BAKI 2015.
Prezident İlham Əliyev: "Avropa Oyunları bizə imkan verəcək ki, Azərbaycanı olduğu kimi dünyaya təqdim edək"
Ölkənin 60 bölgəsinə səfər etmiş məşəl bu gün Avropa Oyunlarının doqquz idman obyektini gəzdi
Bakı 2015-in alov səyahətinin paytaxtda növbəti ünvanları Avropa Oyunlarının idman obyektləri oldu. Bu gün məşəl 18 idman obyektindən 9-nu gəzdi.
Alov səyahətinin BMX Veloparkında keçən anlarının bələdçisi “Nə? Harada? Nə vaxt? intellektual oyunları üzrə dünya çempionu Balaş Qasımov oldu. Sonra Alovu Azərbaycanın sinxron üzgüçülük üzrə milli komandasının üzvü Tatyana Nikitina Bakı Su İdmanı Mərkəzi boyunca aparıb.
Məşəli Basketbol Arenasında Azərbaycan idmançısı Elxan Əliyev daşıyıb. Daha sonra Alov Dağ Velosipedi Parkında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucova verilib.
Fəal gənc Şahin Seyidzadə Tofiq Bəhramov adına Respublika Stadionuna səfərin məşəlçisi oldu.
Bax:Bakı 2015.