Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

Azərbaycan və Ermənistan ordularının müqayisəsi


Azərbaycan və Ermənistan ordularının müqayisəsi

Ermənistan ordusu Azərbaycan ordusundan təxminən 35 faiz azdı. Hər iki ordunun silahlarının əksəriyyəti Rusiya istehsalıdı.Azərbaycanın 47 döyüş qabiliyyətli təyyarəsi var. Ermənistanın döyüş qabiliyyətli təyyarələrinin sayı bundan 3 dəfə azdı. Bundan başqa, Azərbaycanın 6 müasir pilotsuz uçuş aparatı var – «Aerostar» və «Orbiter». Ermənistanda belə pilotsuz uçuş aparatları yoxdu. Raket qurğularına gəldikdə, hər iki tərəfdə arsenalın çoxunu «Qrad» qurğuları təşkil edir, amma Azərbaycan 12 ədəd daha müasir «Smerç» qurğularına da malikdi. Tank əleyhinə silahlara gəldikdə, Azərbaycanın arsenalı Ermənistandan təxminən 10 dəfə çoxdu. Azərbaycanın tankları və BTR-ləri Ermənistandan 3 dəfə çoxdu.