Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

GÇH YENİ TƏLİM PROQRAMI (KURİKULUM)


AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ FƏNNİ ÜZRƏ YENI TƏHSİL PROQRAMI (KURİKULUMU)
(X-XI siniflər)
Bakı – 2013

Giriş I. Çağirişaqədərki haziriiq təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
1.2. Məzmun xətləri
1.3. Məzmun xətləri üzrə təlim nəticələri
1.4. Fəaliyyət xətləri
1.5. Məzmun standartları
1.6. Fəndaxili və fənlərarasi inteqrasiya
II. Təlim strategiyaları 
2.1. Çağırışaqədərki hazırlıq təliminin təşkilinə verilən əsas tələblər 
2.2. Çağırışaqədərki hazırlıq təlimin təşkilində istifadə olunan forma və üsullar
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr 
2.4. Çağırışaqədərki hazırlıq fənninin məzmun standartlarının şərhi
III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi
Resurslar
Tezaurus
İstifadə olunmuş ədəbiyyat
GİRİŞ
“Çağırışaqədərki hazırlıq” fənni üzrə təhsil proqramı (kurikulumu) və onun xarakterik cəhətləri. “Çağırışaqədərki hazırlıq” fənnini üzrə təhsil proqramı (kurikulumu) ümumı təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirən və hər bir şagirdin imkanlarına, qabiliyyət və ehtiyaclarına yönəlmiş dövlət sənədidir. Bu sənəd müəllimlər, məktəb rəhbərləri, dərslik müəllifləri, valideynlər və ictimaiyyətin digər nümayəndələri üçün nəzərdə tutulmuşdur.

“Çağırışaqədərki hazırlıq” fənnini üzrə təhsil proqramı (kurikulumu):
 dərslik və tədris vəsaitlərinin tərtib edilməsi, tədris materialiarının planlaşdırılması, təlim üsullarının müəyyənləşdirilməsi və müəllim hazırlığının həyata keçirilməsi üçün müvafiq təlimatlar formasında işlənməsinin əsasını təşkil edir;
 nəticəyönümlü xarakter daşıyır və standartların mənimsənilməsini təmin etmək üçün şagird nailiyyətlərindəki irəliləylşlərin müntəzəm qiymətləndirilməsini nəzərdə tutur;
 şagirdlərə gündəlik həyatda lazım olan bacarıqların aşılanmasını ön plana çəkir;
 şagird irəliləyişlərinin və inkişaf sürətinin getdikcə artmasını əsas məqsəd kimi qarşıya qoyur;
 məzmun standartlarının müəyyənləşdirilməsi prosesində fənn üzrə təlim nəticələrində fəaliyyətlər (idraki, hissi-emosional və psixomotor) üzrə balansın gözlənilməsini diqqət mərkəzində saxlayır;
 şagirdlərin "nəyi bilməli" və "nəyi bacarmalı" olduqlarını bilik və fəaliyyətlərin inteqrasiyası formasında təqdim edir.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Bəşəriyyətin tarixi böyük müharibələr, qarşıdurmalar tarixi olmuş, insanlar yaşamaq uğrunda mübarizə aparmışlar. Bu mübarizələrdə özünün vətənini, xalqını müdafiəyə qalxan insanlar inamla, qətiyyətlə vuruşmalı olmuşlar. Onlar ölkəni, dövlət marağını, ərazisini və xalqını qorumağı hər şeydən üstün hesab etmişlər. Ölkələrdə silahlı qüvvələr məhz bu zərurətdən yaranmışdır.
Müasir dünyada ölkələrin inkişafının səviyyəsi həm də onların müdafiə qüdrəti, gücü ilə ölçülür. Onun hər bir vətəndaşının əqli, fiziki və mənəvi cəhətdən bu işə hazır olması ən vacib atributlardan biri kimi dəyrləndirilir. “Çağırışaqədərki hazırlıq” fənninin Azərbaycanın ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsində tədris olunması bu məntiqdən irəli gəlir.
Bu fənn aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyət daşıyır.
Xalqına, vətəninə, tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət hissi bəsləmək, hər an vətənin müdafiəsinə hazır olmaq gənc nəslin yüksək mənəvi keyfiyyəti hesab olunur. “Çağırışaqədərki hazırlıq” fənninin tədrisi prosesində bu keyfiyyətin formalaşması üçün geniş imkanlar vardır.
Sülh şəraitində mürəkkəb və çətin hərbi xidmətin qüsursuz keçməsi, müharibə zamanı isə döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən bir sıra sosial-psixoloji və intellektual keyfiyyətlərin formalaşdırılması, ilk növbədə, isə cəsurluq, düşmənlə mübarizədə davamlılıq, qələbə naminə iradə və təmkinlilik, mürəkkəb şəraitdə düzgün qərar qəbul etmək yüksək psixoloji keyfiyyətlər hesab edilir. Bu keyfiyyətlərin yaranmasında “Çağırışaqədərki hazırlıq” fənninin rolu böyükdür.
“Çağırışaqədərki hazırlıq” fənninin həm də təcrübi əhəmiyyəti vardır. Bu fənn şagirdləri Silahlı Qüvvələrin tarixi, dövlətin müdafiə hüquqlarının əsasları, vətəndaşın vəzifə və hüquqları, hərbi xidmətin spesifikası, texnika və silahların əsas nümunələri və müasir döyüşün ibtidai anlayışları ilə tanış etməklə onlarda fiziki, sıra hazırlıqları, topoqrafiya, insanın sülh və müharibə şəraitində həyat və fəaliyyətinin mühafizəsi üsullarına, eləcə də fövqəladə hadisələr zamanı zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsinə dair praktik bacarıqlar formalaşdırmaq imkanına malikdir.
Fənnin məqsədi şagirdlərdə respublikanın müdafiə qüdrəti, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarından irəli gələn vəzifələr, Nazirlər Kabinetinin qərarları, Azərbaycan Silahlı Qüvvələrinin vəzifələri, onların xüsusiyyəti və əhəmiyyəti, hərbi xidmətin vətəndaşlar üçün şərəfli vəzifə olması, Silahlı Qüvvələrin nizamnamələrinin tələblərindən irəli gələn vəzifələri, əsgərlərin
yerləşməsi, həyat tərzi və xidməti, fövqəladə hallarda mühafizə qaydaları və tibbə dair bilik və bacarıqlar əsasında təhlükəsizliyi təmin etmək və müdafiə qabiliyyətini, səhiyyə və ekoloji mədəniyyəti formalaşdırmaqdan ibarətdir.
Şagirdlər bu məqsəddən irəli gələn dəyərlərə yiyələnməklə ətraf mühitə qısa zamanda adaptasiya olunur və qeyri-adi (böhranlı, fövqəladə) vəziyyətə düşərkən sağlamlıqlarını və həyatlarını mühafizə etmək imkanlarına malik olurlar.
Bu məqsədin reallaşdırılması üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
 Azərbaycanın Silahlı Qüvvələri haqqında ümumi məlumatların, zəruri hərbi nizamnamə qaydalarının mənimsənilməsi, ordu həyatı ilə tanışlıq, şagirdlərdə mülki müdafiə və tibbi yardım bacarıqlarının formalaşması;
 şagirdlərin hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmaları və topoqrafik vərdişlərə yiyələnmələrinin təmin olunması;
 şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılması;
 şagirdlərdə vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsi;
 fövqəladə hallarda mühafizə vasitələrindən istifadə və zədələnmə ocaqlarında ilk tibbi yardım göstərmək bacarıqlarının formalaşdırılması.
I.Çağırışaqədərki hazırlıq təlimin məzmunu
l.l. Ümumi təlim nəticələri Şagird:
 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi, tərkibi, inkişafı haqqında məlumatları, hərbi xidmət barədə qanunun tələblərini şərh edir;
 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində istifadə olunan hərbi texnika və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində təsbit olunmuş əsas müddəaları mənimsədiyini, tibbi yardım və mülki müdafiə bacarıqlarına, topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;
 qeyri-müəyyən şərait və hallarla əlaqədar yaranmış vəziyyətlərdə problemləri həll etmək üçün üsul və vasitələrdən istifadə edir;
 mülki müdafiə, sıra təlimi və fiziki hazırlığa aid normativləri yerinə yetirir, onların icrası zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərir.
1.2. Məzmun xətləri
"Çağırışaqədərki hazırlıq"' fənni üzrə məzmun xətləri aşağıdakı kimi müəyyənləşdirilir:
 dövlət müdafiəsinin tarixi və hüquqi əsasları;
 həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı;
 tibbi biliklər və ilk tibbi yardım qaydaları.
Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
Gənclər Azərbaycan Silahlı Qüvvələrinin tarixini öyrənməklə vətənpərvərlik ruhunda tərbiyə alır, onlarda vətənə sədaqət, Azərbaycan Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəfli bir iş olmasına inam əmələ gəlir, əqidəlilik, cəsurluq və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin formalaşmasına zəmin yaranır. Onlar Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının ölkənin müdafiəsinə aid tələbləri ilə tanış olurlar. Ölkənin müdafiəsinə dair vətəndaşlıq borcunu və məsuliyyətini başa düşürlər. Ordu həyatı ilə tanış olur, əsgərin vəzifə, hüquq və məsuliyyətini dərk edirlər.
Bu məzmun xətti üzrə əldə olunmuş bilik və bacarıqlar gənclərin əvvəlcədən ordu həyatı ilə tanış olmasına imkan yaradır, şagirdlərin idrak fəallığının yüksəlməsini stimullaşdırır. Şagirdlər öz ölkəsinin tarixini digər ölkələrin tarixi ilə müqayisə etmək imkanı əldə edirlər. Onlarda tədqiqat aparmaq, mühakimə yürütmək, qərar qəbul etmək bacarıqlarının formalaşmasına geniş şərait yaranır.
Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Azərbaycan dövlətinin müharibə təhlükəsi və terrorizmlə üzbəüz qaldığı zamanda şagirdlərin bu sahədə biliklərə yiyələnməsi məzmun xəttinin əsasını təşkil edir. Onlar taktika və müasir silahlar haqqında biliklərə, topoqafiya üzrə bacarıqlara yiyələnirlər.
Əldə olunan bacarıqlar, ilk növbədə, hərbi xidmətə gedəcək gənclərin cağırışaqədərki hazırlıq dövrü kimi əhəmiyyət daşıyır. Tez bir zamanda ümumi hazırlığa yiyələnməyə və ixtisas üzrə hazırlıq üçün daha az vaxt ayrılmasına imkan yaranır. Digər tərəfdən hərbi xidmət keçməyən insanlar üçün bu bilik və bacarıqlar müharibə (terrorizm) şəraitində özünü mühafizə etmək üçün faydalı olur. Şagirdlər tədqiqat aparmaq, mühakimə yürütmək və qərar qəbul etməklə yanaşı, ünsiyyət qurmaq, öyrəndiklərini əlaqələndirmək və tətbiq etmək bacarıqlarına yiyələnirlər. Müxtəlif xarakterli fövqəladə halların meydana çıxması insanların həyat və sağlamlığına, genetik fonduna ciddi təhlükə yaradır. İnsanlar öz həyatlarını qorumaq məcburiyyəti qarşısında qalırlar. Bu məzmun xətti üzrə bacarıqlar baş verə biləcək təbii fəlakətlərə və texnogen qəzalara insanların tam orta təhsil səviyyəsində hazırlanmasına şərait yaradır.
Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Nəzərdə tutulan məzmun xətti istər müharibə, istərsə də sülh şəraitində baş verə biləcək fövqəladə hadisələr zamanı xəsarət alanlara və zərər cəkmişlərə göstəriləcək ilk tibbi yardım kimi dəyərləndirilir, şagirdlərin sağlam həyat tərzinin təşkili haqqında bilik və bacarıqlara yiyələnməsinə, əqli və fiziki cəhətdən inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Onlarda xəstələrə (yaralılara) humanistcəsinə yanaşmaq, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək təmənnasız tibbi yardım göstərmək keyfiyyətləri tərbiyə edir.
1.3. Məzmun xətləri üzrə təlim nəticələri
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
Şagird:
 Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi, strukturu və başqa silahlı birləşmələr haqqında məlumatları şərh edir;
 hərbi xidmət haqqında qanunun və nizamnamələrin tələblərini şərh edir.
2. Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Şagird:
 Azərbaycan Silahlı Qüvvələrinin silahlandırılmasında olan hərbi texnika, silah və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir;
 topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;
 sıra təlimi elementlərinə və fiziki hazırlıq üzrə normativlərə uyğun bacarıqlar nümayiş etdirir;
 kütləvi qırğın silahlarının törətdiyi və müxtəlif xarakterli fövqəladə hadisələrlə əlaqədar yaranmış vəziyyətlərdə üsul və vasitələrdən qaydalara uyğun istifadə edir;
 mülki müdafiəyə aid normativləri yerinə yetirir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:  yaralanma və zədələr zamanı zəruri olan ilk tibbi yardım vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
1.4. Fəaliyyət xətlər
Çağırışaqədərki hazırlıq fənni üzrə aşağıdakı fəaliyyət xətləri müəyyənləşdirilir:
 problemin müəyyənləşdirilməsi və həlli;
 ünsiyyətqurma;
 əlaqələndirmə;
 mühakiməyürütmə və əsaslandırma;
 təqdimetmə.
Fəaliyyət xətləri məzmun xətlərinin hər biri ilə əlaqəlidir. Bu xətlər məzmun üzrə biliklərin əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirmək, onları realizə etmək məqsədi daşıyır və şagirdlərə istiqamətləndirilir.
Şagird “Çağırışaqədərki hazırlıq” fənnindən yiyələnəcəyi məzmuna müxtəlif fəaliyyətlər vasitəsilə nail ola bilər. O, fəaliyyət zamanı problemləri həll etmək üçün çağırışaqədərki hazırlıq məsələlərinin müzakirəsində iştirak edir, əldə etdiyi məlumatları əlaqələndirir, mühakimə yürüdür, fikirlərini əsaslandırır, biliklərini müxtəlif yollarla təqdim edir.
Problemin müəyyənləşdirilməsi və həlli
Şagird:
 çağırışaqədərki hazırlıqda problemləri görür və yeni biliklər əldə edir;
 problemlərin həlli üçün müvafiq yanaşmalardan və strategiyalardan istifadə edir;
 problemlərin həlli prosesinə nəzarət edir və bu barədə mülahizə yürüdür.
Ünsiyyətqurma
Şagird:
 ünsiyyət vasitəsilə mülahizələrini bölüşür və ümumiləşdirir;
 mülahizələri barədə yoldaşlarına, müəllimə və başqalarına məlumat verir;
 başqalarının mülahizələrini və strategiyalarını təhlil edir və dəyərləndirir;
 hərbiyə aid məsələləri dəqiq ifadə etmək üçün hərbi terminlərdən istifadə edir.
Əlaqələndirmə
Şagird:
 hərbi biliklər, hadisələr arasındakı əlaqələri görür və onlardan istifadə edir;
 hərbi sahədə bilikləri və təklifləri bir-biri ilə ardıcıl əlaqələndirir və onları əsaslandırır;
 hərbi bilikləri digər sahələrdə tətbiq edir.
Mühakiməyürütmə və əsaslandırma
Şagird:
 mühakiməyürütmə və əsaslandırmanı əsas üsul kimi qəbul edir;
 fərziyyələr irəli sürür;
 müxtəlif tip mühakimə və əsaslandırma üsullarını seçir, onlardan istifadə edir.
Təqdimetmə
Şagird:
 təklifləri formalaşdırmaq, yazmaq və əlaqələndirmək üçün təqdimatlardan istifadə edir;
 problemlərin həlli üçün hərbi təqdimat formaları seçir və tətbiq edir;
 hərbi və həyati məsələləri modelləşdirmək və təsir etmək üçün təqdimatlardan istifadə edir.
1.5. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
X sini
Х sinfin sonunda şagird:
 Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı, dövlət və hərbi atributları, Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə bilikləri, Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir;
 Daxili xidmət, qarnizon və qaravul xidməti, sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir;
 müasir ümumqoşun döyüşü, döyüşün növləri, motoatıcı manqanın təşkili, döyüş imkanları, atıcı silahlar və əl qumbaralarının təyinatını, onların taktiki-texniki xassələrini, zirehli döyüş texnikaları haqqında bilikləri və onlardan istifadə qaydalarını şərh edir;
 ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutlarla hərəkəti tətbiq edir;
 fövqəladə hadisələr zamanı mülki müdafiə dair biliklər nümayiş etdirir.
 sağlam həyat tərzinə, bütün növ fövqaladə hadisələr zamanı ilk tibbi yardım göstərməyə dair bilik və bacarıqlar nümayiş edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
Şagird:
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Dövlət və hərbi atributları tanıyır və onları şərh edir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş etdirir.
1.2.1. Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir.
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.
1.3.2. Daxili Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh edir.
2. Həyat fəaliyətinin təhlükəsizliyinin təminatı.
Şagird:
2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüş və döyüş təminatı növlərini izah edir.
2.1.2. Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir.
2.2.1. Atıcı silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimat edir.
2.2.2. Manqanın mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş etdrir.
2.2.3. Zirehli döyüş texnikaları haqqında biliklərini şərh edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutla hərəkəti tətbiq edir.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiəyə dair biliklər nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələri təsnif edir.
2.4.2. Təbii fəlakətlər haqqında biliklərini şərh edir.
2.4.3. Kütləvi qırğın silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələri haqqında biliklərini şərh edir.
2.5.2. Kollektiv mühafizə vasitələri haqqında biliklərini nümayiş etdirir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlam həyat tərzini təşkil edən amillər haqqında biliklərini nümayiş etdirir.
3.2. İlk tibbi yardımın göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
3.2.2. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3. Bioloji vasitələrdən, yoluxucu xəstəliklərdən mühafizə qaydalarına əməl edir.
XI sinif
ХI sinfin sonunda şagird:
 Azərbaycan Silahlı Qüvvələrinin yaranması, tarixi, inkişafı, strukturu, qoşun növləri, vəzifələri, hərbi nizamnamələrin ümumi müddəalarının, (qarnizon qarovul xidməti, sıra, intizam, daxili xidmət nizam namələrinin) tələblərinin tədbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir;
 müasir ümumqoşun döyüşünün təşkili, döyüş təminatı, motoatıcı tağımın təşkili və döyüş imkanları haqqında biliklərini şərh edir;
 atıcı silahlardan istifadə qaydaları və onlara texniki xidmət barədə, mühəndis maneələr haqqında, mina-partlayış qurğularının ümumi quruluşu və tətbiqi üsullarını izah edir, zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimat edir;
 topoqrafik xəritələr və onlardan istifadəyə dair təqdimatlar edir;
 fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir;
 müxtəlif fərdi mühafizə vasitələrindən, radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə bacarıqları nümayiş etdirir;
 sağlamlığın mühafizəsi haqqında təqdimat edir;
 ilk tibbi yardıma dair qaydaları tətbiq edir;
 radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərir;
 yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair bilik və bacarıqlar nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları
Şagird:
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi və inkişafı haqqında təqdimat edir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin, qoşun növlərinin struktru və vəzifələri barədə təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biliklər nümayiş etdirir.
1.2.1. Hərbi nizamnamələrin müddəalarının yerinə yetirilməsinə dair təqdimat edir.
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.
1.3.2. Sıra təlimi nizamnaməsinin tələblərini yerinə yetirir. 2. Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Şagird:
2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüşünün təşkili və döyuş təminatı (kəşfiyyat, mühəndis təminatı) haqqında təqdimat edir.
2.1.2. Motoatıcı tağımın təşkili və döyüş imkanlarını şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.2.1. Atıcı silahlardan istifadə və onlara texniki xidmət qaydalarına əməl edir.
2.2.2. Mina-partlayış qurğularının ümumi quruluşunu, tətbiqi üsullarını izah edir.
2.2.3. Zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimat edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Topoqrafik xəritələrdən istifadə edir.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir.
2.4.2. Təbii fəlakət zonalarında əhalinin hərəkəti və mühafizəsi barədə təqdimat edir.
2.4.3. Kütləvi qırğın silahlarının növlərinin (nüvə, kimyəvi və bioloji, bakterioloji) dağıdıcı vasitələri və onlardan mühafizə üsullarını şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələrindən istifadə edir.
2.5.2. Radiasiya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə edir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlamlığın mühafizəsi haqqında təqdimat edir.
3.2. İlk tibbi yardım göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikası və ilk tibbi yardım qaydalarına əməl edir.
3.2.2. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3. Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair təqdimat edir.
1.6. Fəndaxili və fənlərarası inteqrasiya
Təhsilin məzmununa daxil edilən fənlərarası və fəndaxili əlaqələr Təhsil Sektorunun inkişaf layihəsi çərçivəsində inteqrativ kurikulumun əsas tərkib hissələrindən biridir.
Təcrübəli müəllimlərin fikrincə, inteqrativ təlim bacarığı olmadan hər hansı bir fənnin tədrisində müvəffəqiyyət əldə etmək mümkün deyil. Şagirdlərə
dayanıqlı və kompleks şəkildə biliklər vermək, onların dünyagörüşünü genişləndirmək, şagird təfəkkürünün inkişafında tədqiqatçılığa meyl yaratmaq, qazanılan nəzəri bilikləri praktik olaraq həyata tətbiq etmək və s. bacarıqların formalaşdırılmasında inteqrativ kurikulumun əhəmiyyəti əvəzedilməzdir.
Cəmiyyətdə və təbiətdə daima inteqrasiya mövcud olmuşdur. Məsələn, hər hansı peşə sahibi müəyyən işin həyata keçirilməsində müxtəlif bacarıqlardan istifadə edir və ya görəcəyi işin digər məsələlərə təsirini müəyyənləşdirə bilir.
“Çağırışaqədərki hazırlıq” fənninin tədrisində təbiət, ictimai və texniki fənlərlə əlaqələrin qurulması inteqrativlik baxımından onun didaktik əhəmiyyətini artırır, müxtəlif fənlərlə qarşılıqlı fəaliyyətin təmin olunmasına imkan yaradır.
Çağırışaqədərki hazırlıq fənninin inteqrativ təlimi şagirdlərdə:
 sərbəst düşünməyə;
 qruplarda işləməyə;
 müzakirələrdə öz mövqeyini bildirməyə;
 layihələr hazırlamağa;
 mövzunun aktuallığını əsaslandırmağa;
 mövzunun əhəmiyyətinə, digər sahələrə tətbiq edilməsinə və s. imkan yaradır.
Çağırışaqədərki hazırlıq fənninin inteqrativ təlimi müəllimin də fəaliyyətini mahiyyət etibarı ilə dəyişir. Onun aşağıdakı istiqamətlərdə imkanlarını genişləndirir:
 məsələlərin həllinə kompleks yanaşmaq;
 mövzular arası əlaqələri yaratmaq;
 şagird bacarığının inkişafına diqqət yetirmək;
 şagirdlərə hər hansı mövzuya dair biliklərin sistemli şəkildə artan sırasını müşahidə etmək;
 təlim prosesini qiymətləndirmək və s.
Fəndaxili və fənlərarası inteqrasiya cədvəli
X sinif
XI sinif 1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir. 1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmas və inkişafını barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Dövlət və hərbi atributları tanıyır və onları şərh edir.
Az-t.2.1.1;3.1.1; 3.1.2;4.1.2.
İnf.: 3.3.1; 3.3.2; (IX sinif)
H-b.: 2.3.1. (II sinif)
1.1.1 Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi və inkişafı haqqında təqdimat edir.
Az-t.: 3.1.1; 3.1.2; 4.1.1; 4.1.2.
İnf.: 3.3.1; 3.3.2. (XI sinif)
1.1.2. Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə təqdimat edir.
İnf.: 3.3.2.
1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin, qoşun növlərinin struktru və vəzifələri barədə təqdimat edir.
İnf.: 3.3.2. 1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biliklər nümayiş etdirir. 1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biliklər nümayiş etdirir.
1.2.1.Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir.
İnf.: 3.3.1; 3.3.2
1.2.1.Hərbi nizamnamələrin müddəalarının yerinə yetirilməsinə dair təqdimat edir.
H-b. 2.4.1;2.4.2.(IV sinif) 1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir. 1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.
H-b. 2.4.1;2.4.2;3.1.1(IVsinif)
1.3.1. Daxili xidmət nizamnamələri haqqında təqdimat edir.
F-t.: 2.1.1; 2.3.11.3.2.
1.3.2. Daxili Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh edir.
H-b. 2.4.1; 2.4.2; 3.1.1 (IVsinif)
1.3.2. Sıra təlimi nizamnaməsinin tələblərini yerinə yetirir.
H-b. 2.4.1; 2.4.2 (IVsinif) 2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir. 2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüş növlərini və döyüş təminatı növlərini izah edir.
İnf.: 3.3.1; 3.3.2 2.1.1.Müasir ümümqoşun döyüşünün təşkili və döyuş təminatı (kəşfiyyat,mühəndis təminatı) haqqında təqdimat edir. İnf.: 3.3.1; 3.3.2
2.1.2. Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini nümayiş etdirir.
İnf.: 3.3.1; 3.3.2.
2.1.2. Motoatıcı tağımın təşkili və döyüş imkanlarını şərh edir.
İnf.: 3.3.1; 3.3.2. 2.2. Müasir döyüş vasitələri üzrə bilik və bacarıqlar nümayiş etdirir. 2.2. Müasir döyüş vasitələri üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.2.1. Atıcı silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimatlar edir.
F.: 2.2.2;
İnf.: 3.3.1; 3.3.2.
2.2.1.Atıcı silahlardan istifadə və onlara texniki xidmət qaydalarına edir. 2.2.2.Manqanın mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş etdirir. İnf.: 3.3.1; 3.3.2.
2.2.2.Mina-partlayış qurğularının ümumi quruluşunu, tətbiqi üsullarını şərh edir.
İnf.: 3.3.1; 3.3.2.
2.2.3.Zirehli döyüş texnikaları haqqında biliklərini şərh edir.
2.2.3. Zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimatlar edir. 2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir. 2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutla hərəkəti tətbiq edir.
C.2.1.2., H-b. 1.2.2.
2.3.1.Topoqrafik xəritlərdən istifadə edir.
C. 2.1.2., H-b. 1.2.2. 2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiəyə dair biliklər nümayiş etdirir. 2.4. Fövqəladə hadisələr zamanı mülki müdafinin dair bilik və bacarıqlar nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələri təsnif edir.
İnf.: 3.3.1; 3.3.2
H-b. 4.3.1; 4.3.2; 4.3.3 2.2.4.1.Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir.
İnf.: 3.3.1; 3.3.2
H-b. 4.3.1; 4.3.2; 4.3.3 (IVsinif)
2.4.2.Təbii fəlakətlər haqqında biliklərini şərh edir.
C.2.1.1. 2.4.2.Təbii fəlakət zonalarında əhalinin hərəkəti və mühafizəsi barədə təqdimat edir. C.1.1.1.
2.4.3. Kütləvi qırğın silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh edir. 2.4.3. Kütləvi qırğın silahlarının növlərinin (nüvə, kimyəvi və bioloji bakterioloji) dağıdıcı vastələri və onlardan mühafizə üsullarını şərh edir. 2.5. Mühafizə vasitələrindən istifadə edir. 2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələri haqqında biliklərini şərh edir.
2.5.1.Fərdi mühafizə vasitələrindən istifadə edir.
2.5.2. Kollektiv mühafizə vasitələri haqqında biliklərini nümayiş etdirir.
2.5.2. Radiasiya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə edir. 3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir. 3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlam həyat tərzini təşkil edən amillər haqqında bilikləri nümayiş etdirir.
F. 1.1.1; 1.1.2; 3.1.1;3.1.2
İnf.: 3.3.1; 3.3.2
3.1.1.Sağlamlığın mühafizəsi
haqqında təqdimatlar edir.
İnf.: 3.3.1; 3.3.2 3.2. İlk tibbi yardım göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir. 3.2. İlk tibbi yardımın göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
İnf.: 3.3.1; 3.3.2
3.2.1. Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikasını və ilk tibbi yardım qaydalarına əməl edir.
3.2.2.Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
İnf.: 3.3.1; 3.3.2
3.2.2. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
İnf.: 3.3.1; 3.3.2 F. 3.1.1
3.2.3.Bioloji vasitələrdən və yolxucu xəstəliklərdən mühafizə qaydalarına əməl edir.
F-t.: 1.1; 1.2.3.
B.: 3.2.1; 3.2.2.
3.2.3. Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair təqdimat edir.
F-t.: 1.1; 1.2.3.
B.: 3.2.1; 3.2.2.
H-b.4.1.1; 4.1.2
İxtisarlar:
A-t. – Azərbaycan tarixi
B. – Biologiya
H-b. – Həyat bilgisi
F. – Fizika
İnf. – İnformatika
C. – Coğrafiya
F-t. – Fiziki tətbiyə
II. Təlim strategiyaları
2.1. Çağırışaqədərki hazırlıq təliminin təşkilinə verilən əsas tələblər
Müasir dövrdə təlim daha çox fəal xarakter daşıması ilə izah olunur. Orada şagirdlərin marağına səbəb olmaqla onu təmin etmək, idraki fəaliyyətin inkişafını stimullaşdırmaq vacib hesab edilir.
Fəal təlimi ilk növbədə, demokratik təhsil mühitinin yaradılmasını şərtləndirir. Demokratik təhsil mühiti öz növbəsində müəllim və şagirdin yaradıcı fəaliyyətinə imkan yaradır.
Demokratik mühit müəllim və şagirdlərlər qarşısında eyni tələblər qoyur. Onlar aşağıdakılardan ibarətdir.
Müəllimi
Şagirdlər
 Fikirlərini şifahi, yazılı ifadə etmək, diskussiya aparmaq öz rəyini müdafiyə etmək.
 Nəzərdə tutulduğu ideya, təklif və yeniliyi həyata keçirmək, onların şagirdlərin əqli, psixoloji durumuna müsbət təsirini əsaslandırmaq
 Hər hansı qərarın qəbul edilməsində məktəb rəhbərliyindən kömək gözləmək
 Digər fənn müəllimlərinin fəaliyyətinə hörmətlə yanaşmaq
 Özlərini şəxsiyyət saymaq, fikirlərinin diqqətlə dinlənilməsini tələb etmək.
 Qrup halında birləşərək hər hansı məsələnin həllində birgə qərar çıxarmaq, onu müdafiə etmək, məktəb rəhbərliyi qarşısında təqdim etmək
 İnsan (uşaq) hüquqları haqqında təlimatları əldə etmək və öz hüquqlarını qorumaq
 Müstəqil və yaradıcı fəaliyyətlərinə görə həvəsləndirilmək.
Fəal təlimin prinsipləri
“Çağırışaqədərki hazırlıq” fənni üzrə təlim aşağıdakı xüsusiyyətləri ilə fərqlənir:
“Çağırışaqədərki hazırlıq” fənni:
a) şagirdyönümlüdür - belə ki, əqli qabiliyyətindən asılı olaraq şagirdin imkanları nəzərə alınır, dərs şagirdlərin maraq və tələbatlarına uyğunlaşdırılır, dərsdə şagirdi həvəsləndirən ştrixlər maraqlı hərbi məlumatlar qabarıqlaşdırılır;
b) tədqiqatyönümlüdür - şagirdlər özlərinə lazım olan məlumatları müxtəlif mənbələrdən, sxem, diaqram, cədvəl və xəritələrdən əldə edir, onları ümumiləşdirir, müqayisə edir, eləcə də yaşadığı mühitə dair məlumatları əlavə edir;
c) inkişafyönümlüdür – təlim şagirdin özünün müstəqil olaraq məlumat əldə etməsinə, onları ümumiləşdirməsinə, alınan materialı sərbəst şəkildə təqdim edə bilməsinə əsaslanır;
d) proqnoz vermək - təlim şagirdlərin dərsin məzmununa dair əldə etdiyi məlumatlar əsasında gələcək üçün fəaliyyət proqramı verə bilməsinə, müharibələr, ölkənin müdafiəsi, hərbi məlumatlar əsasında ekoloji, iqtisadi və torpaqların azad edilməsi haqqında proqnozlar verməsinə əsaslanır;
e) çeviklik– cəldlik - şagird əldə etdiyi hərbi bilikləri daha tez tətbiq etmək, (məsələn, xəritə üzərində torpaqların azad edilməsi haqqında obyektlərin yerini göstərmək və yaşadığı yer ilə müqayisə etmək), şərti işarələrə əsasən kartoqrafik təsvirlər üzərində marşrut seçmək qabiliyyətinə yiyələnir;
t) «müəllim- şagird» «şagird-şagird» münasibətininin qurulması -şagirdlər dərsin məzmununu zənginləşdirmək üçün «komanda» vermək, müşahidəçi olaraq hazırlığı yoxlamaq, sıra monitorinqi keçirmək bacarıqlarını inkişaf etdirirlər;
2.2. Çağırışaqədərki hazırlıq təliminin təşkilində istifadə olunan forma və üsullar barədə
Çağırışaqədərki hazırlıq fənnin təlimində 4 iş forması nəzərdə tutulmuşdur: kollektiv iş, qruplarla iş, cütlərlə iş və fərdi iş. Hər bir təlim forması dərsin məqsədin-dən asılı olaraq seçilir və şagirdlərin fəaliyyətləri bu forma üzərində qurulur.
Kollektivdə işləməklə, kollektiv fəaliyyət bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyətyaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.
Qruplarla iş - şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu prosesdə onların müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və birgəfəaliyyət bacarıqları inkişaf edir.
Cütlərlə iş - Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliy-yəti bölüşməyə optimal imkan yaradır.
Fərdi iş - Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləş-dirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanlar yaradır.
Tədris prosesini aktiv şəkildə həyata keçirmək, şagirdlərin fəallığına nail olmaq, onların düşünmə qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa olan həvəsi artırmaq hər bir Çağırışaqədərki hazırlıq müəlliminin fəaliyyətinin əsas məqsədinə çevrilməlidir. Sadalanan məqsədləri həyata keçirməyi qarşıya qoyan hər hansı bir müəllim şagirdləri fəal təlimə cəlb edə bilən metod, texnika və üsullarla yaxından tanış olmalı, iş prosesində qarşıya çıxan çətinlik və çatışmazlılıqları aradan qaldırmaq yollarını bilməli, habelə tətbiq olunan metodların əhəmiyyətini başa düşməlidir. Fəal təlim metodları ilə işləmək üçün müəllimin şəxsi keyfiyyətləri: təşkilatçılıq qabiliyyətləri, hərbi hazirlıq üzrə bilik ( bu zaman həm də digər fənlərə dair biliklər də nəzərdə tutulur) səviyyəsi və s. əsas şərtlərdəndir.
Hərbi rəhbərin pedaqoji ustalığı tək öz fənnini mükəmməl bilməsindən ibarət deyil, həm də metodlardan,üsullardan və təlim vastələrindən müstəqil və inamlı istifadə bacarığından ibarətdir.Təlim metodu dedikdə təlim prosesində müəllimlə (hərbi rəhbərlə) şagirdlər arasında birgə işin necə təşkil edilməsi nəzərdə tutulur.Təlim metodu təlimin ümumi məqsədi və tapşırığı əsasında təşkil olunur. Hər bir metod əlaqəli təlim üsullarından (priyomlardan) ibarətdir. Təlim üsulu təlim metodunun detalları kimi özünü göstərir. Nəql təlim metodu, yəni nəql planının çatdırılması şagirdlərin diqqətinin müəyyən istiqamətdə yönəldilməsi üsuludür. Hərbi rəhbər müxtəlif təlim vasitələrindən istifadə etməklə təlim metodunun seçilməsində geniş imkana malik olur.Təlim vasitələri- təlim kitabları və başqa təlim məlumat mənbələri vasitəsilə hərbi rəhbər təlim prosesini təşkil edir, şagirdlər isə bilik və bacarıq əldə edirlər.
Təlim vasitələrinə aşağıdakılar aiddir: hərbi rəhbərin sözləri, kitab və dərsliklər,əyani vasitələr, hərbi təlim vəsaitləri,təlim üzrə slaydlar,radio, Televiziya və.s. Çağırışaqədərki hazırlıq təlimi prosesində müxtəlif təlim metodlarından istifadə olunur, onlar üç qrupa bolünür: sözlü, göstəri və prktik. Əsas təlim metodu
məlumatın şifahi şərhi nəql, izah, mühazirə), müsahibə, göstərmə, çalışmalar, müstəqil iş.
1. ŞİFAHİ ŞƏRH nəql, izah, mühazirə üsulları vasitəsilə şagirdlərə yeni materialın çatdırılmasında ən üstün metod kimi istifadə olunur.
İzah dedikdə ayrı-ayrı fikirlərin, qanunların, qaydaların, hadisələrin, silah və sursatların iş prinsiplərinin sözlə çatdırılması nəzərdə tutulur. Hər hansı bir silahın iş prinsipini çalışma yolu ilə oyrətməzdən əvvəl, müəllim (hərbi rəhbər) onun əsaslarını izah etməlidir.
Nəql yeni məlumatın hekayə, rəvayət üslubunda şərhi deməkdir o, tez-tez müsahibə və izahla birləşdirilir. Çağırışaqədərki hazırlıq fənninin bölmələrinin çoxunda yeni məlumatların şərhi nəql metodu ilə həyata keçirilir.
Mühazirə yeni məlumatların şərhi metodu kimi böyük mövzularda istifadə olunur məsələn, Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişafı. Mühazirə, nəql və izahdan daha uzunmuddətlidir. Bu, müasirliklə əlaqəli əlavə məlumatlardan istifadə etməklə mövzunun tam izah edilməsilə fərqlənir. Mühazirə zamanı şagirdlərdən dərsə ciddi diqqət yetirmək. Hərbi rəhbərdən isə səlist danışıq tələb olunur.
2. MÜSAHİBƏ sual-cavab təlim metodudur və təlim prosesinin bütün mərhələlərində həyata keçirilə bilər. Müsahibənin dörd əsas növü vardır: yeni biliklərin verilməsi, biliyin möhkəmləndirilməsi, biliyin yoxlanılması və qiymətləndirilməsi, keçilən mövzuların təkrarı.Yeni biliyin verilməsində müsahibə induktiv və ya deduktiv yolla aparıla bilər. Müsahibə mürəkkəb təlim metodlarından biridir. Müsahibənin gedişində suallar ciddi və məntiqi ardıcıllıqla qoyulmalı və araşdırılmalıdır. Hərbi rəhbər müsahibənin məzmun və məqsədinə uyğun əsas sualları şagirdlərin bilik səviyyəsinə uyğun hazırlamalı, cavablar birbaşa deyilməməli, suallara hə və ya yox kimi qısa cavablar məhdudlaşdırılmalıdır. Müsahibə elə məqsədyönlü təşkil olunmalıdır ki, bütün şagirdlər cavab üçün hazırlaşsın. Elə bu məqsədlə də sual bütün sinfə verilir, müəyyən fasilədən sonra şagirdlərdən biri cavab üçün çağırılır və beləliklə, çağırışla cavabvermə ilə öz istəyilə cavabvermə uyğunlaşdırılır, əsas cavaba əlavələr istifadə sagirdlərin təşəbbüskarlığı artırılır. Yeni
məlumatın şifahi şərh formasında olmasından asılı olmayaraq o, məzmunun etibarlılığı ilə fərqlənməlidir (elmi baxımdan faktların dəqiqliyi və məzmun aydınlığı).Taktiki məlumatların bacarıqla seçilməsi, dəqiq və dəlillərlə zəngin, məntiqi ardıcıllıqlı, əyanilik,məzmunlu, emotsional, səlis və aydın danışıq müsahibə metodunun əsas əlamətləridir. Yeni məlumatların şərhi, müvafiq ümumləşdirmələr, nəticələrlə, qiymətləndirmə və sagirdlərə tövsiyyə ilə yekunlaşdırılır.
Nümayiş bir çox üsul və hərəkətləri özündə cəmləşdirir ki, bunların köməyilə şagirdlərdə öyrəndikləri məsələ barədə əyani təsəvvür iaradır silahlar, sursatlar, döyüş texnikaları,mülki müdafiə cihazları haqqında dolğun təsəvvür yaradır. Çağırışaqədərki hazırlıq dərslərində nümayiş metodundan daxili və qaravul xidmətinin aparılması, sıra hazırlığı elementlərinin(silahlı, silahsız) öyrənilməsi, ərazidə taktiki hazırlıq dərslərində, çox geniş istifadə olunur. Şifahi şərh prosesində və eləcədə ballastika elementlərinin təcrübəsinin öyrənilməsində, təsviri, qrafiki və həcmli əyanilik kimi müxtəlif vasitələr nümayişin çox növlülüyünə xidmət edir. Üsul və hərəkətlərin şəxsən hərbi rəhbər tərəfindən izahı təlimatlandırılmış manqa komandirləri və dərs əlaçıları tərəfindən göstərilə, yerinə yetirilə bilər. Hərbi rəhbərin şəxsən göstərdiyi sıra üsulları, silahla hərəkətlər, və taktiki hazırlıq üzrə elementlər şagirdlər üçün bilik mənbəyi və təqlid nümunəsi ola bilər. Bu dərs metodunun gedişində usul və hərəkətlər hissə-hissə göstərilir və qısa izahatlarla müşayət olunur. Bu dərslərdə hərbi rəhbərin düzgün hərbi geyimi davranışı,səliqəliliyi, intizamlılığı şagirdlərdə Azərbaycan Silahlı Qüvvələrində xidmətə və zabit peşəsinə yiyələnməyə marağını artıracaq.
Çalışma metodu, dəfələrlə düşünülmüş və təkrarı mürəkkəb, şagirdlərdə bilik və bacarıgı təkmilləsdirici proqramla müəyyənləşdirilmiş üsul və hərəkətləri özündə cəmləşdirir. Məşqlər çalışmanın növ müxtəlifliyidir, onlar formalaşmış bilik və bacarıqların təkmilləşdirilməsi və möhkəmləşdirilməsinə xidmət edir. Onların yerinə yetirilməsində lazımi və müvafiq pedeqoji tələblərə riayət olunmalıdır. Şagirdlər tərəfindən bu və ya digər priyom və hərəkətlərin yerinə yetirilməsi mexaniki deyil düşünülmüş olmalıdır. Əgər şagirdlər çalışmanın və məşqələnin məqsədini və
mahiyyətini yaxşı bilsələr, bu halda onlar təşəbüskarlıqla, yaradıcılıq və maraqla ona yanaşacaq və dəqiq yerinə yetirəcəklər.
3. Kitabla iş ən geniş yayılmış təlim üsulu kimi TƏLM MATERİALLARININ MÜSTƏQİL ÖYRƏNİLMƏSİ kimi başa düşülür. O, dərin və möhkəm biliyin əldə edilməsində böyü əhəmiyyətə malikdir. Hərbi rəhbər şagirdlərə müstəqil hazırlıq məqsədilə sinifdə və ya evdə işləməsindən asılı olmayaraq mənbələr və üsulları göstərməli təlimatlandırmalıdır. Çqğırışaqədərki hazırlıq ərslərində müstəqil hazırlığa xüsusi vaxt ayrılır. Müstəqil hazırlığın məlumat mənbələri aşağıdakılardır: kitab, qəzet, jurnal, radio, televiziya, və ən əsası internet saytlarıdır. Müxtəlif təlim metodları əsasında birbaşa əlaqə vardır. Metodun müvəffəqiyyətlə əlaqələndirmək müəllimdən xüsusi pedoqoji ustalıq tələb edir. Bir çox hallarda şifahi şərh metodu nümayişlə, çalışma göstərmə ilə, göstərmə isə izahla uyğun gəlir. Təlim metodlarının efektivliyi tək məzmun uyğunluğu və təlim prosesinin formasından deyil, bütün pedeqoji prinsiplərin düzgün həyata keçirilməsindən asılıdır. Təlim metodunun seçilməsində şagirdlərin mənsubiyyəti, hazırlıq səviyyəsi, dərsə ayrılan vaxt, təlim tədris bazasının səviyyəsi, əyani vastələrlə təchizat, təlim yerinin seçilməsi və hazırlanması böyük əhəmiyyət kəsb edir.
4. Müzakirələr (disskussiyalar) şagirdlərdə məlumat və ideyaların təşkil olunması, fərqli və oxşar cəhətlərin müqayisə edilməsi, anlayış və ideyaların aydınlaşdırılması, yoxlanılması, problemlərin həlli yollarına dair alternativ fikirlərin əsaslandırılması, proqnozların verilməsi, informasiyanın həyati əhəmiyyətinin üzə çıxarılması, təklif və tətbiq edilməsi imkanlarının araşdırılması və s. məqsədi ilə həyata keçirilən – fikir mübadilələridir.
Müzakirələr və ya disskussiyalar şagirdlərin dərs prosesində:
a) bir- biri və müəllim ilə qarşılıqlı ünsiyyətinə yardım göstərir;
b) informasiyanın təhlili üçün açıq mühüt yaradır;
c) məsələnin öyrənilməsində alternativ fikirlər söyləməyə təkan verir;
d) informasiyaların görünməyən tərəfləri barədə düşünməyə məcbur edir;
e) şagirdlərin hüquq bərabərliyini təmin edərək demoktarik mühüt yaradır;
p) şagirdləri passiv dinləyicilərdən aktiv iştirakçıya çevirir.
Müzakirəni tətbiq etməyə hazırlaşan müəllim, ilk növbədə, müzakirə qaydalarını şagirdlərə xatırlatmalıdır.
Şagirdlər diskusiya mədəniyyətinin vacib və geniş bir məsələ olduğunu dərk etməli, başqalarının fikirlərinə dözümlü yanaşmanın demokratik ənənələrin əsas sütunu olmasını başa düşməlidirlər. Müzakirənin təşkil edilməsində aşağıdakıları nəzərdən qaçırmaq olmaz.
1.İlk növbədə, müzakirə (diskusiya) qaydaları tərtib edilməlidir. Aşağıdakı tipdə olan bu qaydalar dərs ilinin əvvəlində sinif şagirdlərinin ümumi razılığı ilə qəbul edilməlidir:
– eyni vaxda yalnız bir nəfər danışmalıdır;
– danışanı diqqətlə dinlənilməli, ona cavabı yalnız nitqi tamamladıqdan sonra verilməlidir;
– tənqid yalnız danışanın fikirinə yönəlməlidir;
–vaxt nəzərə alınmalıdır;
– söz üçün icazə istənilməlidir.
Qaydalar iri vərəqdə yazılmalı və divarda görünən yerdə asılmaldır.
2. Sinifdə şagirdlərin müzakirə üçün münasib formada oturması (dairəvi, yarımdairəvi, üz-üzə və s.) təmin olunmalıdır.
3. Müzakirə üçün mövzunun adı ilk baxışdan sadə, şagirdin başa düşəcəyi şəkildə təqdim edilməlidir.
4. Müzakirə «nə baş verdi?» «nə üçün baş verdi?» «Bu haqda siz nə düşünürsünüz?», «Başqa cür ola bilərmi?» və s. kimi inkşafetdirici suallar verməklə başlayır. Diskusiyanı davam etdirmək üçün şagirdlərin verdiyi cavablar diqqətlə dinlənilməlidir.
Diskussiyanın gedişinin düzgün qiymətləndirilməsi də onun müvəffəqiyyətlə həyata keçirilməsinə təsir edən amillərdən biridir.
Müəllim:
– şagirdlərin düzgün, əsaslandırılmış fikirlərinə, sanballı dəlillərinə diqqət yetirməlidir.
– fikirləri ümumiləşdirərkən, yekun vurarkən müzakirələrdə iştirak edən şagirdlərin fikirindən nümunələr gətirilməli, onlara diqqətlə yanaşılmalıdır.
_ söylənilən fikirlər səbirlə dinlənilməli, fikirlər səhv olduqda belə onların sözü kəsilməməli, digər şagirdlərdən həmin fikrə qarşı hansı münasibətdə olması soruşulmalı və sonda düzgün mülahizələri söyləməlidir.
5. «Əqli hücum»
Əqli hücum şagirdlərin fəallığını artırmaq üçün tətbiq olunan ən optimal metodlardan biridir. Bu metod şagirdlərin hər hansı konkret problemin həlli və ya suala cavab tapmaq üçün yaradıcı təfəkkürünü üzə çıxarmağa təkan verir, onların müxtəlif vəziyyətlərdən çıxış yolu tapmaq, qərar qəbul etmək səviyyəsini və eləcə də fikirlərini konkret ifadələrlə söyləmək bacarığını üzə çxarır.
«Əqli hücum»un şagirdlər arasındakı ünsiyyətin yaranmasında da rolu böyükdür.
Lakin bu metodun tətbiq edilməsində əsas məqsəd verilən problemin həlli yollarını müəyyən etməkdir.
Əqli hücumu həyata keçirmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır:
- şagirdlər nisbətən böyük qruplarda (8-10 nəfərlik) birləşdirilməli;
- qrupun lideri qoyulmuş problemə dair qrup üzvülərinin söylədikləri ən bəsit ifadələri qeyd etməli;
- İrəli sürülmüş şərhləri ümumiləşdirmək və yeni nəticə çıxarmaq üçün, müəllim quruplara vaxt ayırır (10-15 dəq).Verilmiş ideyaları müzakirə etmək, onları inkişaf etdirmək və təqdim etmədə sistem yaratmaq üçün qrupların içərisində yarımqruplar ayrılmalıdır. Hər bir yarımqrup öz ideyalarını (bu, təsvir, səhnəcik, mahnı, rollu oyunlar və s. şəkilində ola bilər) tam qrupun tərkib hissəsi kimi nümayiş etdirməlidir.
Əqli hücumun aşağı siniflərdə təşkil edilməsi daha sadə ola bilər. Belə ki, müəllim sualı lövhədə yazır və sinif şagirdlərinə həmən sualın cavabına dair ideyalarını söyləməyi təklif edir. Şagirdlərin verdiyi (düşünülmüş, təsadüfü və s.) cavablar heç bir şərh verilmədən lövhəyə yazılır. Yalnız bundan sonra yazıya alınmış
ideyalar təhlil edilir, qruplaşdırılır, mübahisə doğuran, yaxud orjinal fikirlər ayrılır və sualın cavabını əks etdirən ideyaların şərhi və müzakirəsi aparılır.
6.BİBÖ ( Biz nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrənməliyik).
Hər hansı mövzunun tədris edilməsində bu keyfiyyətlərlə yanaşı, şagirdlərin həmin mövzuya aid sərbəst biliklərinin səviyyəsini müəyyən etmək çox əhəmiy-yətlidir. Bu müəllimə şagirdlərdə keçmiş və yeni biliklər arasında əlaqə yaratmağa imkan verir. BİBÖ şagirdlərin dərs boyu fəallığını təmin edir, birgə öyrənmənin yüksək mərhələsini yaradır. Onun birinci «Biz nəyi bilirik?» mərhələsində şagirdlərin dünyagörüşü, onların müstəqil öyrənmə qabiliyyəti, mövzuları əlaqələndirmə imkanları və hafizəsi təyin olunur. İkinci «Nəyi bilmək istəyirik?» mərhələsində isə artıq şagirdlərin təfəkkür tərzi, onların bu fənn üzrə düşüncə səviyyəsi, elmi fantaziyaları, əqli qabiliyyəti, arzu və istəklərinin əhatə dairəsi üzə çıxır. Müəllim şagird ehtiyaclarını nəzərə almaqla onları passiv dinləyicidən aktiv iştirakçıya, sadəcə öyrənən obyektdən öyrənmək istəyən subyektə çevirir. Şagirdlərin öyrənmək istədikləri müəllim və şagirdlərin iştrakı ilə tədqiqat nəticəsində birgə öyrənilir. Bu metodun sonuncu, daha vacib «Biz nəyi öyrəndik?» mərhələsinin həyata keçirilməsinə imkan yaradır. Biliklərin möhkəmləndirilməsi, qoyulmuş sualların cavablandırılması, yeni biliklərin üzə çıxması mövzunun öyrənilməsində nəzərdə tutulmuş məqsədə xidmət edir.
BİBÖ- nun tətbiq edilməsi aşağıdakı mərhələləri həyata keçirməyi tələb edir:
-Şagirdlər kiçik qruplar və ya cütlər formasında bölünür və onlar tədris olunan mövzuya dair biliklərin qeydini aparırlar.
- Müəllim lövhədə və ya vatman kağızında üç sütundan ibarət cədvəl çəkir.
Biz nəyi bilirik
İstəyirik bilək
Biz öyrəndik və daha nə öyrənməliyik
- qruplar və ya cütlərin yazdığı məlumatlar sadalanır və müəllim onları cədvəlin sol qrafasında yazır (təkrar olanları çıxmaq şərti ilə).
- cütlər və ya qruplar mövzuya dair nələri bilmək istədiklərini müzakirə edir və siyahılaşdırırlar.
Eyni qayda ilə müəllim aşağıdakı istiqamətlərdə qeyd edir:
- mövzuya aid mətn (dərslikdə və ya əvvəlcədən hazırlanmış) hissə-hissə oxunur, birgə müzakirə edilir, qoyulmuş sualların cavablarına xüsusi diqqət yetirilir;
- şagirdlərin mövzu ilə bağlı suallara cavabları və eləcə də digər yeni biliklər cədvəlin üçüncü qrafasında əvvəlki qayda ilə siyahılaşdırır və müəllim tərəfindən lövhədə qeyd olunur;
- şagirdlər mövzuya dair əvvəlki bilikləri ilə yeni öyrəndiklərini müqayisə edir, ümumiləşdirirlər.
- şagirdlərin ikinci qrafada verdikləri sualların bəziləri cavabsız qala bilər, yəni onların cavabları mətndə olmaya bilər, bu şagirdlərdə «hələ nələri öyrənmək?» lazımdır sualını yaradır, onların şəxsi tədqiqat aparması üçün stimul verir.
“Çağırışaqədərkı hazırlıq” fənni üzrə «Fövqəlada hallar və onların təsnifatı» mövzusunun tədrisində (X sinif) BİBÖ-dan aşağıdakı kimi istifadə etmək olar. («Fövqəlada hallar və onların təsnifatı»nın şəkil -sxemi əsasında)
Bildiklərimiz
İstəyirik bilək
Öyrəndiklərimiz
Fövqəlada hal:
-adət edilməmiş hal
-müxtəlif vəziyyətlər
Fövqəlada hallar:
-adət edilməmiş halda necə hərəkət edək
-müxtəlif vəziyyətlərdə necə fəaliyyək göstərək
Fövqəlada hallar:
-adət edilməmiş halda qaydalarla hərəkət edək
-müxtəlif vəziyyətlərə uyğun fəaliyyək göstərək
BİBÖ metodu fəal təlim metodu kimi müasir dövrün tələblərinə cavab verir, «şagird-şagird» «müəllim- şagird» ünsiyyətinin möhkəmlənməsinə xidmət edir
7.Şaxələndirmə
Şaxələndirmə hər hansı mövzuya dair şagirdləri açıq və müstəqil düşüncəyə istiqamətləndirən metoddur. Beyin həmləsinin qeyri-səlis xətt üzrə işləmə vəziy-yətidir. Şaxələndirmə əsasən fərdi, cütlər və kiçik qruplar formasında aparılmalıdır. Mövzunun öyrənilməsindən əvvəl şagird təfəkkürünə təkan vermək onu düşünməyə cəlb etmək, onlarda mövzuya dair maraq yaratmaq, digər fənlər və ya şagirdin dünyagörüşünün hüdudlarını üzə çıxarmaq, biliklər arasında əlaqə yaratmaq və s.
fəaliyyətlərə xidmət edir. Şaxələndirmə metodunun köməyi ilə şagird təfəkkürünü də inkişaf etdirmək mümkündür.
Şaxələndirməni tətbiq etmək üçün, ilk növbədə, aşağıdakılar tələb olunur:
- şaxələndirmə üçün uyğun gələn münasib mövzu seçilməldir;
- şagirdlərə şaxələndirmə prosesi aydın şəkildə təsvir edilməldir;
- mövzunu açmaq üçün onun daxilindəki ikinci dərəcəli materialların qrup daxilində fərdlərə paylanması təmin edilməlidir;
- iştirakçıların qrup daxilində hazırladığı şaxələndirmələri qrupda birləşdirilməsinə nəzarət edilməlidir.
Şaxələndirmə prosesinin mərhələləri sadə və asan yadda qalır.
1. Mövzunun adı mərkəzdə (yazı müstəvisinin ortasında) yazılır.
2. Mövzu ilə əlaqəli yadınıza düşən bütün sözlər mərkəz sözün ətrafında yazılır.
3. Bir-biri ilə əlaqəli olan fikirlər arasında xətt çəkilərək birləşdirilir.
4. Bütün fikirlərin yazıya köçürülməsi və ideyalar axını üçün vaxt qoyulur. (5-10 dəqiqə)
5. Şagirdlər mümkün qədər daha çox fikirlər və əlaqəli ifadələr yazmağa həvəsləndirilir (bu onların dünyagörüşünü, mövzuya dair biliklərinin səviyyəsini göstərən meyardır).
Şaxələndirmə üçün “Çağırışaqədərki hazırlıq” fənninin son dərəcə geniş imkanları vardır. Çünki bu fənnin mövzularının əksəriyyəti şagirdlərin real həyatda gördüyü hadisə və proseslərlə əlaqədardır.
«Sıra hazırlığı» mövzusu nümuunəsində şaxələndirmə aşağıdakı kimi ola bilər (nəzərə alın ki, söz və ifadələrə heç bir məhdudiyyət qoyulmur).
Sıra hazırlığı
Yerində dönmələr
Sıra idarə etmə
Yeriş
Sıradan çıxma
Nizamnamə
Yerişdə dönmələr 
Şaxələndirmə fərdi olaraq tətbiq edilə bilər. Şagirdlərin özlərinin sevdikləri mövzu olduqda onlar bu problemin yerinə yetirilməsinə daha çox cəlb olunurlar.
8.Venn diaqramı
Hər hansı iki mövzunun (informasiyanın, hərbi məlumatın, anlayışın, obyektin və s.) müqayisəli səciyyəsini əks etdirən «Venn diaqramı»nın tətbiq edilməsi tədris baxımından çox maraqlıdır. İki mövzunun oxşar və fərqli cəhətlərinin üzə çıxarılmasına həsr olunan bu metod şagirdləri alternativ düşüncəyə cəlb edir, onlarda qoyulmuş məsələnin çoxcəhətli müzakirəsini tələb edir.
"Çağırışaqədərki hazırlıq” fənni üzrə təlimin təşkili formaları tədris prosesi üçün seçilmiş metodların sayını artırmaq olur. Nəzərə almaq lazımdır ki, müəllimlər hər hansı fəal təlim metodunu dərs prosesinə tətbiq edərkən yaradıcı şəkildə onu zənginləşdirmək və ya sinfin səviyyəsindən asılı olaraq sadələşdirmək və eləcə də mövzu seçimində tam sərbəst olmaq hüququna malikdirlər.
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
Perespektiv planlaşdırma
Hara getdiyini, nə istədiyini, məqəsədinin nədən ibarət olduğunu təlimin sonunda nəyə nail olacağını və bunu hansı yollarla həyata keçirəcəyini, nail olub-olmadığını necə qiymətləndirəcəyini əvvəlcədən müəyyənləşdirmə bacarığı olan bir müəllim uğurlu və nəticəyönümlü təlim təşkil edə bilər. Uğurlu və nəticəyönümlü təlim əvvəlcədən mükəmməl hazırlanmış planlaşdırmadan asılıdır.
Hər bir sinfin "Çağırışaqədərkı hazırlıq” kursu məzmunu və keçirilmə ardıcıllığı tədris proqramı ilə müəyyən edilən bir sıra mövzulardan ibarətdir.
Mövzular dərslərə bölünür; proqramda hər mövzu üzrə dərslərin təxmini miqdarı göstərilir ki, bu da kursun planlaşdırılması zamanı müəllim üçün müəyyən yol göstərir. Müəllim bu və ya digər sinfin "Çağırışaqədərkı hazırlıq” kursu üzrə illik planlaşdırmanın tərtibinə başlayarkən, hər şeydən əvvəl, bu kursun məqsəd və vəzifələrini özü üçün aydın etməlidir.
Müəllim mövzular üzrə saatların bölgüsünü mexaniki surətdə proqramda verildiyi kimi planlaşdıra bilməz. Yaşadığı ərazinin və vətənin fiziki və sosial-iqtisadi vəziyyətini, təbiətini, maddi və mənəvi dəyərlərini, dinini, döyüşlərdə iştirak edən ata-babalarımızın tarixi adət-ənənlərini şagirdlərin hərtərəfli öyrənməsi, tədqiqat aparması, təqdimatlar etməsi, referatlar, statistik diaqramlar hazırlaması üçün müəllim düzgün perespektiv və gündəlik dərs planları hazırlamağı bacarmalıdır.
Perespektiv planlaşdırma hazırlamaq üçün müəllimdə bir neçə bacarığın olması vacibdir. Tədris vahidi və mövzuların ardıcıllığının düzgün müəyyənləşdirilməsi mühüm bacarıqlardan biridir. Müəllim bu ardıcıllığı müəyyənləşdirərkən bir neçə prinsiri nəzərə almalıdır. Təbii ki, birinci prinsip məzmun ardıcıllığı baxımından sadədən mürəkkəbə, asandan çətinə doğru getmək olmalıdır. Məsələn, X sinifdə əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin yaradilma tarixi, sonra nizamnamələr, sira hazırlığı və sairə bu ardıcıllıqla planlaşdırma aprılmalıdır. Əvvəlcə, elə anlayışlar öyrədilməlidir ki, sonrakı mərhələlərdə onlardan istifadə edilə bilsin.
Təlim nəticələrinin təqdim olunan ardıcıllığı tədris prosesi üçün mütləq deyil. Müəllim hər hansı təlim nəticəsinin əldə edilməsində ayrılan vaxt ərzində, proqram materiallarının tədris edilməsindəki ardıcıllığa əməl edilməsində sərbəstdir.
Müəllim tədris vahidlərini (dərslər bloku) və mövzuların ardıcıllığını planlaşdırarkən aşağıdakıları nəzərə almalıdır.
 Fəndaxili inteqrasiyanı.
 Fənlərarası inteqrasiyanı (bəzi tədris vahidləri digər fənlər üçün ilkin şərt ola bilər; bəzi nəticələr iki fənnin tədris vahidləri ilə əlaqəli inteqrasiya etdirilə bilər).
 Yardıcıllığın qurulması prinsiplərini:
1) məntiqi ardıcıllıq;
2) psixoloji ardıcıllıq (sadədən mürəkkəbə doğru, istiqamət, tətbiq etmə, layihələrin tərtibi, yaxından uzağa prinsipi);
3) xronoloji ardıcıllıq (tarixi-hərbi ardıcıllıq);
4) tematik ardıcıllıq-səbəb-nəticə əlaqələri), hər sinif üzrə tədris vahidlərinin (dərslər blokunun) ümumi təlim nəticələrinin əsasında tərtib edilməsini.
 Tədris və təlim prinsiplərini:
1) şagirdyönümlülük;
2) aktiv, müstəqil və birgə təlim üçün imkanların yaradılması;
3) məqsədyönümlülük;
4) məktəbdən sonrakı və ictimaiyyətlə bağlı fəaliyyətlərlə əlaqəlilik;
5) il ərzində keçiriləcək kiçik summativ qiymətləndirmələrin vaxtının müəyənləşdirilməsi.
Planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan ikincisi mövzuların tədrisi zamanı inteqrasiya imkanlarını müəyyən etməkdir. "Çağırışaqədərkı hazırlıq” fənninin bir çox fənlərlə inteqrasiyası mümkündür. “Çağırışaqədərkı hazırlıq” fənn müəllimi planlaşdırma apararkən tədris etdiyi mövzunun digər fənlərdəki bu və ya digər mövzu ilə inteqrasiya imkanlarını müəyyən etməlidir. Məsələn, “Sıralar və onların idarə edilməsi” mövzusu fiziki hazırlıqla və biologiya, “Fövqəlada hallar və onların təsnifatı” bəhsi kimya, biologiya, fizika, “Müasir ümumqoşun döyüşü” mövzusu riyaziyyat, fizika, kimya, biologiya, “KQS işlədilərkən və atəş hazırlığına başlayarkən müdafiə olunma qaydaları” bəhsi kimya, biologiya, fizika ilə əlaqəli öyrədilərkən müsbət nəticələr verir.
Perespektiv planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan biri də mövzuya uyğun resursların seçilməsidir. "Çağırışaqədərkı hazırlıq” fənni şagirdlərdə müxtəlif, heç bir zaman heç bir fənnin yarada və formalaşdıra bilmədiyi vətən müdafiəçisi üçün zəruri olan əməksevərlik, qəhrəmanlıq və qoçaqlıq kimi keyfiyyətləri tərbiyə edir. Şagirdlərə görmədikləri hadisələri yalnız quru sözlərlə aydın və düzgün təsəvvür etdirmək olduqca çətindir. Müxtəlif silah və texnika sxemləri, şəkilləri, nümunələri, planşet, kompas, termometr, radiasiyaya nəzarət, kimyəvi kəşfiyyat cihazları və digər əyani vəsaitlər "Çağırışaqədərkı hazırlıq”
fənninin tədrisində mühümdür. "Çağırışaqədərkı hazırlıq” fənnin tədrisində ən mühüm əyani vəsait isə müxtəlif məzmunlu sira hazırlığı sxemləri, sılah və texnika nümunələridir.
Mühüm bacarıqlardan biri də mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaqdır. Müəllim kursun ümumi məqsədlərinə məzmun etibarı ilə daha müvafiq olan mövzu və məsələlərə çox, quru faktların və ya şərti-işarələrin öyrənilməsindən ibarət olan mövzulara isə, təbii ki, az vaxt ayırmalıdır. Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş vaxtı artırıb, azaltmamaq şərti ilə müəllim mövzuların çətinlik dərəcəsinə görə onlara verilən vaxtı özü müəyyənləşdirmə bacarığına malik olmalıdır.
Sinifdə perespektiv planlaşdırma nümunəsi:
Tədris vahidi
Məzmun
Standartlar
İnteqrasiya
Resurslar
Saat
Azərbaycan Respublikası Silahlı Qüvvələri nizamnamələri
1.Azərbaycan Respublikası Silahlı Qüvvələri nizamnamələri 1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərin tədbiqi və icrası üzrə bilik və bacarıqlarını nümayiş etdirir.
Az.tar.1.1.1.; 2.1.1.,
H-b.1.1.1.
dərslik, iş vərəqləri, müxtəlif şəkillər
2. Hərbı hissənin döyüş bayrağı. Hərbi and
Tektonik xəritə, dərslik, iş vərəqləri
3. Hərbi xidmətə çağırış
Kompyuter, proyektor. Dərslik, iş vərəqləri
4. Sıravi əsgərin vəzifələri
Dərslik, iş vərəqləri
5. Hərbi qulluqçuların rütbələri
Dərslik, iş vərəqləri
6. Rəislər və tabe olanlar, böyüklər və kiçiklər
Dərslik, iş vərəqləri
7. Əmr və sərəncamların verilmə qaydası, onların icrası
nizamnaməsi Dərslik, iş vərəqləri
8.Hərbi intizam, rəğbətləndirmə və intizam cəzaları
Intizam nizamnaməsi,
Dərslik, iş vərəqləri
Gündəlik planlaşdırma
Müəllim gündəlik dərs planı hazırlayarkən dərsin mərhələlərinə fikir verməlidir. Dərs aşağıda göstərilən mərhələlərlə planlaşdırılmalıdır:
• Mövzu:
• Məqsəd:
• İş forması:
• İş üsulu
• Resurslar:
• Dərsin mərhələləri:
– Motivasiya, problemin qoyuluşu
– Tədqiqatın aparılması
– Məlumat mübadiləsi
– Məlumatların müzakirəsi
– Nəticələrin çıxarılması
– Ev tapşırığı
• Qiymətləndirmə
Artıq öyrənilən mövzuya uyğun məqsəd yazılarkən məqsəd müəllimə deyil, şagirdə yönəlməlidir. Əgər müəllim dərsin məqsədini şagirdin maraqları üzərində qurarsa, uğurlu və nəticəyönümlü təlim təşkil edə bilir.
Şagirdi təlimə cəlb etməyin bir yolu mövzuya və məqsədə uyğun fəal təlim forma və üsullarından yerində istifadə edilməsidir.
Müəllim dərsin birinci və ən mühüm mərhələsi olan motivasiyanı elə qurmalıdır ki, şagirdi təlimə cəlb edə bilsin. Bu mərhələdə müəllim məsələdəki ziddiyyətləri qabartmaqla müxtəlif baxışların və variantların toqquşmasından yaranan vəziyyət əsasında sual qoyaraq şagirdləri düşünməyə hazırlayır. Motivasiya, ilk növbədə, tədqiqat üçün həm mümkün, həm də şagirdin öz bacarığını və qabiliyyətini həyata keçirilməsinə imkan verən, onun inkişaf xüsusiyyətlərinə müvafiq olmalıdır.
İkinci mərhələdə motivasiyadan çıxan fərziyyələr dəqiqləşdirildikdən sonra tədqiqat işinə başlamaq olar. Tədqiqat müxtəlif formalarda – bütün siniflə birlikdə, kiçik qruplarda, cütlərdə və ya fərdi qaydada təşkil oluna bilər. İrəli sürülmüş problemin həlli üçün müxtəlif variantlardan, həm də özündə yeni suallar və yeni
informasiyalar daşıyan iş vərəqlərindən istifadə olunur. İş vərəqlərində verilən tapşırıqlar birbaşa problemin həlli üçün “açar” rolunu oynayır.
Məlumat mübadiləsi üçüncü mərhələdə aparılır. Qoyulmuş tədqiqat sualının cavabını tapmaq istiqamətində görülən işlər tədqiqat iştirakçılarını bir-birinin dəlillərini dinləmək zərurəti qarşısında qoyur.
Dərsin dördüncü mərhələsində məlumatın müzakirəsi prosesi başlayır. Bu ən mürəkkəb mərhələdir. Belə ki, bu mərhələdə təfəkkürün müxtəlif növlərinin səfərbərliyə alınması baş verir. Müəllim bu mərhələdə fasilitasiya funksiyasını yerinə yetirir. Əldə olunmuş faktlar sistemləşdirilir və əlaqələr aşkara çıxarılır.
Beşinci mərhələ nəticələrin çıxarılması mərhələsidir. Müəllim qazanılmış biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədilə suallar qoyur və bu suallar əsasında biliklər və informasiyalar sistemləşdirilir. Şagird əldə etdiyi bilikləri, gəldiyi nəticəni, irəli sürülmüş fərziyyələrlə tutuşdurur.
Dərsin altıncı mərhələsində qiymətləndirmə və ya refleksiya prosesi başlayır.
Bir neçə dərs nümunəsinə baxaq:
X sinif
Mövzu: Müasir ümumqoşun döyüşü.
Standart: 2.1.2. Müasir ümumqoşun döyüş taktikası üzrə biliklərini nümayiş etdirir.
Məqsəd: Müasir ümumqoşun döyüş yollarını izah edir.
İş üsulu: anlayışların çıxarılması, BİBÖ
İş forması: kollektivlə iş
Resurslar: dərslik, nizamnamələr
Dərsin gedişi: Müəllim sinifə daxil olub salamlaşır, lövhədən bir sxem asıb, anlayışların çıxarılması üsulundan istifadə edərək sualın cavabını tapmağı tapşırır.
Düşməni məhv edər
Hazırlıq tələb olunur
Nizam-intizamlı ol
İşğaldan azad olunar
Silahlar dəqiq olmalıdır
Müzakirələrdən sonra məlum olur ki, sxemdə gizlənən söz ümumqoşun döyüş dür.
Tədqiqat sualı: ümumqoşun döyüşü nədir?
Müəllim lövhəyə BİBÖ cədvəlini çəkib şagirdlərə külək haqqında bildiklərini soruşur. Küləyi necə hiss edirik? Uşaqların cavabları Bildiklərimiz sütununa yazılır. Sonra müəllim “Külək haqqında daha nəyi bilmək istərdiniz?” Cavablar “İstəyirik bilək” sütununa yazılır. Sonra müəllim şagirdlərə dərslikləri açıb “Külək” mövzusunu oxumağı tapşırır. Əlavə olaraq müəllim onlara “Ayna uşaq ensiklopediyası” toplusundan “Okean bəşərin beşiyidir” kitabını da verir külək barədə məlumatlar tapmağı tapşırır və müəllim şagirdlərə oxuduqca öyrəndiklərimiz sualına cavab axtarmalı olduqlarını nəzərlərinə çatdırır. Nəticədə aşagıdakı BİBÖ cədvəli doldurulur.
Cavabı tapılmayan sualları evdə araşdırmaq tapşırılır.
X sinif
Mövzu: Fövqəlada hadisələr zamanı əhalinin davranış qaydaları-(təbii hadisələr)
Standart: 3.1.1. Fövqəlada hadisələr zamanı əhalinin mühafizəsi qaydaları
Məqsəd: Təhlükəli təbii hadisələri haqqında məlumat toplayır və onları fərqləndirir.
İş üsulu: klaster
İş forması: kollektiv və qruplarla iş
Resurs: dərslik, iş vərəqləri
Dərsin gedişi:
Motivasiya:
Müəllim: Fövqəlada hadisələr, demək olar ki, hər gün müxtəlif hallarla baş verir. Bunların çoxu dağıntı və insan tələfatı ilə müşayiət olunur. Biz artıq küləyin, atmosfer yağıntılarının, buludların yaranmasına dair biliklərəcoğrafiya fənnindən malikik. Bu hava hadisələrinin əhəmiyyətini də öyrənmişik. Lakin külək,yağıntı və s. normadan artıq olduqda onlar qorxulu təbiət- atmosfer hadisəsinə çevrilirlər. İndi gəlin araşdıraq: Hansı təbii xarakterli hallar ola bilər?
Müəllim klaster üsulundan istifadə edir.Şagirdlər təbii xarakterli hadisələrini sadalayırlar:
Tədqiqat sualı: Bu hadisələr necə yaranır?
Tədqiqatın aparılması.
Müəllim hər hansi bir üsulldan istifadə edərək şagirdləri qruplara bölür və adlandırır. Onlara iş vərəqləri paylayır.
Qorxulu atmosfer hadisələri
İldırım- Şimşək
Quraqlıq
Leysan yağışlar
Tornado
Tayfun
Havanın Turşulu yağışlar
Ozon deşiyi
Təbiət hadisələri
İldırım- Şimşək
Leysan yağışlar
Tufan
Qasırğa
çirklənməsiiii
Sel daşqınları
Torpaq sürüşmələri
I Qrup - İldırım- Şimşək və qar uçqunları
II Qrup – Quraqlıq və tornado
III Qrup – Qasırğa və havanın çirklənməsi
IV Qrup - Leysan və turşu yağışları və Torpaq sürüşmələri
Məlumat mübadiləsi:
Tədqiqat işi başa çatdıqdan sonra görülən işin nəticələrini şərh etmək və alınmış qərarı əsaslandırmaq üçün qrup öz nümayəndəsini seçir. Qruplar iş vərəqələrini lövhədən asır və təqdimatlarını keçirirlər. Qrup nümayəndələri çıxış edir və sinifi öz qrup işinin nəticələri ilə tanış edir.
I qrup: İldırım- topa yağış buludları ilə əlaqədar baş verir.İki bulud topası və ya bulud topası ilə Yer səthi arasındakı elektrik boşalmalarıdır. Şimşək xəttinin uzunluğu 2-3km-ə çatır,güclü səslə müşayiət olunur və hava xətti 25000-30000ºC qıza bilir.bu isə “ildırım vurması” hadisəsi ilə müşayiət olunur. Ozon deşiyi- atmosferdə 20-25km yüksəklikdə yerləşən ozon qatında yaranır. Bu qat Günəşdən Yerə düşən, bitki və canlılar üçün məhvedici sayılan ultrabənövşəyi şüaları udur. Hazırda atmosferin çirklənməsi üzündən ozon təbəqəsi nazikləşmiş, bəzi yerlərdə isə hətta deşiklər əmələ gəlmişdir. Ilk baxışdan qorxulu görünməyən bu atmosfer hadisəsi əslində Yerdə həyatın məhv olmasına səbəb ola bilər.
II Qrup: Quraqlıq- atmosferdə qorxulu hadisədir. Bəzən ilin isti dövründə 1-2 ay müddətində yağıntı düşmür, havada rütubətin miqdarı xeyli aşağı olur, bitkilər quruyur, canlılar məhv olur, hər tərəf səhraya çevrilir, torpaq öz münbitliyini itirir, əhali aclığa məruz qalır. Tornado- Şimali Amerika üçün səciyyəvi olan dağıdıcı külək növüdür. Hündürlüyə doğru burulğan kimi uzanan sürəti saatda 400 km-ə çatan tornado hərəkət edərək, qarşısına çıxan nə varsa dağıdır, güclü fəlakət törədir.
III qrup: Tayfun- isti dənizlər üzərində yaranan, 500km diametrə malik rütubətli hava burulğanıdır. Tayfun burulğanının kənarlarında küləyin sürəti saatda 120km-ə çatır. Havanın çirklənməsi- atmosferdə qorxulu hadisələr yarada bilən prosesdir. Insanların təsərrüfat fəaliyyəti artdıqca, zavod və fabriklərin eləcə də avtomobillərin sayı çoxaldıqca, atmosferə daxil olan zəhərli qazların miqdarı da artır. Xüsusilə, şəhərlərdə havanın təbii qaz tərkibi dəyişir.
IV Qrup: Turşulu yağışlar-xüsusilə zavod və fabriklərin daha çox olduğu ərazilərdə baş verir. Zavod borularından havaya qalxan kimyəvi toz hissəciklərinə yapışan su buxarı səthə qayıdarkən zəhərli su damcısına çevrilir və son illərdə ətraf mühitə güclü təsir edən qorxulu atmosfer hadisəsi kimi diqqəti cəlb edir. Leysan yağışlar- aramsız yağdıqda dağıdıcı təsirə malik olur. Yer səthinə tökülən sular hər tərəfi basır, daşqın əmələ gətirir.
Nəticə və ümumiləşdirmə:
Atmosferdə baş verən qorxulu təbiət hadisələrinin bəzilərini yüngünləşdirmək mümkündür.
Insan təsiri ilə baş verən bu hadisələrin əksəriyyətinin qarşısını almaq mümkün və vacibdir:
- zavod və fabrik borularında toz tutucu qurğular yerləşdirmək;
- avtomobil mühərriklərini təkmilləşdirmək;
- tullantısız yanacaq növü tapmaq;
- hər yerdə yaşıllığı artırmaq və s.
Qiymətləndirmə:
Qruplar
Meyarlar
I Qrup
II Qrup
III Qrup
IV Qrup
Hadisələri sadalama
Məlumat toplama
Fərqləndirmə
Təqdim etmə
Əməkdaşlıq
X sinif
Mövzu: Təbii fələkətlər və onların qısa xarakteristikası
Standart: 2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini izah edir.
Məqsəd: Zəlzələ zamanı davranış qaydalarını izah edir.
İş üsulu: Klaster, müzakirə
İş forması: Kollektivlə iş
Resurslar: Domino daşları
Dərsin gedişi: Müəllim mərüzəni qəbul edir: Yoldaş Müəllim sinifdə 25 şagirddən 23 iştirak edir, 2 nəfər üzürlü səbəbdən iştirak etmir. Məruzə etdi taqım komandiri – vüqar Gözəlov. Müəllim salam! Azad - əyləşin.
Müəllim şagirdlərə müraciət edir: Siz, təssəvür edin ki, indi zəlzələ baş verir. Siz bu vaxt nə edərsiniz? Harada gizlənərdiniz? Şagirdlər hamısı bu oyunda iştirak edirlər. Sonra oyunu daha dəqiq, düzgün yerinə yetirən şagirdlər müəyyənləşdirilir və qalib hesab olunurlar. Sonra müəllimə lövhədə klaster üsulundan istifadə edərək şagirdlərlə birgə zəlzələ zamanı nə etməli sualına cavab axtarırlar.
Zəlzələ zamanı nə etməli?
Qorxmamaq
Çaşmamaq
Həyəcanlanmamaq
Ağır şeylərə söykənməmək
Liftə minməmək
I və II mərtəbədə yaşayanlar həyətə çıxmalıdırlar
Elektrik dirəyinin altında durmamaq
Hündür mərtəbədən aşağı düşməmək
Sonra müəllim partanın üstündə domino daşlarından “ev” düzəldir və partanı azacıq tərpədir. “Ev” tərpənir, amma dağılmır. Müəllim sual verir: “Ev” niyə dağılmadı? Şagirdlər partanın zəif tərpəndiyini bildirirlər. Sonra müəllim partanı bayaqkından bir az güclü tərpədir. Domino daşlarından 1-2-si düşür. Müəllim bunun səbəbini soruşur. Şagirdlər tərpənişin bayaqkına nisbətən güclü olduğunu bildirirlər. Müəllim bu dəfə partanı daha güclü tərpədir və “evin” iki mərtəbəsi dağılır. Beləliklə, müəllim təpənişi getdikcə gücləndirir və “ev” təmamilə dağılır. Müəllim sinfə sual verir: “Bu təcrübədən nə başa düşdünüz?” şagirdlər tərpənişin gücünün əvvəlcə zəif, sonra getdikcə gücləndiyini gördüklərini deyirlər. Müəllimə zəlzələnində belə baş verdiyini və 12 ballıq cədvəllə qiymətləndirildiyi barədə məlumat verir.
Nəticə.
1. Zəlzələ təbii fəlakətdir, təhlükəli hadisədir.
2. Zəlzələ zamanı davranış qaydalarına əməl etməlidir.
Müəllim refleksiya vərəqələri paylayır:
1) Özünüzü necə hiss edirsiniz?
2) Dərs sizdə hansı hissləri yaratdı?
3) Bu gün nə öyrəndiniz?
4) Öyrəndiyinizin sizin üçün əhəmiyyəti nədir
XI sinif
Mövzu: Fərdi mühafizə vasitələri və onlardan istifadə edilməsi
Stabndart: 3.1.2. Obyektlərdə mühafizə qaydaları təşkilini şəhr edir.
Məqsəd: Fərdi mühafizə vasitələrindən istifadə edir.
İş forması: Kollektiv və qruplarla iş
İş üsulu: Anlayışın çıxarılması, müzakirə
Resurslar: Azərbaycan Respublikasının xəritəsi, iş vərəqləri, internet materialları, kompyuter, proyektor, əlehqazlar, respiratorlar.
Dərsin gedişi:
Motivasiya:
Müəllim lövhədən bir sxem asır. Sualın cavabını tapmağı tapşırır.
Şagirdlər öz fərziyyələrini söyləyirlər və bu sualın açmasının Azərbaycanın sərhədləri olduğu açıqlanır.
Tədqiqat sualı: Azərbaycan sərhədlərində yerləşən ölkələrdə kütləvi qırğın halları yarada biləcək vasitələr hansılardır?
Tədqiqatın aparılması.
?
Şimalda
Rusiya
Şimal-qərbdə Gürcüstan
Cənubda İran
Şərqdə Xəzər dənizi
Qərbdə Ermənistan
Uzunluğu 2849 km-dir
1920-ci ilə kimi uzunluğu 3504 km olub
Müəllim hər hansi bir üsulldan istifadə edərək şagirdləri qruplara bölür və adlandırır. Onlara iş vərəqləri paylayır.
I iş vərəqi: Qərbdə Ermənistan, Şimalda Rusiyada Atom elektik stansiyaları movcuddur?
II iş vərəqi: Azərbaycanda və Gürcüstanda böyük kimya zavadları mövcuddur?
III iş vərəqi: Xəritəyə baxmaqla müəyyənləşdirin daha hansı ərazidə fövqəladə hadisə yarada bıləcək mənbələr ola bilər?
IV iş vərəqi : Göstərilən rayonlar arasında hansıları bədnam qoşularımız tərəfindən işğal olunub: Xocavənd, Ağdam, Beyləqan, Zərdab, Biləsuvar, Kəlbəcər, Laçın, Ağstafa, Tovuz, Gədəbəy, Qubadlı, Bərdə, Zəngilan, Tərtər, Xocalı, Füzuli, Ağcabədi, Cəbrayıl, Xankəndi, Şuşa, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Hacıqabul.
V iş vərəqi: Fərdi mühafizə vasitələrindən istifadə edilməsi işğal olunmuş rayonların azad edilməsində rolunu və əhəmiyyətini əsaslandırın?
Məlumat mübadiləsi:
Tədqiqat işi başa çatdıqdan sonra görülən işin nəticələrini şərh etmək və alınmış qərarı əsaslandırmaq üçün qrup öz nümayəndəsini seçir. Qruplar iş
vərəqələrini lövhədən asır və təqdimatlarını keçirirlər. Qrup nümayəndələri çıxış edir və sinifi öz qrup işinin nəticələri ilə tanış edir.
Təqdimatların sonunda müəllim kompyuter və proyektorun köməyi ilə aşağıdakı şəkili şagirdlərə göstərib Azərbaycan ərazilərindən kənarda və ərazisində olan zədələmə ocaqlarını qeyd edir və fərdi mühafizə vasitələrindən istifadə edilməsi texnologiyasına yiyələnmə hər insanın və əsgərin mənəvi-döyüş keyfiyyətlərinin və psixoloji hazırlığını yüksəldir işğal olunmuş torpaqların azad olunmasının əsasıdır.
2.4. Məzmun standartlarının şərhi1
X sinif
Standart
Məzmun
Açar sözlər 1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Dövlət və hərbi atributları tanıyır və onları şərh edir.
Azərbaycan Respublikasının dövlət atributları olan bayraq, gerb və himni, hərbi atributlar olan hərbi and və hərbi hissələrin döyüş bayrağı, onların rəmzi mənaları.
Dövlət atributu, hərbi atribut, bayraq, gerb, himn, hərbi and, döyüş bayrağı.
1.1.2. Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə təqdimat edir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi, Silahlı Qüvvələr və başqa silahlı birləşmələrin strukturu, təyinatı, milli təhlükəsizliyin təmin olunmasında rolu cəmiyyətdə yeri, ölkənin hərbi doktorinası,hərbi kadrların hazırlığı, səfərbərlik, gənclərin əcdadlarımızın qəhrəmanlıqları və SQ-nin adət-ənənələri ruhunda tərbiyəsi.
Silahlı Qüvvələr, Silahlı Qüvvələr, silahlı birləşmələr, struktur, hərbi doktrina, hərbi kadr, səfərbərlik. 1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biklər nümayiş etdirir.
1.2.1 Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid maddəalarını şərh edir.
Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq qanunverici aktlarına əsasən 23 sentiyabr 1994- cü il, 887 saylı qanunu ilə təstiq edilmiş daxili xidmət, intizam, qarnizon qaravul xidməti və sıra nizamnamələrinin ümumi müddəaları. Azərbaycan Respublikası Nazirlər kabinetinin “Hərbi vəzifə və səfərbərlik haqqında qanunu, çağırışaqədərki hazırlığın təşkili.
Konstitusiya, qanunvericilik, akt, xidmət, maddə,daxili xidmət, qaravul qarnizon, intizam, sıra, nizamnamə, nazirlər kabineti, hərbi vəzifə, səfərbərlik. 1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Sıra və İntizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.
İntizam nizamnaməsinin tapşırığı,əhəmiyyəti, hərbi nizam intizama riayət üzrə hərbi qulluqçuların vəzifələri.
Sıra nizamnaməsinin tapşırığı, əhəmiyyəti müddəaları, silahsız və silahlı sıra hərəkətləri, hissə və bölmələrin düzülüşü.
Intizam, nizamnamə, hərbi qulluqçu, sıra, bölmə,düzülüş.
1.3.2. Daxili xidmət qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh edir.
Daxili xidmət nizamnaməsinin ümümi müddəaları, tapşırığı və əhəmiyyəti. Hərbi qulluqçuların vəzifə borcları,onlar arasında qarşılıqlı münasibət, daxili qayda-qanun, vəzifəli
Daxili xidmət, qarşılıqlı münasibət, daxili qayda, vəzifəli şəxs, döyüş bayrağı, Hərbi And,
1 Məzmun standartalrının şərhinə aid verilmiş izahlar və aşar sözlər ancaq tövsiyə xarakteri daşıyır. Siniflər üzrə şagirdlərin inkişaf səviyyəsinə və marağına uyğun olaraq müvafiq dəyişikliklər və əlavələr etməklə onlara yaradıcı yanaşmaq məqsədəuyğun hesab edilir.şəxslərin vəzifə borcları, bölmələrin həyat tərzi, Himn, Hərbi And, hərbi hissələrin döyüş bayrağı. Qarnizon və qaravul xidməti nizamnaməsinin ümümi müddəaları, tapşırığı, əhəmiyyəti. Qarnizon qaravul xidmətinin təşkili qaydaları, xidməti təşkil edən və aparan vəzifəli şəxslrin vəzifə borcları.
Himn, Qarnizon, qaravul, qaravul xidməti. 2.1. Müasir ümumqoşun döyüşü üzrə bilk və bacarıqlar nümayiş etdirir.
2.1.1.Müasir ümumqoşun döyüş növlərini və döyüş təminatı növlərini izah edir.
Müasir ümumqoşün döyüşünün məqsədi, tapşırığı və xarakteri, hücum, müdafiə, qarşı-qarşıya döyüş növləri, bütün qoşun növlərinin birgə apardığı döyüş, ən müsir silahlardan istifadə.
Müasir, ümumqoşun,
döyüş, döyüş növləri, qoşun növləri, müasir silah.
2.1.2.Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini nümayiş edir
Motoatıcı manqanın təşkili, döyüş imkanları, hücumda və müdafiədə, manqanın döyüş tapşırığı yürüş, döyüşqabağı və döyüş düzülüşləri.
Motoatıcı, manqa, təşkil,
döyüş imkanları, hücum,
müdafiəyürüş, döyüşqabağı düzülüş, döyüş düzülüşü. 2.2. Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir. 2.2.1. Atıcı silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimat edir. Atıcı silahlar və əl qumbaraları ilə tanışlıq. Avtomatın, pulemyotun, snayper tüfənginin, qumbaraatanın və əl qumbaralarının , ümumi quruluşu (natamam sökülüb yığılması), hissə və mexanizmlərinin işi. döyüş xüsusiyyətləri, təyinatı, onlardan atəş üsulları, atəş mövqelərinin seçilməsi, texniki təhlükəsizlik qaydaları. Atıcı silah,döyüş xassələri, Avtomat, pülemyot, snayper, qumbaraatan, hissə və mexanizm, texniki təhlükəsizlik. 2.2.2.Manqanın mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş etdirir.
Manqanın mövqeyinin mühəndis təminatı tək əsgər,manqa və döyüş texnikaları üçün səngər. Mina-partlayış sədlər. Tank və piyada əleyhinə mina sahələri.
Manqa, mühəndis təminatı, mina partlayış, tank, piyada, səd.
2.2.3.Zirehli döyüş texnikaları haqqında biliklərini şərh edir.
Azərbaycan Silahlı Qüvvələrinin və başqa dövlətlərin silahlanmasında olan tank, BMP, BTR və s. döyüş texnikalarınin taktiki-texniki göstəriciləri
Tank, döyüş texnikası, taktika, BMP, BTR, 2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutlarla hərəkəti tətbiq edir.
Xəritəsiz ərazidə səmtləşmə üsulları,oriyentir əsasında səmtləşmə, azimut haqqında anlayış, azimutla hərəkət qaydaları, kompasla iş, qütblərin müəyyən üsullarla təyin edilməsi.
Səmtləşmə,səmtləşmə üsulları,azimut, kompa, qütb 2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair biliklər nümayiş etdirir.
2.4.1.Fövqəladə hadisələri təsnif edir.
Mülki müdafiənin stukturu və təşkili, fövqəladə hadisələrin xarakterinə əsasən təsnifatı. Kütləvi qırğın silahları, nüvə, kimyəvi, bioloji, təbii fəlakətlər; meşə yanğınları, zəlzələ, sel, subasma, yanğın, qar uçqunu. Nüvə dağıntı ocaqlarında xilasetmə işləri, bakterioloji bioloji silahın məhvedici təsiri, kimyəvi silahın məhvedici xassələri, onlardan mühafizə üsulları.
Fövqəladə hadisə, təsnifat, kütləvi qırğın, silah, təbii fəlakət
2.4.2.Təbii fəlakətlər haqqında biliklərini şərh edir.
Təbii fəlakətlər zəlzələ, subasma, sel, sürüşmə, qar uçqunu, meşə yanğınları onların xarakteristikası, mümkün nəticələri, xəbərdaredici siqnallar, əhalinin hərəkəti, xilasetmə işləri.
Təbii fəlakət, zəlzələ, subasma, qar uçqunu, xəbərdaredici siqnal, xilasrtmə.
2.4.3. Kütləvi qırğın silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh edir.
Mülki müdafiənin təşkili, məqsədi, vəzifələri, Kütləvi qırğın silahları nüvə, kimyəvi, bioloji. Nüvə silahının dağıdıcı amilləri onlardan mühafizə, xilasetmə tədbirləri, tibbi yardımın tapşırığı, növləri, kimyəvi silahların əsasları işlədilmə prinsipləri, bioloji silahların əsasları, növləri xüsusiyyətləri, sanitar dəstələrin zədələnmə ocaqlarında işi.
Kütləvi, qırğın silahlar, kimyəvi, bioloji, nüvə, mülki müdafiə, zədələnmə ocaqları. 2.5.Mühafizə vasitələrindən istifadə edir.
2.5.1.Fərdi mühafizə vasitələri haqqında biliklərini şərh edir.
Fərdi mühafizə vasitələri, onlardan istifadə qaydaları, onlara texniki qulluq, fərdi mühafizə vasitılərindən istifadə üzrə xüsusi normativlər.
Fərdi, mühafizə, vasitə,texniki qulluq, normativlər.
2.5.2.Kollektiv mühafizə vasitələri haqqında biliklərini nümayiş etdirir.
Kollektiv mühafizə vasitələri, sığınacaqlar və orada olan otaqların təyinatı, radiasiya əleyhinə daldalanacaq, sadə tipli daldalanacaqlar, təbii daldalanacaqlar, xilasetmə tədbirlərinin təşkili, təhlükəsizlik qaydaları
Kollektiv, mühafizə, vasitələri, radiasiya, daldalanacaq, xilasetmə, təhlükəsizlik. 3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlam həyat tərzini təşkil edən amillər haqqında biliklərini nümayiş etdirir.
Sağlam həyat tərzi, əhəmiyyəti, sağlamlığın mühafizəsi, orqanizmin möhkəmləndirilməsi, xəstəliklərin profilaktikası, səmərəli qidalanma, zərərli vərdişlər, təhlükəli yolxucu xəstəliklər.
Sağlam həyat tərzi, sağlamlığın mühafizəsi, orqanizm, profilaktika, zərərli vərdişlər, yolxucu xəstəliklər.
3.2. İlk tibbi yardım göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
Tibb xidmətinin təşkili və ilk tibbi yardım növləri, yaralanmalar, qanaxmalar, boğulma, tok vurma,gün vurma, qapalı və açıq sınıqlar, zəhərli bitkilərdən, göbələkdən zəhərlənmə, ilan və həşərat dişləmələri zamanı ilk tibbi yardım. Sarğıqoyma.
Tibbi yardım,yaralanma, bədbəxt hadisə, zərərçəkənlər, açıq və qapalı sınıq, zəhərli bitkilər, ilan, həşərat, sarğıqoyma.
3.2.2. Radioaktiv və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
Radioaktiv və kimyəvi zədələnmələr, ilk tibbi yardımın məqsədi, qaydaları əhəmiyyəti, təşkili ardıcıllığı, radioaktiv və kimyəvi zədələnmələrin tibbi profilaktikası, sanitar təmizləmələr hissə-hissə təmizləmələrin, hissə-hissə diqezasiya, zəhərlənmə əleyhinə paketdən istifadə.
Radioaktiv və kimyəvi zədələnmə, tibbi yardım,
profilaktika, hissə-hissə təmizləmə, diqezasiya, zəhərlənmə əleyhinə paket.
3.2.3. Bioloji vasitələrdən və yolxucu xəstəliklərdən mühafizə qaydalarına əməl edir.
Bakterioloji (bioloji)vasitələr, yolxucu və infeksion xəstəliklərin profilaktikası, karantin və observasiya haqqında məlumat
Bakteriyoloji (bioloji) vasitələr, yolxucu xəstəlik,
Infeksion, xəstəlik profilaktika, Karantin,
observasiya.
XI sinif
1.1.Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafını barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixi və inkişafı haqqında təqdimatlar edir.
Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, ordu quruculuğu, Silahlı Qüvvələrin yaranması, tarixi, inkişafı və döyüş yolu.
Dövlət müstəqilliyi,Silahlı Qüvvələr, ordu quruculuğu,döyüş yolu,
1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin qoşun növlərinin strukturu və vəzifələri barədə təqdimatlar edir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qoşun növləri olan quru qoşunları, hərbi hava qüvvələri və hərbi dəniz qüvvələri, onların strukturu, vəzifələri, təyinatı
Silahlı Qüvvələr, struktur, vəzifələr,qoşun növləri 1.2.Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biliklər nümayiş etdirir.
1.2.1.Hərbi nizamnamələrin müddəalarının yerinə yetirilməsinə dair bilikləri nümayiş etdirir.
Azərbaycan Respublikası Silahlı Qüvvılərinin Ümumqoşun nizamnamələri, ayrı-ayrılıqda müddəaları onların tapşırığı, mahiyyəti və əhəmiyyəti.
Hərbi nizamnamələr 1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1. 3. 1. Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.
Daxili xidmət nizamnaməsinin ümumi müddəalar: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının ümumi
Daxili, xidmət, nizamnamə, ümumi vəzifələr, qarşılıqlı münasibət,vızifələri, onlar arasında qarşılıqlı münasibət hərbi hissələrdə və bölmələrdə daxili qayda-qanun və əsas vəzifəli şəxslərin vəzifə borcları.
1.3.2.Sıra təlimi nizamnaməsinin tələblərini yerinə yetirir.
Sıra və onların idarə olunması, silahsız sıra üsulları və yeriş, silahsız hərbi salamvermə, sıradan çıxma və rəisə yaxınlaşma, silahlı sıra hərəkətləri, manqanın düzülüşü, hərbi qulluqçuların maşına minmədən öncə və maşında hərəkəti.
Sıra, təlim, nizamnamə, silahlı hərəkət, salamvermə, düzülüş, manqa. 2.1.Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir. 2.1.1. Müasir mumqoşun döyüşünün təşkili və döyüş təminatı (kəşfiyyat, mühəndis) haqqında təqdimat edir. Müasir döyüşün ümumi xarakteristikası, atəş sistemi, döyüşdə manevr, qarşılıqlı əlaqə, atış və bölmələrlə idarə, kəşfiyyatın aparılma üsulları və təşkili, mina partlayış maniələri, partlamayan mühəndis maneələrinin təyinatı və növləri.
Müasir döyüş, atəş sistemi, manevr, kəşfiyyat, mühəndis, min-partlayış, maneələr.
2.1.2 Motoatıcı tağımın təşkili və döyüş imkanlarını şərh edir.
Motoatıcı tağımın təşkili, döyüş imkanları, hücumda və müdafiədə, tağımın döyüş tapşırığı yürüş, döyüşqabağı və döyüş düzülüşləri.
Motoatıcı, tağım, döyüş imkanı, döyüş tapşırığı, yürüş, döyüş düzülüşü. 2.2.Müasir döyüş vasitələri üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.2.1.Atıcı silahlardan istifadə və onlara texniki xidmət qaydalarına əməl edir.
Atıcı silahlar,onlardan istifadə qaydaları, atəşin əsasları, döyüş xüsusiyyətləri, təyinatı, atəş mövqelərinin seçilməsi, texniki təhlükəsizlik qaydaları,silahlara texniki xidmət.
Atıcı silahlar, istifadə qaydaları, döyüş, atəş mövqeyi, təhlükəsizlik qaydaları, texniki xidmət.
2.2.2. Mina-partlayış qurğularının ümumi quruluşunu, tətbiqi üsullarını şərh edir.
Mina-partlayış qurğuları, ümumi quruluşu və qurulma qaydalarını, tank və piyada əleyhinə minaların taktiki-texniki xassələri.
Mina, partlayış, qurğular, quruluş, tank, piyada. 2.2.3.Zirehli döyş texnikaları ilə mübarizə üsulları barədə təqdimatlar edir.
Zirehli döyüş texnikaları Tank, BMP, BTR, taktiki-texniki məlumat, döyüş imkanları, onlarla mübarizə üsulları.
Zireh, texnika, döyüş imkanı, Tank, BMP,BTR.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Topoqrafik xəritələrdən istifadə edir.
Topoqrafik xəritələrin əhəmiyyəti,oxunması,təyi-natı, xəritələrin miqyası və böyümə prinsipləri, coğrafi və düzbucaqlı koordinatların təyin edilməsi və xəritənin köməyi ilə ərazidə hərəkət.
Topoqrafik xəritə, xəritənin oxunması, xəritənin təyinatı, xəritənin miqyası, böyümə prinsipi,coğrafi koordinat, düzbucaqlı koordinat,
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir.
Mülki müdafiənin strukturu, təşkili, müxtlif növ fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi qaydalarının ardıcıllığı və uyğun tədbirlər, xəbərdarlıq siqnalları, əhalinin köçürülməsi, sığınacaqlar, radiasiya, kimyəvi və bakterioloji kəşfiyyatın təşkili və s.
Fövqəladə hadisələr, mühafizə, köçürülmə, xəbərdarlıq, radiasiya, kimyəvi, bakterioloji, kəşfiyyat.
2.4.2. Təbii fəlakət zonalarında əhalinin hərəkəti və mühafizəsi barədə təqdimat edir.
Təbii fəlakətlər, ərazilərə görə xarakterikliyi, nəticələrin təqribi proqnozlaşdırılması, təbii fəlakətlərin əhaliyə çatdırılma ardıcıllığı, əhalinin davranış qaydaları, xilasetmə tədbirləri, xilasetmə tədbirlərində əhalinin hərəkəti.
Təbii fəlakətlər, xilasetmə tədbirləri. 2.4.3.Kütləvi qırğın silahlarının növlərinin (nüvə, kimyəvi, bioloji) dağıdıcı vasitələri və onlardan mühafizə üsullarını şərh edir.
Kütləvi qırğın silahlarının növləri, dağıdıcı amilləri, törətdiyi fəsadlar, mülki müdafiənin təşkili ardıcıllıqları.
Kütləvi qırğın, fəsadlar, mülki müdafiə.
2.5.Mühafizə vasitələrindən istifadə edir.
2.5.1.Fərdi mühafizə vasitələrindən istifadə etdir.
Fərdi mühafizə vasitələri, növləri istifadə qaydaları
Fərdi mühafizə vasitələri
2.5.2. Radiasiya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə etdir.
Radiasiyaya nəzarət, dozimetrik cihazlar, kimyəvi kəşfiyyat, cihazlarindan istifadə qaydaları.
Radiasiya, nəzarət, dozimetrik, kimyəvi, kəşfiyyat, cihaz 3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1.Sağlamlığın mühafizəsi haqqında təqdimat edir.
Sağlam həyat tərzi, rejimlə yaşama həyat fəaliyəti, yüksək iş qüvvəsinin təminatı, insanın həyat fəaliyətinin əsas elementləri (zehni, və fiziki yük, fəal istirahət, yuxu, qidalanma və s.).Yüksək yaşayış tərzini əhatə edən həyat fəliyəti elementlərinin səmərəli əlaqələndirilməsi, fiziki aktivlik, pis vərdişlərin sağlamlığa zərəri, şəxsi gigiyena.
Sağlamlıq, mühafizə, həyat tərzi, fiziki aktivlik, şəxsi gigiyena, zərərli vərdiş. 3.2.İlk tibbi yardımın göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1.Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikası və ilk tibbi yardım qaydalarına əməl edir.
Fövqəladə hadisələr, tibb xidmətinin təşkili zədələnmələrin xarakteri, müvafiq ilk tibbi yardımın göstərilməsi.
Fövqəladə hadisələrdə zədələnmələr, profilaktika
3.2.2. Radioaktiv və kimyəvi
Radioaktiv və kimyəvi zədələnmələr, ilk tibbi yardım qaydaları,
Radiasiyaya şüalanmalar, kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir. onun təşkili ardıcıllığı, radioaktiv və kimyəvi zədələnmələrin tibbi profilaktikası, sanitar təmizləmələr, hissə-hissə təmizləmələr, hissə-hissə diqezasiya, zəhərlənmə əleyhinə paketdən istifadə, xəstələrə xidmət.zədələnmələr. Dezinfeksiya.
3.2.3. Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair təqdimat edir.
Yolxucu xəstəliklər, onların profilaktikası və onlarla mübarizə, yayılma və keçmə mexanizmləri, karantin və opservasiya haqqında məlumat.
Yolxucu, xəstəliklər, profilaktika, karantin observasiya.
Resurslar
1. Kartlar
2. Mulyaj
3. Fiqur
4. Plakat(izahedici materiallar).
5. İşçi vərəqləri
6. İKT materialları
7. Kompyuter
8. Proyektor
9. Müxtəlif məzmunlu şəkillər
10. Marker
11. Flipçat
12. Ensiklopediyalar 13. X-XI siniflər üzrə "Çağırışaqədərki hazırlıq" dərslikləri
14. MIMIO lövhə
15. Təlim minaları.
16. Təlim əl qumbaraları
17. AKM silahının maketi
18. Təlim xəritələri
19. Kompas
20. Transportir
21. Binokl
22. Təlim nişanalma qutusu
23. Bel
26. Dozaölçən cihazlar
27. Mühafizə geyimləri
28. Əlehqazlar
29. Respiratorlar
30. Süngü bıçaq maketləri
31. Saniyəölçən
Tezaurus
Təlimin məzmunu- şəxsiyyətin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur.
Təlim nəticəsi- müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutlan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Məzmun xətti- fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissəsidir.
Məzmun standartı- dövlətin təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbdir.
Qiymətləndirmə standartı- təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
Təlim strategiyası- təhsil prosesində istifadə olunan forma, metod, üsul və vasitələrin məcmusudur.
Kurrikulum- təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.
Dərslik- dövlət təhsil standartları əsasında hazırlanmış kurrikulumlara uyğun olan, şagirdlərdə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişlərinin aşılanmasına, demakratik dünyagörüşünün formalaşmasına imkan yaradan, onları düşünməyə sövq edən, məntiqi təfəkürü inkişaf etdirən, tətbiqi xarakter daşıyan, inteqrativ xüsusiyyətə malik əsas dərs vəsaitidir.
İnteqrasiya-müəyyən təhsil sistemi çərcivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişaf və özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmağı və onları sistemləşdirməyi tələb edən didaktik prinsipdir. Dünyanın təhsil təcrübəsində şaquli və üfüqi olmaqla onun iki növündən istifadə edilir.
Milli kurrikulum- ölkə miqyasında təhsilin hər bir pilləsindəki fəaliyyətlərin həyata keçirilməsinə imkan yaradan və onları istiqamətləndirən konseptual sənəddir.
Fənn kurrikulumu- fənn üzrə fəaliyyətləri istiqamətləndirən konseptual sənəddir.
Pedaqoji innovasiya- təhsil müəssisələrində, pedaqoji nəzəriyyələrdə, müəllim və şagirdlərin fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul və vasitələrində, idarəetmədə, məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə baş verən yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada davam etdirilir, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə cevrilir.
Nəticəyönümlülük- yeni kurrikulumların hazırlanmasında nəzərə alınmış əsas prinsiplərindən biridir. Bu pirinsipin tələbinə görə müəyyən olunmuş bacarıqlardan ibarət zəruri məzmun nəticələr formasında verilir.
Taksonomiya- yanan sözdür (taxus-qayda ilə yerləşmə+qanun deməkdir), təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə botanika və zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi orqanizmilərinin qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cu illərdə psixologiyada istifadə olunmağa başlanmışdır.
Şəxsiyyətyönümlülük – Milli Kurrikulumun hazırlanması zamanı nəzərə alınmış didaktik prinsiplərdən biridir. Onun tələbinə görə, kurrikulumların tərkibində olan təlim standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri şagird şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar əsasında yaranan keyfiyyətlərin formalaşmasına yönəlir. Çox vaxt bu keyfiyyətlər kompetensiyalar (səriştələr, qabiliyyətlər), dəyərlər və ya mədəniyyətlər terminləri ilə ifadə edilir. Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil, milli səviyyədə müəyyən olunmuş ümumi nəticələrə uyğun səviyyənin (kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun səviyyənin) əldə edilməsidir.
Təhsildə qiymətləndirmə sistemi- beynəlxalq milli və məktəb səviyyələrində aparılan qiymətləndirməni əhatə edir. Orada zəruri məzmunun (qiymətləndirmə standartlarının), vasitələrin (test, sual və s.), formaların, üsulların müəyyənləşdirlmə-sini və onların reallaşdırılmasına aid prosedurları özündə birləşdirir.
Fəal (interaktiv) təlim- şagirdlərin idrak fəallığına əsaslanır, təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.
Mulyaj-mumdan, gipsdən və s. dən model, tökmə.
İdrak fəaliyyəti- idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların fikrincə, idrak fəaliyyətində bilmək, anlamaq, tətbiq etmək, sintez etmək və dəyərləndirmək əsas mərhələlər hesab olunur. Müasir təhsil konsepsiyasına görə, şagirdin təlim fəaliyyətinin psixopedaqoji əsasını məhz həmin parametrlər təşkil edir. Ona görə də “hafizə məktəbi”ndən fərqli olaraq “təfəkkür məktəbi”ndə təlim stanadartları hazırlanarkən onlar əsas götürülür.
İstrifadə olumuş ədəbiyyat
1. Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı, Bakı, 1999.
2. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2003.
3. “Təhsil haqqında Azərbaycan Respublikasının qanunu”. Bakı, 2009.
4. “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”. Bakı, 3 iyun 2010-cu il, 27 səh.
5. Abbasov Ə. Yeni kurikulumların səciyyəvi xüsusiyyətləri, “Kurikulum jurnalı”, №1.
6. Kərimov F., M.Əhmədova, G.Varella və b. İnteqrativ kurrikulum: mahiyyət və nümunələr, Bakı, 2006
7. Azərbaycan Respublikası Silahhlı Qüvvələrinin Ümumqoşun Nizamnamələri. Bakı Hərbi Nəşriyyat, 2007, 488 səh.
8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Döyüş Nizamnamələri (Tağım, Bölük, Tabor).
9. Mülki Müdafiə haqda Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997.
10. Veysova Z. Fəal təlim metodları. Bakı, 2007.
11. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı, “Təhsil”, 2008, 480 səh.
12. Kurikulumların hazırlanması və tətbiqi məsələləri. Bakı, “Kövsər”, 2008, 224 səh.
13. İbtidai siniflər üçün yeni fənn kurikulumlarına dair gündəlik planlaşdırma nümunələri. Bakı, “Kövsər”, 2010, 196 səh.
14. Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları). Bakı, “Kurikulum” jurnalı, 2010, №3, səh. 115-130.
15. Kurikulum islahatı: tədqiqatlar, nəticələr. Bakı, “Mütərcim”, 2011, 344 səh.
16. Ümumi təhsilin fənn standartları (I-XI siniflər). Bakı, “Mütərcim”, 2012, 402 səh.
17. Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə Konsepsiyası. Bakı, “Kurikulum” jurnalı, 2009, №2, səh. 138-150.
18. Аверин А.И., Ендовцкий Н.К., Лонопляник В.М. и др. Учебно методическое пособие по начальной военной подготовке. М.: Просвещение, 1882, 270 с.
19. Аверин А.И., Выдрин Н.К., Ендовцкий Н.К. и др. Начальная военная подготовка. М.: Воениздат, 1985, 255 с.
20. Брысин П.М. Учебно–материальная база начальной военной подготовки в школе. М.: Просвещение, 1989, 191 с.1