Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

Sumqayıtda məktəblilərin təntənəli hərbi paradı - FİTİM2014

version=2;autoplay=1;loop=1&" />




Böyütmək üçün şəkili seçinHər il olduğu kimi, bu ildə də ümummilli lider Heydər Əliyevin doğum günü şəhərimizin idarə və müəssisələrində, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında və bütün əmək kollektivlərində yüksək səviyyədə qeyd edildi. 

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev dövlətçiliyin əsas atributlarından biri kimi milli ordu quruculuğuna çox böyük diqqət yetirmiş, hər kəsin bu sahəyə qayğı və həssaslıqla yanaşmasını tövsiyə etmişdir.

Ulu öndərin tövsiyələrinə uyğun olaraq gənclər arasında milli orduya sevgini və inamı artırmaq, gələcəyin nümunəvi əsgərini yetişdirmək, sözün əsl mənasında vətənpərvər olmağı təbliğ etmək məqsədilə Sumqayıt məktəblərində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə xüsusi önəm verilir, "Azərbaycanın dövlətçilik tarixi" mövzusunda silsilə tədbirlər çərçivəsində konfranslar, müxtəlif idman oyunları, yarışlar və hərbi paradlar keçirilir.

Bu tədbirlərin yekunu olan mayın 6-da ulu öndərin abidəsi önündə təşkil olunmuş paradda Sumqayıt şəhərinin tam orta məktəblərini təmsil edən 47 məktəbin  "Şahin" komandaları,  ibtidai siniflərdə təhsil alan balaca "hərbçilər" də  olmaqla 3 mindən çox məktəbli iştirak etmişdir. Paradda yuxarı sinif şagirdləri ilə yanaşı, milli ordunun texnika və əsgərləri, hərbi orkestr, texniki yaradıcılıqla məşğul olan uşaqların düzəltdikləri tank və digər hərbi texnika  və 20 atlı dəstə də  iştirak etmişlər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, şəhərin ayrı-ayrı idarə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, təhsil işçiləri, məktəblilər, ümumiyyətlə, 10 minlərlə şəhər  sakini paradı izləmişdir. Məktəblilərin paradı ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önündən keçərək şəhərin küçələri boyunca müxtəlif istiqamətlərdə hərəkət etmişdir ki, bu da şəhər sakinlərində, ictimaiyyətdə böyük ruh yüksəkliyi yaratmış, gənclərimizin hərbi-vətənpərvərlik ruhunu daha da artırmışdır. Hərbi Rəhbərim olduğum FİTİM -də bu paradda 2013-cü ildə olduğu kimi layiqincə iştirak etmişdir. 
                                        

ŞAGİRDLƏRİMİZİN  PARADA  HAZIRLIQ  MƏŞQLƏRİ.
Hər  il  ənənəvi  olaraq  Sumqayıt  şəhərində  hərbi parad  keçirilir.Bu  tədbir  şagirdlərimizin  vətənpərvər  və  layiqli  vətəndaş  kimi yetişməsinə  xidmət edir. Fars-ingilis  dilləri təmayüllü  internat  məktəbinin  komandası  məşqlərə başlamışdır.Komandanın 49 üzvü  məşqlərdə fəal  iştirak edir.Təlim və məşqləri BBAKM məzunu , cəbhə bölgəsində 15 il zabit  xidmətləri olan baş leytenant ,FİTİM-in Hərbi Rəhbəri Vasif Ramazanov  şəxsən özü aparır.

 


NİZAM-İNTİZAM  QƏLƏBƏNİN   RƏHNİDİR!!!
                              TƏLİMDƏ  TƏR TÖKƏN  DÖYÜŞDƏ QAN TÖKMƏZ !!!
       
     HƏR   ŞEY   VƏTƏN   ÜÇÜN !!!
                                                      VƏTƏN  SƏNƏ  CANIM  FƏDA  !!!
 VƏTƏNƏ   MƏHƏBBƏT  ,DÜŞMƏNƏ   NİFRƏT  NİFRƏT  NİFRƏT!!!
 ASLANIN   ERKƏYİ   DİŞİSİ   OLMAZ !!!

 VƏTƏN   SAĞ   OLSUN !!!
AZƏRBAYCAN  ƏMİN  ƏLLƏRDƏDİR !!!