Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

Orta məktəblər təlim silahları və atış trenajorları ilə təchiz olunacaq

Azərbaycanda  geniş vüsət  alan ümumtəhsil məktəblərinin  tikintisi  və əsaslı  təmiri bir  vətəndaş  və  müəllim  olaraq  məni  də  sevindirir. Hərbi  Rəhbəri  olduğum  Sumqayıt Şəhəri   Fars- İngilis Dilləri  Təmayüllü  İnternat  Məktəb də yenicə  əsaslı  təmirdən  çıxıb.Yenicə  şad  bir  xəbər  də  aldıq.. .Azərbaycanda orta məktəblərin təlim silahları və atış trenajorları ilə təchizatı planlaşdırılır.
“AzeriDefence”nin məlumatına görə, bunu açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Hazırda bu istiqamətdə Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə danışıqların aparıldığını deyən Y. Camalov Müdafiə Sənayesi Nazirliyinin bu ehtiyacları qarşılamaq imkanında olduğunu vurğulayıb.

«Ötən il biz Müdafiə Nazirliyinə istehsal etdiyimiz trenajorlardan vermişik. Bu il üçün Müdafiə Nazirliyi ilə 1 milyon 170 min manatlıq müqaviləmiz var», - deyə nazir bildirib.
Y. Camalov hazırda MSN-in istehsal etdiyi məhsullar arasında təlim məqsədli müxtəlif məmulatların yer aldığını qeyd edib.
Nazirin sözlərinə görə, MSN tərəfindən yaradılmış və istehsal edilən təlim aviabombaları xarici analoqlarından özünün keyfiyyətinin daha yüksək olması, bir aviabombanın bir neçə dəfə istifadə oluna bilmə xüsusiyyətləri ilə fərqlənir.
Nazirlik tərəfindən həmçinin ordunun ehtiyac duyduğu müxtəlif silahlar üçün təlim patronları, trenajorlar və s. istehsal edilir.