Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

Ulu öndər Heydər Əliyev və Azərbaycan təhsili


Azərbaycanda yerli hərbi kadrların yetişdirilməsi sahəsində də ulu öndərin böyük xidməti var. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Naxçıvanski adına hərbi məktəbin tikilməsi də, açılması da ulu öndərin adı ilə bağlıdır. Azərbaycanda bir sıra universitetlərin yaradılması, Azərbaycan universitetlərində yeni ixtisasların yaradılması, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması, bütün bunlar hamısı ulu öndərin adı ilə bağlıdır”.
Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" yeni fərman imzaladı. Fərman təhsil sisteminin əsaslı şəkildə inkişafına, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı. 2002-ci ilin sentyabrında Suraxanı rayonundakı 275 nömrəli məktəbdə olarkən Heydər Əliyev bu barədə demişdir: "Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması və təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm". Və çox keçmədi ki, həmin ilin oktyabr ayında "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzalandı. Bu sərəncam məktəblərdə təlim şəraitinin və təlim mühitinin yaradılmasında ciddi dönüşə səbəb oldu. Nəinki, təhsil siyasətinin həyata keçirilməsində, ümumən, ölkənin bütün sahələrində inkişafın təmin edilməsi üçün ümummilli lider Heydər Əliyev əlindən gələn hər nə varsa, onu heç vaxt xalqından əsirgəməyib.
Heydər Əliyev həyatın ona bəxş etdiklərini xalqının rifahı üçün çəkinmədən sərf etdi. Elə buna görə də xalq-Heydər -deyəndə bu fenomen insan da yalnız xalqım deyərək, onların üzündə təbəssüm və xoşbəxtlik ləçəyini yetişdirmək üçün çalışdı. Böyük əmək və zəhmət bahasına ölkəsini zirvələrə ucaltmaqla bərabər, özü də zirvələrə ucaldı. Ancaq, bütün dünyanın beynində və xalqının qəlbində özünə əbədilik qazandı. 
Mənbə : http://www.kepeztv.az