Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

HƏRBİ-VƏTƏNPƏRVƏRLİK TƏDBİRİ.

Şəhidlər ölməz ! Vətən bölünməz ! “

Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər görülür, müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də,  1-4aprel 2016-cı il tarixində baş vermiş 4 günlük müharibənin ildönümü ilə əlaqədar olaraq, 4aprel 2017-ci il tarixində Sumqayıt şəhəri internat tipli gimnaziyada  keçirilmişdir.
 “Şəhidlər ölməz ! Vətən bölünməz ! “ adı ilə keçirilən tədbir, bu döyüşlərdə düşmən təxribatının qarşısını alarkən,vətən uğrunda şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsinə həsr olunmuşdur. Tədbirə şəhid Həsənov Elvinin anası Həsənova Mətanət və şəhid Bayramov Şulanın atası Bayramov Bayram , Sumqayıt Şəhər  Veteranlar Şurasının sədri Tərlan Hacızadə , Sumqayıt şəhəri Təhsil Şöbəsinin metodisti İlham Mirzəliyev, orta məktəblərin GÇH Rəhbərləri Mübariz Muradov, Əlövsət Cavadov, Zaur  Qurbanov və Qarabağ müharibəsi veteranları  dəvət  edilmişdilər.

   Tədbir əziz şəhidlərin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Şəhidlərə həsr olunmuş slayd-görüntülər izləndikdən sonra, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, mahnılar oxudular.Ordumuz haqqında da filmlər və slaydlar göstərildi. Dəvət olunan şəhid valideynləri  çıxış edərək, onları unutmadıqları üçün məktəb rəhbərliyinə və şagirdlərə minnətdarlıq etdilər.Onlar öz xatirələrini məktəblilərlə bölüşdülər. Daha sonra veteranlar adından söz Tərlan Hacızadəyə verildi. O, veteranlar adından məktəb kollektivinə təşəkkür edrək, tədbir haqqında öz fikirlərini bildirdi. Tərlan Hacızadə öz çıxışında belə tədbirlərin gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını qeyd etdi. Çıxışının sonunda o, bu tədbirlərin davamlı olacağına inandığını bildirərək, məktəblilərə uğurlar arzuladı. Sonra qonaq gəlmiş GÇH Rəhbərləri adından Mübariz Muradov çıxış etdi. O, Hərbi-vətənpərvərlik tədbirlərinin vacibliyini qeyd edərək, ordu  ilə xalqın hər zaman bir olduğunu söylədi. Sonda çıxışışını Ali Baş Komandan İlham Əliyevin sözləri ilə bitirdi : -“ 4 Günlük aprel müharibəsi vacibliyinə görə hökmən dərsliklərə  salınmalıdır.”Sonda məktəbimizin direktoru  İsmayıl Əliyev çıxış edərək,  öz adından və məktəb kollektivi adından, qonaqlara  və tədbir iştirakçılarına təşəkkür etdi. O, bildirdi ki, bu tədbir sonuncu deyil. Belə tədbirlər gənc nəslin təlim-tərbiyəsində və layiqli vətəndaş kimi yetişməsində böyük rol oynadığı üçün, bundan sonra da mütamadi olaraq keçiriləcək .

Sumqayıt şəhər , Internat tipli Gimnaziyanın
GÇH Rəhbəri Ramazanov Vasif Ağalar  oğlu.