Azərbaycan Respublikasının rəsmi bayramı
1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olununan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi.
Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin sədri olmuş (1969-1982), daha sonra Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın
daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin
yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma
meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi varlığına
birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik
müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də
xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun
nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə
ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə,
Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi
hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra
isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf
rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı
məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya
doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bi
vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan
Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.
Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.
Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın
Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis
bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki,
xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.