Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

28 MAY - RESPUBLİKA GÜNÜ

28 MAY RESPUBLİKA GÜNÜ.

Respublika günü və ya 28 May – Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

GÇH YENİ TƏLİM PROQRAMI (KURİKULUM)


AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ FƏNNİ ÜZRƏ YENI TƏHSİL PROQRAMI (KURİKULUMU)
(X-XI siniflər)
Bakı – 2013

Giriş I. Çağirişaqədərki haziriiq təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
1.2. Məzmun xətləri
1.3. Məzmun xətləri üzrə təlim nəticələri
1.4. Fəaliyyət xətləri
1.5. Məzmun standartları
1.6. Fəndaxili və fənlərarasi inteqrasiya
II. Təlim strategiyaları 
2.1. Çağırışaqədərki hazırlıq təliminin təşkilinə verilən əsas tələblər 
2.2. Çağırışaqədərki hazırlıq təlimin təşkilində istifadə olunan forma və üsullar
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr 
2.4. Çağırışaqədərki hazırlıq fənninin məzmun standartlarının şərhi
III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi
Resurslar
Tezaurus
İstifadə olunmuş ədəbiyyat
GİRİŞ
“Çağırışaqədərki hazırlıq” fənni üzrə təhsil proqramı (kurikulumu) və onun xarakterik cəhətləri. “Çağırışaqədərki hazırlıq” fənnini üzrə təhsil proqramı (kurikulumu) ümumı təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirən və hər bir şagirdin imkanlarına, qabiliyyət və ehtiyaclarına yönəlmiş dövlət sənədidir. Bu sənəd müəllimlər, məktəb rəhbərləri, dərslik müəllifləri, valideynlər və ictimaiyyətin digər nümayəndələri üçün nəzərdə tutulmuşdur.

9 MAY - QƏLƏBƏ GÜNÜ !


9 MAY - QƏLƏBƏ GÜNÜDÜR !


 Böyük Vətən Müharibəsinin (1941-1945) başa çatdığı gün.

Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.
İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.