlı qurumlar intizamın yüksəldilməsi məqsədilə bir çox üsul və vasitələrdən istifadə edirlər. Sıra təliminin bu vasitələrdən biri olduğunu söyləsək yanılmarıq. Respublikamızın orta ümumtəhsil məktəblərində həftədə 2 saat olmaqla “Fiziki tərbiyə” və “Gənclərin çağırışaqədərki hazırlığı” fənnləri tədris olunur (İxtisaslar üzrə təmayülləşmiş məktəblərdə həftədə 1saat olmaqla). Bu fənlərin tədrisi zamanı şagirdlərə “Sıra təlimi”nin bəzi elementləri öyrədilir. Məktəb həyatını və keçirilən əksər tədbirləri sırasız təsəvür etmək olmur. Sıra düzülüşü nizam-intizamın əsas meyarlarından biridir. Pedoqoji fəaliyyətimiz zamanı, düzğün qurulmuş təlim proesesində, şagirdlərin sıra fəndlərini böyük həvəslə öyrəndiklərinin və yerinə yetirdiklərinin şahidi oluruq. Məktəblilərin sıra təlimi məşqlərinin düzgün planlaşdırılması və həyata keçirilməsi peşəkarlıq tələb edir. Məhz bu səbəbdən, gənclərin çağırışaqədərki rəhbərlərinin və fiziki tərbiyə müəllimlərinin ən çox çətinlik çəkdiyi bu sahədə müsbət nəticələr əldə etməsi üçün, həm pedaqoji bacarıqlara və biliklərə, həm də müvafiq praktiki təcrübəyə malik olması vacib şərtlərdən biridir.
Məktəblərdə sıra təlimi, şagirdlərin aşağıdakı xüsusiyyətlərə nail olması məqsədi ilə həyata keçirilir :
- intizamlı olmaq, tapşırıqları tez və dəqiq yerinə yetirmək;
- qrupla hərəkətlər zamanı kollektivə rahat uyğunlaşa bilmək;
- fiziki cəhətdən daha sağlam, güclü, dözümlü və çevik olmaq.
Bundan əlavə sıra hazırlığı, gələcəkdə ordu həyatına uyğunlaşmanı və hərb işinin öyrənilməsini asanlaşdırır, gənclərə nümunəvi xidmət üçün əlavə motivasiya verir. [1]
Məktəblərdə 1-ci sinifdən başlayaraq tədris olunan fiziki hazırlıq fənni, məktəblilərin həyatını hərtərəfli əhatə edərək, onların sağlamlığını və inkişafını gücləndirmək məqsədi daşıyır. Həmçinin tədris zamanı verilən tapşırıqların yerinə yetirilməsi üçün daxili imkanları səfərbər etməyə xidmət edir. Sıra təliminin tərbiyəvi məqsədini, məktəblilərdə intizam hissinin yaranması və möhkəmlənməsi, həmçinin məktəbin daxili qayda-qanununa şüurlu surətdə riayət edilməsi kimi xarakterizə etmək olar. Bu məqsədə nail olmaq üçün, fiziki hazırlıq və gənclərin çağırışaqədərki hazırlığı fənlərinin tədrisi ilə yanaşı, məktəbdə həyata keçirilən hərbi-vətənpərvərlik tədbirləri də böyük rol oynayır. Bu tədbirlərə, dövlət himninin oxunması, dövlət bayrağının gətirilməsi və qaldırılması, ölkəmizin müstəqillik günü və Silahlı Qüvvələrimizin yaranması münasibətilə məktəblilərin təntənəli düzülüşlərdə iştirakı, dərs ilinin başlanması və qurtarması münasibətilə sıra düzülüşləri, Şəhidlər Xiyabınının ziyarət edilməsi, Böyük Vətən müharibəsi və Qarabağ veteranlarının qarşılanması, hərbi-idman oyunlarının keçirilməsi aiddir. Belə tədbirlər, yeniyetmələrin sıra bacarıqlarını daha da təkmilləşdirir və onlarda vətənə sevgi hisslərinin artmasına səbəb olur. [2]
Sıra təlimi əsasən, şagirdlərin fiziki inkişafı ilə yanaşı, həm də psixoloji inkişafını sürətləndirən praktiki fəaliyyət növüdür. Mürəkkəb fəndlər şifahi şəkildə izah olunur. Qalan bütün hallarda məşqlər , sıra fəndlərinin və elementlərinin göstərilməsi ilə həyata keçirilir. Bu məşqlərin keçirilməsi metodikası, “bax və təkrar et” prinsipi əsasında şagirdlərin, öz müəllimlərinin və ya məşq rəhbərinin icra etdiyi sıra fəndlərini eyni ilə təkrarlamasıdır. [3]
Məşqlər - Sıra təliminin əsasını təşkil edir və yeniyetmələrə güclü tərbiyəvi və psixoloji təsir göstərir. Sıra fəndlərinin israrla təkrarı, əzm və iradə tələb edir ki, məşq edənlər ancaq bu yolla qüsursuz və mükəmməl vərdişlərə nail ola bilərlər. Məşqlərin oyun və yarış xarakterində təşkil olunması tövsiyyə olunur ki, bu da məktəblilərin həvəslə məşq etməsinə, bir-birinə kömək etməsinə və fəndlərin yüksək səviyyədə yerinə yetirilməsinə səbəb olur. Məşqlər zamanı məktəblilərin yaş xüsusiyyətlərinin nəzərə alınması vacib şərtlərdən biridir.
Sıra duruşu, sıra təliminin əsas elementidir. Düzgün sıra duruşuna nail olmaq üçün, imkan daxilində bütün dərslərdə, tədbirlərdə və yarışlarda, şagirdlərin bu vərdişlərə yiyələnməsinə nail olmaq lazımdır. Bunun üçün hər zaman şagirdləri müşahidə etmək və onların səhvlərini doğru şəkildə başa salmaq lazımdır. Bu fəaliyyət zamanı yuxarı sinif şagirdlərinin özlərindən kiçiklərə nümünə olmasına çalışmaq lazmdır.
Sıra təlimi, özündə fərdi və kollektiv məşqləri birləşdirir. Bu məşqlərdə, sıra vərdişləri ilə yanaşı, gözəl qamət və sağlam bədən quruluşu , düzgün yeriş, həmçinin cəldlik və əzmkarlıq formalaşır. Bundan əlavə kollektivə uyğunlaşmaq, komanda ruhu və yoldaşlıq, məsuliyyət hissi, intizamlılıq, özünə inam və hörmət, ani reaksiya göstərmək, öz hisslərini ifadə etmək bacarığı və liderlik kimi qabiliyyətləri inkişaf etdirir. Sıra təlimlərinin köməyi ilə yeniyetmələr təmkinli olmağa və zamana riayət etməyə öyrənir.Çalışmaq lazımdır ki, məktəblilər bu vərdişlərə şüurlu surətdə dərk edərək yiyələnsinlər, çünki yaş artdıqca bu keyfiyyətlərin formalaşması mürəkkəb prosesə çevrilir. [4]
Sıra təlimi, yeniyetmələrin intizamlı olmasına və icra qabiliyyətinin yüksəlməsinə səbəb olduğu üçün, gənc nəslin müstəqil həyata hazırlığında mühüm rol oynayır. Məşqlər zamanı bütün tapşırıqlar, hamı tərəfindən eyni dəqiqliklə və eyni güc sərf etməklə yerinə yetirilməlidir ( Hamı bir nəfər üçün, bir nəfər hamı üçün).
Məktəblilərin sıra təlimin əsasını fərdi məşqlər təşkil edir ki, bu da hər bir şagirdin sıra fəndlərinin düzgün yerinə yetirməyinə səbəb olur. Təlimin uğurlu olması üçün, təlim rəhbəri hər zaman öz üzərində çalışmalı, öz metodiki ustalığını və sıra bacarıqlarını daha da artırmalıdır. Bütün dərslərə, məşqlərə və tədbirlərə ciddi hazırlaşmalı, sıra fəndlərini və hərəkətlərini nümunəvi şəkildə ilk növbədə şəxsən özü icra edərək göstərməli, şagirdlərin səhvini düzəltməli və hər zaman onların sıra bacarıqlarının artması üçün, bütün imkanlardan istifadə etməlidir.
Sıra təlimi məşqlərinin, xüsusi hazırlanmış və asfalt örtüyü olan sıra meydançalarında keçirilməsi daha məqsədə uyğundur. Pedaqoji və hərbi təcrübəyə əsaslanaraq, sıra məşqlərinin aşağıdakı ardıcıllıqla təşkil edilməsi tövsiyə edilir :
Sıra təlimi məşqlərinin, xüsusi hazırlanmış və asfalt örtüyü olan sıra meydançalarında keçirilməsi daha məqsədə uyğundur. Pedaqoji və hərbi təcrübəyə əsaslanaraq, sıra məşqlərinin aşağıdakı ardıcıllıqla təşkil edilməsi tövsiyə edilir :
- Birinci dərsdə şagirdlər boy sırası ilə düzülür. Növbəti dərslərdə artıq hər kəs öz yerini boy sırasına uyğun tutur. Hər yeni dərsdə xarici görkəmə baxış keçirilir.
- İlk sıra fəndi komanda verilərək və şəxsən icra edilərək göstərilir. Nümunəvi şəkildə fəndin texnikası nümayiş etdirilir, əvvəlcə hissə-hissə, sonra isə tam şəkildə izah edilir.
- Bütün fəndlər və hərəkətlər, şagirdlərin hamısının yaxşı görə biləcəyi yerdə icra edilir. Sadə fəndləri bütövlükdə, mürəkkəb fəndlər isə hissə-hissə məşq etdirilir.
Sıra fəndlərinin və hərəkətlərinin şagirdlər tərəfindən icrasını aşağdakı ardıcıllıqla təşkil edirik:
- Öyrənilən fəndin və ya hərəkətin, nümunəvi şəkildə icrası ;
- Göstərilən fəndin və ya hərəkətin şagirdlər tərəfindən qrup və ya fərdi şəkildə yerinə yetirilməsi ;
- Fəndin cəld və dəqiq məşqi ;
- Hər bir şagirdin fəndi yerinə yetirməsini yoxlamaq.
Fəndlərin yerinə yetirilməsi məşqləri, şagirdlərin dərk edərək təkrar etməsindən, bacarıq və vərdişlərinin artmasından ibarətdir. İlk vaxtlar məşqlər zəif, sonra isə tədricən normal tempdə davam etdirilir. Şagirdlər, bir-birinə növbə ilə komanda verərək cüt-cüt də məşq edə bilərlər. Səhvlər məşqin gedişində aradan qaldırılır. Bu zaman fəndlərin nizamnaməyə uyğun yerinə yetirilməsinə ciddi fikir verilməlidir.
Nöqsanlar fərdi qaydada bildirilir. Fəndi yerinə yetirərkən səhv edən şagirdi kənara çağrıraraq nöqsanı izah etmək və hərəkəti təkrar etməyə həvəsləndirmək lazımdır. Əgər şagird yenidən səhv edərsə, rəhbər pedaqoji ustalıqla bir daha izah etməli və fəndin düzgün terinə yetirilməsinə tam nail olmalıdır. İstənilən nəticələrə nail olunması üçün təcrübədə əsas iki üsuldan istifadə olunur : 1. Cəzalandırma üsulu – bu üsulun tətbiqinin əsas xüsusiyyəti nəticələrin tez bir vaxtda əldə olunmasıdır.Lakin bu zaman öyrədənlə öyrənənlər arasındakı qarşılıqlı münasibətlər pozulur, mənəvi bağlılıq itir.
Nöqsanlar fərdi qaydada bildirilir. Fəndi yerinə yetirərkən səhv edən şagirdi kənara çağrıraraq nöqsanı izah etmək və hərəkəti təkrar etməyə həvəsləndirmək lazımdır. Əgər şagird yenidən səhv edərsə, rəhbər pedaqoji ustalıqla bir daha izah etməli və fəndin düzgün terinə yetirilməsinə tam nail olmalıdır. İstənilən nəticələrə nail olunması üçün təcrübədə əsas iki üsuldan istifadə olunur : 1. Cəzalandırma üsulu – bu üsulun tətbiqinin əsas xüsusiyyəti nəticələrin tez bir vaxtda əldə olunmasıdır.Lakin bu zaman öyrədənlə öyrənənlər arasındakı qarşılıqlı münasibətlər pozulur, mənəvi bağlılıq itir.
2.Rəğbətləndirmə üsulu – bu üsulun tətbiqi ilə nəticələr gec alınsa da, öyrədənlə öyrənənlər arasında müsbət münasibətlər formalaşır,qarşılıqlı dostluq yaranır və mənəvi bağlılıq güclənir.
Şagirdlərin mənimsəmə dərəcəsini təyin etmək üçün rəhbər məşqlər zamanı, mütamadı olaraq öyrənilən fəndin və ya hərəkətin, texniki cəhətdən və yerinə yetirilmə cəldliyinə görə komanda ilə icrasını yoxlayır. Rəhbər, sıra fəndlərinin və hərəkətlərinin yerinə yetirilməsi zamanı yol verilən xarakterik nöqsanları dəqiq bilməli və vaxtında xəbərdarlıq etməlidir. [3]
Hər bir məşq, əvvəlki məşqlərlə əlaqəli olub,fənd və hərəkətlərin kompleks şəkildə öyrənilməsini təmin edir və “Sıra təliminin əsasları” bölməsinə uyğun olaraq vərdişləri möhkəmləndirir.
Məktəblərdə sıra təliminin son məqsədi, məktəblilərin əqli yaradıcılığa və hərəkət aktivliyinə, həmçinin komanda ruhuna nail olması kimi təyin olunur. Pedaqoq və şagirdlərin qarşılıqlı anlaşması, sıra təlimi zamanı tapşırıqların dəqiq yerinə yetirilməsinə və qarşıya qoyulan hədəflərə çatmasına səbəb olur. Sıra təliminin vacibliyini vurğulayarkən, məktəblilərin motivasiya olunmasını, sağlam həyat tərzinə üstünlük vermələrini və vətənpərvərlik hisslərinin artmasını hökmən qeyd etmək lazımdır.
Ümumtəhsil məktəblərində nəzərdə tutulan proqramlar gənclərin çağırışaqədərki hazırlığını təşkil edir ki, bu da gənc əsgərin hazırlıq kursunun baza hissəsini təşkil edir. Çağırışaqədərki hazırlıq proqramını mənimsəmiş gənclərin orduda hazırlıq prosesi asan və sonrakı xidməti isə daha uğurlu olur.
İstifadə olunan ədəbiyyat:
1.Н. Н. Новиков, А.П.Степанский ; «Строевая подготовка» ; Санкт-Петербург 2003.
2.Учебник по ОБЖ ,10 класс. Авторы: Смирнов А.Т. Хренников Б.О. Издание: 5-е изд., перераб. - М.:Просвещение, 2013. Ст. 306-308.
3. Статья «СТРОЕВАЯ ПОДГОТОВКА». https://sites.google.com/site/skolazizniru/ ;
4. Silahlı Qüvvələrin Sıra nizamnaməsi.
Xülasə
Məqalədə orta ümumtəhsil məktəblərində sıra hazırlığının məqsəd və əhəmiyyəti təsvir edilir.
Resume
The article refers to the purpose and importance marching training in general education establishments.
Резюме
В статье говорится о целях и значимости строевой подготовки в общеобразовательных учебных заведениях.
Ramazanov Vasif Ağalar oğlu
- Sumqayıt şəhəri internat tipli gimnaziyanın GÇH Rəhbəri
-“V Elektron Təhsil” Respublika müsabiqəsinin “Müəllim bloqları” nominsiyasının qalibi (http://vasiframazanov.blogspot.com/)
- Təhsil Nazirliyinin “Dərsliklərin qiymətləndirilməsi komissiyası” nın
üzvü – GÇH Dərslikləri üzrə ekspert
-Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi, “Çağırışaqədərki hazırlıq müəlliminə mentor dəstəyi” layihəsinin rəhbəri (http://www.gchmentor.com/ )
Telefon : 050 (070) 397 21 39
e-mail ünvan : v.a.r-75@list.ru