Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 26 avqust 2001-ci il

Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı hörmətli cənab Hüseyn Qıvrıqoğlu! Türkiyə Cümhuriyyətindən Azərbaycana qonaq gəlmiş hörmətli generallar, zabitlər, dostlar!

Azərbaycan Ali Hərbi Məktəbinin hörmətli müəllim-professor heyəti!
Azərbaycan Ali Hərbi Məktəbinin ilk məzunları və bütün kursantları!
Hörmətli xanımlar və cənablar!
Bu gün müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verir. Azərbaycanın Ali Hərbi Məktəbi son illər təkmilləşərək, inkişaf edərək, nəhayət, özünün ilk məzunlarını buraxır. Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan ordusu böyük gənc zabit korpusu ilə tamamlanır. Bunlar hamısı son on il içərisində Azərbaycanın müstəqilliyi naminə, dövlətçiliyi naminə, Azərbaycanın qüvvətlənməsi naminə görülən görkəmli işlərdən biridir.
Ordu quruculuğu asan iş deyildir. Müstəqillik əldə etmiş hər bir ölkə, azadlığa çıxmış hər bir xalq öz dövlətinin bütün təsisatlarını yaradır. Məlumdur ki, ötən illərdə müstəqil Azərbaycan bütün bu təsisatları yaradıbdır. Müstəqil dövlət kimi, hüquqi-demokratik dünyəvi dövlət kimi Azərbaycan artıq öz hakimiyyət orqanlarını yaradıb, onlar səmərəli fəaliyyət göstərir və Azərbaycanın müstəqilliyinin inkişaf etməsi üçün, dövlətçiliyinin möhkəmlənməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirirlər.
Bu sırada görülən bütün işlərdən ordu quruculuğu ən çətin, ən mürəkkəb bir sahədir. Əgər nəzərə alsaq ki, Azərbaycan on il bundan öncə dövlət müstəqilliyini əldə edəndə Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq üçün müharibə edirdi və onun mütəşəkkil hərbi hissələri, ordusu yox idi, onda, təsəvvür etmək olar ki, bu illərdə Azərbaycanda ordu quruculuğu sahəsində nə qədər böyük, ağır və çətin yol keçmişik.

Gənclərin çağırışaqədərki hazırlığından fəal dərs nümunəsi


Böyütmək üçün seçinFənn:  Gənclərin    çağırışaqədərki  hazırlığı
Sinif:  10
Mövzu: Kalaşnikov avtomatının (AK-74) quruluşu və təyinatı.
Standart: 2.2.1.Atıcı silahları  və onların taktiki-texniki göstəriciləri barədə təqdimatlar edir.
Məqsəd:
* AK 74-ün təyinatını aydınlaşdırır;
* Taktiki-texniki göstəriciləri barədə məlumat verir;
* Hissələrini sadalayır;
İnteqrasiya: Fizika 2.2.1., Kimya 2.1.4., Azərbaycan dili 1.2.4.
İş forması: Kollektivlə  iş, qruplarla iş.
İş  üsulları:   Beyin həmləsi, müzakirə, anlayışın çıxarılması.
Resurslar: Dərslik, plakatlar və videomateriallar, noutbuk, proyektor, flamastr, iş vərəqləri.
Dərsin gedişi: Sagirdlərlə salamlaşma, davamiyyətin yoxlanılması.
Motivasiyanın yaradılması:  Bu məqsədlə müəllim anlayışın çıxarılması üsulundan istifadə edərək, şagirdlərin diqqətini atıcı silah olan  Kalaşnikov avtomatına ( AK74 ) istiqamətləndirir.

Gənclərin çağırışaqədərki hazırlığı fənninin əhəmiyyəti və hədəfləri.



Qeyd edək ki, GÇH Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 saylı qərarı ilə təsdiq olunmuş "Gənclərin çağırışaqədərki hazırlığı" Əsasnaməsi ilə tənzimlənir və tədris olunur. Bu əsasnamənin I bəndinə əsasən "Gənclərin çağırışaqədərki hazırlığı" fənni, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, "Təhsil haqqında" və "Hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarına, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ-hüquqi aktlara əsasən həyata keçirilir.
Gənclərin çağırışaqədərki hazırlığı, adından da göründüyü kimi, gənclərin Silahlı Qüvvələrdə xidmətəqədərki hazırlığının tərkib hissəsidir. Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən  mühafizə  və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənirlər.
Azərbaycan müəllimi qəzetinə keçid.

1-ci Avropa Olimpiya Oyunları.

Avropa oyunlarında 2-ci olduq  !



Medallar

ReytinqÖlkəQızıl medalGümüş medalBürünc medalCəm
1
Rusiya Federasiyası Rusiya
794045
164
2
Azərbaycan Azərbaycan
211520
56
3
Böyük Britaniya Böyük Britaniya
181019
47
4
Almaniya Almaniya
161733
66
5
Fransa Fransa
121318
43
6
İtaliya İtaliya
102611
47
7
Belarus Belarus
101122
43
8
Ukrayna Ukrayna
81424
46
9
Hollandiya Hollandiya
8129
29
10
İspaniya İspaniya
81111
30
11
Macarıstan Macarıstan
848
20
12
Serbiya Serbiya
843
15
13
İsveçrə İsveçrə
744
15
14
Türkiyə Türkiyə
6419
29

Hərbi-texnoloji yeniliklər milli saytlarımızda



26-06-2015 

Bu gün - 26 iyun Azərbaycan Silahlı Qüvvələr günüdür.
Xeberler.az bu dəfə “Milli resurslar” rubrikası çərçivəsində hərb sahəsi ilə bağlı ölkəmizdə fəaliyyət göstərən milli saytları araşdırıb.
president.az Ali Baş Komandan, Prezident İlham Əliyevin hərb sahəsində qəbul etdiyi qanunlar və digər hüquqi sənədlər haqqında bu saytdan da məlumat öyrənmək mümkündür.
mod.gov.az Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi İnternet səhifəsidir. Ordumuz haqqında ən son xəbərləri bu saytdan izləyə bilərsiniz.
mdi.gov.az Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin rəsmi İnternet səhifəsidir.
dsx.gov.az Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi saytıdır.
seferberlik.gov.az saytında Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan barədə məlumatlar əldə edə bilərsiniz.
azeridefence.com saytında Azərbaycanın hərb sahəsində nailiyyətləri, xarici ölkələrlə əməkdaşlığı haqqında xəbərlər izləyə bilərsiniz. Sayt hərbi-texnoloji məlumatlandırma məqsədi daşıyır. Saytda Azərbaycan, Cənubi Qafqaz, Türkiyə, MDB məkanı ilə yanaşı dünyada baş verən hərbi-texnoloji yeniliklər barədə xəbərlər yer alır.
aahm.edu.az saytında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbulun qaydalarını oxumaq olar.
azerbaijans.com saytında Azərbaycanın hərb tarixi, görkəmli hərbçilərimiz, Azərbaycan legionu, hərbi rütbələr haqqında məlumat yığmaq mümkündür.
mtn.gov.az Milli Təhlükəsizlik Nazirliyinin rəsmi saytıdır. Portaldan hərbə aid xəbərlər oxuya bilərsiniz.
azerbaycanli.org saytında hərbi xadimlər, onların hərb tarixində göstərdikləri nailiyyətlər haqqında oxuya bilərsiniz.
fhn.gov.az Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi portalıdır.
dq.mia.gov.az Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edən hərbçilərin nailiyyətləri haqqında ən son məlumatlar saytda yerləşdirilib.
vasiframazanov.blogspot.com saytında hərbi rütbələr, paradlar, hərb sahəsinə aid xəbərlər və maraqlı məlumatları oxuya bilərsiniz.

Ruhəngiz Muradova

BAKI 2015 Avropa Oyunları .

BAKI  2015.
Bakı 2015

Prezident İlham Əliyev: "Avropa Oyunları bizə imkan verəcək ki, Azərbaycanı olduğu kimi dünyaya təqdim edək"

Bakı 2015-in Alovu Bakıya axşam saatlarında qayıqla gətirildi. Alovu neftçi Nahid Nuriyev Xəzər Dənizinin Bakı sahillərinin yaxınlığında yerləşən Neft Daşlarının istehsalat zavodundan gətirdi. Sonra Nahid Nuriyev məşəli prezident İlham Əliyevə təqdim etdi. Daha sonra prezident İlham Əliyev Bakı 2015-in Alovunu Dənizkənarı Park boyunca daşıdı.
Ölkənin 60 bölgəsinə səfər etmiş məşəl bu gün Avropa Oyunlarının doqquz idman obyektini gəzdi
Bakı 2015-in alov səyahətinin paytaxtda növbəti ünvanları Avropa Oyunlarının idman obyektləri oldu. Bu gün məşəl 18 idman obyektindən 9-nu gəzdi.
Alov səyahətinin BMX Veloparkında keçən anlarının bələdçisi “Nə? Harada? Nə vaxt? intellektual oyunları üzrə dünya çempionu Balaş Qasımov oldu. Sonra Alovu Azərbaycanın sinxron üzgüçülük üzrə milli komandasının üzvü Tatyana Nikitina Bakı Su İdmanı Mərkəzi boyunca aparıb.
Məşəli Basketbol Arenasında Azərbaycan idmançısı Elxan Əliyev daşıyıb. Daha sonra Alov Dağ Velosipedi Parkında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucova verilib. 
Fəal gənc Şahin Seyidzadə Tofiq Bəhramov adına Respublika Stadionuna səfərin məşəlçisi oldu.

“ŞAHİN” hərbi-idman oyunları.

Sumqayıtda “ŞAHİN” hərbi-idman oyununun şəhər birinciliyinə yekun vurulub.


Sumqayıtda “Şahin” hərbi-idman oyununun şəhər birinciliyinə yekun vurulub
 


Sumqayıtda yerləşən N saylı hərbi hissədə “Şahin” respublika hərbi-idman oyununun şəhər birinciliyinin final mərhələsi keçirilib. Tədbir Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Yarışın məqsədi böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.
AZƏRTAC xəbər verir ki, hərbi–idman oyununun şəhər birinciliyinin final mərhələsində 12 ümumtəhsil məktəbi, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və fars-ingilis dilləri təmayüllü orta internat məktəbinin VIII və X siniflərinin şagirdlərindən ibarət komandalar iştirak edib.
Əvvəlcə yarış iştirakçılarının şəhərin Bayraq Meydanından Heydər Əliyev prospekti və Sülh küçəsi boyunca ümummilli lider Heydər Əliyevin şəhərdəki abidəsinə qədər hərbi mahnıların sədaları altında təntənəli keçidi olub.

Sonra məktəblilərin yarışı keçirilib.
Yarışın nəticələrinə əsasən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası I yerə, 9 nömrəli tam orta məktəbin komandası II yerə, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Birinci yeri tutan komanda aprelin 20-də Xaçmaz şəhərində keçiriləcək zona birinciliyində Sumqayıtı təmsil edəcək.