Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

24 DEKABR - ALI BAŞ KOMANDANIN DOĞUM GÜNÜDÜR !

 Ali baş komandan İlham Heydər oğlu Əliyev
 (d. 24 dekabr 1961BakıAzərbaycan SSRSSRİ) — Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş Naziri(2003), Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən), Yeni Azərbaycan Partiyasının sədri (2005-ci ildən).
İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.
2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.
2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.
2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Azərbaycanrusingilisfransız və türk dillərini bilir.
Ailəlidir. Üç övladı, dörd nəvəsi vardır.

9 OKTYABR - MİLLİ ORDUNUN YARADLMASI HAQDA AZƏRBAYCAN ALİ SOVETİNİN TARİXİ QƏRARI.

  9 OKTYABR 
     İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
9 oktyabr 1992–ci ildə Bakının "Azadlıq" meydanında Azərbaycan Milli Ordusunun ilk hərbi paradı keçirilib.
Paradda Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri, o cümlədən Qarabağda Ermənistan işğalçı qüvvələrinə qarşı bir sıra uğurlu əməliyyatlar keçirmiş ordu hissələri iştirak edib.

IV İslam Həmrəyliyi Oyunları

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi olub.22 May 2017.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev mərasimdə iştirak edib. 
Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. İslamiadanın yarışları, sözün həqiqi .

IV İslam Həmrəyliyi Oyunları

IV İslam Həmrəyliyi Oyunları.

2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq islam oyunları. 2017 İslam Həmrəyliyi Oyunlarının 12-22 may tarixləri arasında baş tutması nəzərdə tutulub. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
2014-cü ildə 24 iyul tarixində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyası baş tutdu. Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov Bakı şəhərinin təqdimatı ilə çıxış etdi. Assambleya çərçivəsində "Bakı 2017" namizədlik kitabının təqdimatı olub. Daha sonra assambleyda səs vermə baş tutdu və tam yekdilliklə Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını ev sahibliyi etmək hüququ qazandı.
2015-ci ildə 7 aprel tarixində IV İslam Həmrəyliyi Oyunları barəsində müqavilə imzalandı. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud imzaladığı müqaviləyə əsasən IV-cü İslam Həmrəyliyi Oyunlarının proqramına 20 idman növü, o cümlədən Azərbaycanın milli idman növü olan zorxana əlavə olundu.
2015-ci ildə 2 noyabr tarixində Azərbaycanın Bakı şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının iclası baş tutdu. Nihat Ustanın sədrliyi ilə keçirilən Əlaqələndirmə Komissiyasının iclasında Azərbaycan adından Azad Rəhimov, Çingiz Hüseynzadə Könül Nurullayeva və digər nümayəndələr qatıldı.
2016-cı ildə 13 may tarixində Bakı 2017 İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitəsiləri üçün Açıq Gün baş tutdu. IV-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 39 İslam dövlətinin Milli Olimpiya Komitəsinin üzvlərini qəbul etdi.

HƏRBİ-VƏTƏNPƏRVƏRLİK TƏDBİRİ.

Şəhidlər ölməz ! Vətən bölünməz ! “

Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər görülür, müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də,  1-4aprel 2016-cı il tarixində baş vermiş 4 günlük müharibənin ildönümü ilə əlaqədar olaraq, 4aprel 2017-ci il tarixində Sumqayıt şəhəri internat tipli gimnaziyada  keçirilmişdir.
 “Şəhidlər ölməz ! Vətən bölünməz ! “ adı ilə keçirilən tədbir, bu döyüşlərdə düşmən təxribatının qarşısını alarkən,vətən uğrunda şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsinə həsr olunmuşdur. Tədbirə şəhid Həsənov Elvinin anası Həsənova Mətanət və şəhid Bayramov Şulanın atası Bayramov Bayram , Sumqayıt Şəhər  Veteranlar Şurasının sədri Tərlan Hacızadə , Sumqayıt şəhəri Təhsil Şöbəsinin metodisti İlham Mirzəliyev, orta məktəblərin GÇH Rəhbərləri Mübariz Muradov, Əlövsət Cavadov, Zaur  Qurbanov və Qarabağ müharibəsi veteranları  dəvət  edilmişdilər.

   Tədbir əziz şəhidlərin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Şəhidlərə həsr olunmuş slayd-görüntülər izləndikdən sonra, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, mahnılar oxudular.Ordumuz haqqında da filmlər və slaydlar göstərildi. Dəvət olunan şəhid valideynləri  çıxış edərək, onları unutmadıqları üçün məktəb rəhbərliyinə və şagirdlərə minnətdarlıq etdilər.Onlar öz xatirələrini məktəblilərlə bölüşdülər. Daha sonra veteranlar adından söz Tərlan Hacızadəyə verildi. O, veteranlar adından məktəb kollektivinə təşəkkür edrək, tədbir haqqında öz fikirlərini bildirdi. Tərlan Hacızadə öz çıxışında belə tədbirlərin gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını qeyd etdi. Çıxışının sonunda o, bu tədbirlərin davamlı olacağına inandığını bildirərək, məktəblilərə uğurlar arzuladı. Sonra qonaq gəlmiş GÇH Rəhbərləri adından Mübariz Muradov çıxış etdi. O, Hərbi-vətənpərvərlik tədbirlərinin vacibliyini qeyd edərək, ordu  ilə xalqın hər zaman bir olduğunu söylədi. Sonda çıxışışını Ali Baş Komandan İlham Əliyevin sözləri ilə bitirdi : -“ 4 Günlük aprel müharibəsi vacibliyinə görə hökmən dərsliklərə  salınmalıdır.”Sonda məktəbimizin direktoru  İsmayıl Əliyev çıxış edərək,  öz adından və məktəb kollektivi adından, qonaqlara  və tədbir iştirakçılarına təşəkkür etdi. O, bildirdi ki, bu tədbir sonuncu deyil. Belə tədbirlər gənc nəslin təlim-tərbiyəsində və layiqli vətəndaş kimi yetişməsində böyük rol oynadığı üçün, bundan sonra da mütamadi olaraq keçiriləcək .

Sumqayıt şəhər , Internat tipli Gimnaziyanın
GÇH Rəhbəri Ramazanov Vasif Ağalar  oğlu.

MƏN KİMƏM !














2-5 aprel 2016-cı il tarixində, düşmən təxribatının qarşısını alarkən şəhid olanların əziz xatirəsinə ithaf olunur.


Mən kiməm.

   Mən kiməm ?!
   Mən böyük bir həlqədəki çoxlu-çoxlu zərrələrdən biriyəm. Bu zərrələr məndən ayrıla bilmədiyinə görə, mən də onlardan ayrıla bilmirəm.  
         Mən, əlində silah vətən keşiyində dayanan, soyuq və qarlı qış gecələrində, isti və bürkülü yay günlərində, yağışlı havada, dumanda, çəndə, ürəyi vətən sevgisilə alışıb yanan, gözünü qırpmadan ölümə gedən, uca məqamlara yüksələn kiçik bir əsgərəm ! Mən şəhid əsgərəm, qazi əsgərəm. Vətən torpağıyam, vətən daşıyam !Düşməni durduran sipər daşıyam !
      Mən zabitəm! Öz ailələrindən mənə əmanət edilmiş əsgərlərimlə, Vətən qalasını qoruyan mənəm. Düşmən qumbarasına sinə açaraq , vətən əmanətini qoruyan mənəm. Mübarizlər yetişdirən, düşmənə layiq olduğu yeri göstərən Fəridəm, Əhmədəm, Ramiləm ! Mən zabitəm !
     Mən həkiməm! Əynində ağ xalat, xalqının  sağlamlığının və gələcəyinin keşiyində duran mənəm.Ağ xalatı kimi təmiz vicdanını, xalqına xidmətlə qoruyan  mənəm !
    Mən fəhləyəm ! Əlləri qabarlı, alını tərli. Halal zəhmətilə ölkəin işıqlı gələcəyini quran mənəm !
    Mən övladam ! Mən nəvəyəm ! Dədələrin, babaların şərəfli davamçısıyam ! Elinə, adətinə, dininə bağlı, gələcəyin atasıyam, babasıyam !
    Mən hakiməm ! Ədalətim işıq saçır, ehtiyacı olanlara !
    Mən vəkiləm ! Mən tacirəm ! Mən bağbanam ! Mən kəndliyəm !
    Mən siyasətçiyəm ! Xalqın, vətənin maraqlarını hər şeydən üstün tutan, mənfur düşmənlərin hiylələrini, məkrli niyyətlərini alt-üst edən mənəm! Məhəmməd Əminlər, Heydərlər, İlhamlar mənəm !
    Mən müəlliməm ! Yüzminlərlə şagirdləri, yüzminlərlə əsgərləri, yüzminlərlə zabitlərin, yüzminlərlə şəhidlərin, yüzminlərlə həkimlərin, fəhlələrin, hakimlərin, vəkillərin, tacirlərin, bağbanların, kəndlilərin müəllimiyəm !
   Mən Azərbaycan adlı  böyük bir Vətənin yüz milyonluq zərrəsindən birisiyəm!!!
   Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam  !!!

Sumqayıt şəhəri , Fars-ingilis dilləri təmayüllü tam orta internat məktəbin  GÇH Rəhbəri, E.o. B.l-nt  Ramazanov Vasif Ağalar oğlu.


Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

2017-2018-ci tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin 10-cu siniflərinin istifadəsi üçün nəzərdə tutulan, ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında tərtib edilmiş dərsliklərə və həmin dərsliklər üzrə müəllimlərin işləməsi üçün hazırlanmış metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. 
Bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsində yerləşdirilir və yaxın müddətdə bütün layihələrin saytda yerləşdirilməsi başa çatacaqdır.
Sayta daxil olaraq “İctimai müzakirə” bölməsində yerləşdirilmiş istənilən dərslik və metodik vəsaitin PDF variantı ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür.
İrad və təkliflər  derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.
Təhsil Nazirliyi geniş ictimaiyyəti - sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.























Bax : ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ 10-cu sinif Dərslik


ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ 10-cu sinif Metodiki Vəsait