Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.




31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayanazərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakinAzərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
 Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.
Azərbaycanın- son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Arazqırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

12 dekabr Ümummilli Lider Heydər Əliyevin Anım Günüdür !


   Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. 
   Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. 

 Orta ümumtəhsil məktəblərində gənc nəslin Çağırışaqədərki hazırlığı işində sıra təliminin rolu

Orta ümumtəhsil məktəblərində gənc nəslin Çağırışaqədərki hazırlığı işində sıra təliminin rolu
“Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. “
 Heydər Əliyev.
Açar sözlər:  Sıra təlimi, fiziki tərbiyə, sıra hərəkətləri
Key words:  line training, physical training,  line exercise
Ключевые слова: строевая подготовка, физическая культура, строевые приемы
          Bu gün dünya çox sürətlə inkişaf edir. Bu prosesdən geri qalmamaq üçün, milli təhsili yüksək səviyyədə inkişaf etdirmək günün vacib tələblərindəndir. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” inkişaf konsepsiyasında  müasir təhsil  sisteminin formalaşdırılması prioritet bəndlərdən biri kimi qeyd olunmuşdur.
      Müasir dünyada  təlim, təhsil, tərbiyə və möhkəm intizam bir-birini tamamlayır. Bu haqda danışdıqda ilk növbədə  ağıla gələn məktəb olur. Bu gün məktəblərimizdə təlim-tərbiyənin və təhsil səviyyəsinin yüksəldilməsi üçün, biz pedaqoqlar dünya təcrübəsindən yararlanmalı, bu işdə müasir yanaşmalardan istifadə etməliyik.
      Dünya təcrübəsinə müraciət etsək görərik ki, təlim və tərbiyə ilə məşğul olan  müxtəlif təyinatlı qurumlar intizamın yüksəldilməsi məqsədilə bir çox üsul və vasitələrdən istifadə edirlər. Sıra təliminin bu vasitələrdən biri olduğunu söyləsək yanılmarıq. Respublikamızın orta ümumtəhsil məktəblərində həftədə 2 saat olmaqla “Fiziki tərbiyə” və “Gənclərin çağırışaqədərki hazırlığı” fənnləri tədris olunur (İxtisaslar üzrə təmayülləşmiş məktəblərdə həftədə 1saat olmaqla). Bu fənlərin tədrisi zamanı şagirdlərə “Sıra təlimi”nin bəzi elementləri  öyrədilir. Məktəb həyatını və keçirilən əksər tədbirləri sırasız təsəvür etmək olmur. Sıra düzülüşü nizam-intizamın əsas meyarlarından biridir. Pedoqoji fəaliyyətimiz zamanı, düzğün qurulmuş təlim proesesində, şagirdlərin sıra fəndlərini böyük həvəslə öyrəndiklərinin və yerinə  yetirdiklərinin şahidi oluruq. Məktəblilərin sıra təlimi məşqlərinin düzgün planlaşdırılması və həyata keçirilməsi  peşəkarlıq tələb edir.  Məhz bu səbəbdən, gənclərin çağırışaqədərki rəhbərlərinin və fiziki tərbiyə müəllimlərinin ən çox çətinlik çəkdiyi bu sahədə müsbət nəticələr əldə etməsi üçün, həm pedaqoji  bacarıqlara və biliklərə, həm də müvafiq praktiki təcrübəyə malik olması vacib şərtlərdən biridir.

17 NOYABR - MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR !!!

MİLLİ DİRÇƏLİŞ GÜNÜ

           Картинки по запросу 17 noyabr milli dircelis gunu          
         
1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi.  Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı...
1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya  qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.

12 NOYABR - KONSTİTUSİYA GÜNÜ

12 NOYABR - KONSTİTUSİYA GÜNÜDÜR !

Картинки по запросу 12 noyabr konstitusiya gunu

Azərbaycan Respublikasının Konstitusiya Günü 
Azərbaycan Respublikasının əsas qanununun - Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
Azərbaycanın dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyev sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.

18 OKTYABR - MÜSTƏQİLLİK GÜNÜ

18  OKTYABR - MÜSTƏQİLLİK AKTININ QƏBUL OLUNDUĞU GÜNDÜR !

Картинки по запросу 18 oktyabr musteqillik gunu

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir  əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 
Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.  İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

5 OKTYABR - MÜƏLLİMLƏR GÜNÜ

5 OKTYABR - MÜƏLLİMLƏR GÜNÜDÜR !

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü" Albaniyada 8 martCənubi Koreyada 15 mayArgentinada 11 sentyabrÇində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.
Amma Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir. Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.

15 SENTYABR - BİLİK GÜNÜ

15 SENTYABR BİLİK GÜNÜDÜR !

Bilik günü — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.
15.09.2018

Təhsil naziri Ceyhun Bayramovun “Bilik günü” münasibəti ilə təbriki

Ramazan bayramı




Ramazan bayramı
Qafqaz Müsəlmanlar İdarəsinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumatda bildirilib ki, 2018-ci ilin Ramazan ayının təqviminə əsasən Azərbaycanda bu il Ramazan ayı may ayının 17-də başlayır. 
Ramazan bayramı (Fitr bayramı), (ərəb. عيد الفطر‎‎) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona catması münasibəti ilə qeyd edilir.
Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır! (Qədr surəsi, 3-5)




Təhsildə  inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibləri açıqlanıb

Mayın 23-də Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev brifinq iştirakçılarına məlumat verərək bildirib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün  elan edilib. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə ümumilikdə 850 layihə təklifi daxil olub.
Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 45 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllim qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Beyləqan, Quba, Balakən, İsmayıllı, Lənkəran və Şəmkirdir.
Brifinqdə bildirilib ki, müsabiqə üzrə layihə təklifləri fevralın 14-dən martın 16-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan şəxslər 25 may 2018-ci il  saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateroqiyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apellyasiya müraciəti edə bilərlər.
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə müasir təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı,  istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, eləcə də  sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması, psixoloji xidmətin təşkili və effektivliyinin artırılması, tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq edilməsi, tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi, təhsil və maarifçilik xarakterli tədbirlərin təşkili ilə bağlı mövzular üzrə keçirilib.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

 Hər iki kateqoriya üzrə müsabiqə qaliblərinin siyahısı:

1 İYUN - Uşaqların Beynəlxalq Müdafiəsi Günü.

Bütün Dünya Uşaqlarını Qoruyaq !


  Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb . Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

  

Novruz bayramı

Novruz bayramı — Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.Qədim zamanlardan  Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.


26  FEVRAL   1992-ci  il.

ŞƏHİD  XOCALIM  !

HƏR  ZAMAN  QƏLBİMİZDƏSƏN  !

26  FEVRAL  2017-ci  il.
Xocalı — Azərbaycanda şəhər, Xocalı rayonunun inzibati mərkəzi. Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub.Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və sairə var.

Xocalı qəbiristanlığı – son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar – Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı var.
Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqarçayın sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki istehkamdan ibarət qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. Şəhid olmuşdur 613. Əlil olmuşdur 657.Milli qəhrəmanlar 10. Erməni işğalçıları tərəfindən dağıdılmış,yandırılmış və talan olunmuşdur.
Xocalıda dulusçuluq, daş üzərində işləmə daha çox inkişaf etmişdi. Sənaye və tikinti obyektlərinin sayı 29, mədəni-məişət obyektlərinin isə 80 olaraq qeyd olunmuşdur.
Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşirdi. İqlimi mülayim-istidir.
Xocalının tarixi-mədəni abidələri :
  • Daş qutu nekropolu – tung dövrü ( Xocalı şəhəri Əsgəran dağı)
  • Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)
  • Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı rayonu)
  • Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)
  • Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)
  • Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda)
  • Xaçınçay nekropolu - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)
  • Küp qəbirləri nekropolu - tung dövrü (Armudlu kəndindən 2km. İlis kəndinə tərəf)
  • Kurqan - tung dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)
  • Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)
  • Köhnə qəbristanlıq - tung dövrü (çanaqçı kəndi)
  • Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)
  • Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)
  • Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı şəhəri)
  • Türbə – XlV əsr (Xocalı şəhəri)
  • Alban məbədi - 1100-ci il (Çanaxçı kəndi)
  • Alban məbədi - 1065-ci il (Çanaxçı kəndi)
  • Alban məbədi - 905-ci il (Şuşa kəndi)
  • Alban məbədi - 1122-ci il (Xansıx kəndi)
  • Alban məbədi - 1100-ci il (Xaçmaz kəndi)
  • Alban məbədi - 1202-ci il (Armudlu kəndi)
  • Qala – X əsr (Maşxmaat kəndi)
  • Qırxlar qalası – orta əsrlər (Badara kəndi)
  • Məbəd kompleksi - VII əsr ( Badara kəndi)
  • Qala - IX əsr ( Daşbaşı kəndi)
  • Əsgəran qalası - XVIII əsr ( Əsgəran qəsəbəsi)
  • Aslan qalası – IX əsr (Anabert kəndi)
  • Mədəb – XIII əsr (Xanabad kəndi).

Erməni işğalı nəticəsində dağıdılmış abidələr :
  • Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar;
  • Dini abidələrdən Meşəlidəki «Seyid qəbri»;
  • Xocalı Məbəd Yeri (50 hektar sahədə 100 məbədi əhatə edir);
  • Ən qədim insan məskənlərindən olan Azıx mağarası silah anbarına çevrilmişdir;
  • XIV əsrə aid olan Xocalı Məqbərəsi.